Məhkəmə qərarları › İş №3(043)-32/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-32/2022

07.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-32/2022 07.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1966-cı ildə Gəncə şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əlavə olunmuş sənədlərdən müəyyən olundu ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 26.11.2010-cu il tarixli, 2(044)-1893/2010 nömrəli icra vərəqəsinə əsasən Şəxs 120 manat alimentin tutularaq X2 xeyrinə ödənilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini icra etmədiyi üçün nəticədə 15120 manat borcu qalmaqdadır. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 izahatında göstərdi ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 26.11.2010-cu il tarixli, 2(044)-1893/2010 saylı icra sənədinə əsasən Şəxs 26.10.2010-cu ildən başlayaraq 04.09.2002-ci ildə Sabir və 12.12.2006-cı ildə Raul adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay sabit pul məbləğində 120 manat alınaraq X3 verilməlidir. İcra sənədi üzrə 06.01.2012-ci il tarixdə icraata başlanılmış, 15.03.2011-ci il tarixdə Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Lakin o, borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır.Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir icra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, maddi vəziyyəti yaxşı olmadığından icra sənədi üzrə borcu ödəyə bilməmişdir. Hal-hazırda işsizdir. İşə girdikdən sonra borcunu ödəyəcəkdir. Barəsində inzibati tənbeh tətbiq edilməməsini məhkəmədən xahiş etdi. X1 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş işin təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə İXM-in 62.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati materiala əlavə edilmiş Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 1893/2010 saylı 26.11.2010-cu il tarixli icra vərəqəsindən görünür ki, 04.09.2002-ci ildə anadan olmuş Sabir 12.12.2006-cı ildə anadan olmuş Raul adlı uşaqların yetkinlik yaşlarına çatanadək Şəxs hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq X1 verilməsi qət edilmişdir. 07.01.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, borclu Şəxs oğlu icra sənədini icra etməkdən boyun qaçırmış nəticədə 15120 manat borcu qalmışdır. 15.03.2021-ci il tarixli bildirişin surətindən görünür ki, borclu borcu ödəməsi barədə icra idarəsinə dəvət edilmişdir. Xəbərdarlıqların surətindən görünür ki, borclu Şəxs oğluna icra sənədini icra etməsi barədə xəbərdarlıq edilmişdir. Əks halda inzibati məsuliyyətə cəlb ediləcəyi ilə bağlı məlumatlandırılmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün olaraq protokollaşdırılmışdır. Şəxs əməlində İXM-in 32 və 33-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakteri və digər xüsusiyyətlərini nəzərə alıb məhkəmə Şəxs inzibati qaydada tənbeh edərkən onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsin əvvəli 07.01.2022-ci il tarixdən, saat 15:50-dən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya biləvasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar