Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-319/2021 14.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, X3 barəsində Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinin sahə rəisi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş ərizə üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, müəyyən etdi: Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinin sahə rəisi X2 tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X3 şikayət verərək, MN ******* nömrəli cərimədən azad edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ona cərimə təyin edilən vaxt maska taxmamağa görə cərimə tətbiq edilmirdi. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı məhkəmə, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, X3 tərəfindən verilmiş ərizə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və xx xxxxx 2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozmuşdur. Bununla da X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 (yüz) manat məbləğində cərimə olunmuşdur. Məhkəmə qeyd edir ki, inzibati xətalar haqqında qanunvericiliyə əsasən inzibati xəta haqqında işlər üzrə qərarlardan yalnız şikayət verilə bilər və şikayət verilərkən mübahisələndirilən qərar və qərarın hansı tarixdə əldə edilməsinə dair sübutlar mütləq şəkildə şikayətə əlavə olunmalıdır. X3 isə inzibati xəta haqqında qərardan şikayət deyil, müraciətini “ərizə” formasında məhkəməyə təqdim etmiş, ərizəsində qərarın ləğv edilməsini deyil, onun cərimədən azad edilməsini xahiş etmiş, ərizəsinə mübahisələndirilən qərarın hansı tarixdə əldə edilməsinə dair sübutlarını təqdim etməmiş, bununla da onun inzibati tənbeh vermə haqqında qərarı İXM-nin 130.1-ci maddəsində nəzərdə tutulan müddət (10 gün) ərzində mübahisələndirməsini müəyyən etmək mümkün olmamışdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X1 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı qanunla müəyyən edilmiş müddət ərzində mübahisələndirməsi müəyyən edilmədiyindən, eləcə də inzibati tənbeh vermə haqqında qərardan şikayəti qanunla müəyyən edilmiş məzmunda tərtib edib məhkəməyə təqdim etmədiyindən, verilmiş ərizə ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olubolmamasını (maddə 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXMin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (maddə 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (maddə 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (maddə 106.0.5) həll etməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinin sahə rəisi tərəfindən qəbul edilmiş xx.xx.2020ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(043)-319/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-319/2021
14.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver