Məhkəmə qərarları › İş №3(043)-318/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-318/2021

28.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-318/2021 28.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs X2 Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsinin X7 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 08.04.2021-ci il tarixli İXP ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, 18.03.2021-ci il tarixdə saat 21 radələrində Şəxs idarə etdiyi “Daewoo Matiz” minik markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobillə sürücü X2 idarə etdiyi “VAZ-21154” minik markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə hər iki avtomobillərin sürücülərinin xəsarət almasına səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs İXM-nin 327.8-ci maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərdi ki, rəsmi olaraq “Mohito” kafedə kuryer vəzifəsində işləyir, onun B kateqoriyalı sürücülük vəsiqəsi vardır. “Daewoo Matiz” minik markalı **-TO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili o, etibarnamə əsasında idarə edir. 18.03.2021-ci il tarixdə o, idarə etdiyi “Daewoo Matiz” minik markalı **- TO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə işlədiyi kafedən Gəncə şəhəri Qəmərli küçəsinə gedərkən N.Nərimanov prospektində təxminən saatda 20-30 km/saat sürətlə hərəkətdə olarkən Qəmərli küçəsinə dönmək üçün sola dönmə ışığını yandırmış və dönmə əməliyyatını yerinə yetirən zaman onun eyni istiqamətdə hərəkətdə olan “VAZ-21154” minik markalı avtomobil yüksək sürətlə hərəkət edərək onun idarə etdiyi avtomobilin arxa sol təkərində və sol qanadından dəymiş, sonra onun idarə etdiyi avtomobil fırlanaraq yaşayış evinin hasarının yanında dayanmışdır. Bundan sonra hadisə yerinə tanımadığı şəxslər toplaşmış, onun idarə etdiyi avtomobilin qapsı sıxışdığı üçün köməklik etmişlər və onu avtomobildən düşürmüşlər. Sonra hadisə yerinə DYPŞ-nin Rəşad adlı inspektoru gəlmiş, hadisə yerinə müayinə etmiş, sonra o, gedib sərxoşluq müayinəsindən keçmiş, ayıq olması müəyyən olunmuşdur. Hadisənin baş verməsinə səbəb onun arxasıyla hərəkətdə olan avtomobilin yüksək sürətlə hərəkət etməsi olmuş, hadisə baş verən zaman o, avtomobilidə tək olmuş, hadisə zamanı həmin yerdə onun tanıdığı şəxslərdən heç kim hadisəni görməmişdir. O, sola dönmə əməliyyatını yerinə yetirməyə başlamazdan əvvəl gjzgüdə arxaya baxmış və həmin avtomobil ondan 70-80 metr aralıda olduğu -çün sola dönmə işığını yandırıb dönmə əməliyyatına başlamış, hadisə ani bir .axtda olduğu üçün hadisənin qarşısını almaq üçün heçnə edə bilməmiş, həmin vaxt avtomobili idarə edərkən təhlükəsizlik kəmərindən isitifadə etmiş, hadisə zamanı o, xəsarət alsa da heç bir xəstəxanaya müraciət etməmiş, lakin 2 gündən sonra özünü narahat hiss etdiyi üçün Gəncə şəhəri 3 nömrəli xəstəxanaya müraciət etmişdir. X5 əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında göstərdi ki, rəsmi olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində “MAXE” vəzifəsində xidmət edir. Onun BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. “VAZ-21154” minik markalı **- LF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsusdur. 18.03.2021-ci il tarixdə saat təxminən 21 radələrində o, idarə etdiyi “VAZ-21154” minik markalı **-LF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Gəncə şəhərindən Göygöl rayonuna gedən zaman N.Nərimanov prospektində təxminən saatda 70- 80 km/saat sürətlə sol zolaqla hərəkətdə olarkən onunla eyni istiqamətdə orta zolaqla hərəkətdə olan “Daewoo” minik markalı avtomobilin sürücüsü sola dönmək istəyərkən onun hərəkət yoluna çıxmış və onun idarə etdiyi avtomobiljn qabaq hissəsi “Daewoo” minik markalı avtomobilin arxa sol təkərindən və arxa sol qənədindən dəymiş, sonra isə onun avtomobili yolun sol hissəsində yerləşən səki daşlarına dəyərək işıq dirəyinə çırpılmışdır. Bundan sonra o, avtomobildən düşüb “Daewoo” minik markalı avtomobilin sürücüsə yaxınlaşmış, hər-hansı xəsarətinin olub olmamasını soruşmuş, həmin sürücü xəsarətinin olmadığını bildirmiş, sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, hadisə yerini müayinə etmiş, avtomobilləri DYPŞ-nin müvəqqəti duracağına yerləşdirmişlər. Sonra o, narkoloji dispnaserə gedib və sərxoşluq müayinəsindən keçmiş, ayıq olduğu müəyyən olunmuşdur. Hadisənin baş verməsinə səbəb “Daewoo” minik markalı avtomobilin sürücüsünün qəflətən onun hərəkət yoluna çıxması olmuş, hadisə baş verən zaman o, avtomobilidə tək olmuş, hadisə zamanı həmin yerdə onun tanıdığı şəxslərdən heç kim hadisəni görməmişdir. O, “Daewoo” minik markalı avtomobilin onun hərəkət yoluna çıxmasını təxminən 4-5 metr məsafədən görmüş, təhlükə onun üçün həmin andan və həmin məsafədən yaranmış, o, hadisədən yayınmaq üçün əyləci sıxmış, lakin məsafə yaxın olduğu üçün hadisədən yayına bilməmiş, həmin vaxt avtomobili idarə edərkən təhlükəsizlik kəmərindən isitifadə etmiş, hadisə zamanı döş qəfəsində və qollarında ağrılar hiss etsə də heç bir xəstəxanaya müraciət etməmiş, Daewoo minik markalı avtomobilin sürücüsünün də hər hansı xəsarət almasını görməmişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Ona görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X1 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06 aprel 2021-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surətinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Gəncə şəhəri BPİ-nin X8 Şöbəsinə göndərilməsi qərara alınmışdır. Material üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 03.04.2021-ci il tarixli 410 nömrəli rəyindən görünür ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – döş qəfəsinin əzilməsi (qançır və şişkinliyi) - bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 18.03.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.2-327.6, 328.2, 328.3, 328.4, 331, 333.1, 342.7, 343.1 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı ilə yanaşı zərər çəkmiş şəxsin izahatı, ekspertiza rəyi, habelə inzibati materialda olan digər sənədlərlə Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir, ona görə də onun əməli İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, ona İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 200 manat cərimə tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar