Məhkəmə qərarları › İş №3(043)-320/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-320/2021

28.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-320/2021 28.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət yol polis şöbəsində Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 02.09.2020-ci il tarixdə saat 22:45 radələrində sürücülük hüququ olmaqla, ayıq vəziyyətdə, etibarnamə əsasında idarə etdiyi “VAZ 2107 minik” markalı, **-DE-*** qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospeki ilə düzünə şəhərin mərkəzi istiqamətində hərəkətdə olan zaman həmin prospektdə yerləşən “100 faiz” adlı kafenin bərabərliyi ilə yolu sağdan sola keçmək istəyən piyadaçı Zərərçəkmiş şəxs Maqsim oğlunu ehtiyatsızlıqdan vuraraq ona xəsarət yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, “VAZ 2107 minik” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 03.09.2020-ci il tarixdə, təxminən saat 22:45 radələrində idarə etdiyi avtomobillə Gəncə şəhəri, H.Əliyev prospekti ilə düzünə, üzü şəhərin mərkəzi istiqamətinə yolda hərəkətdə olan zaman hərəkətdə olduğu yolun sağ yan hissəsindən “100 faiz” adlı kafenin bərabərliyində həmin küçəni sağdan sola keçmək istəyən əvvəllər tanımadığı bir şəxs anidən idarə etdiyi avtomobilin qarşısına çıxmışdır. O, həmin piyadaçını gördüyü andaca əyləci sıxmış, lakin həmin piyadaçı ilə aralarındakı məsafə az olduğu üçün hadisədən yayına bilməmiş və həmin piyadaçını vurmuşdur. Nəticədə həmin piyadaçı yerə yıxılmışdır. Həmin şəxsi dərhal öz avtomobili ilə Gəncə şəhəri 3 saylı TTYX-na çatdırmışdır. Daha sonra xəstəxanaya polis əməkdaşları gəlmişdir. Avtomobili sürücülük hüququ üzrə idarə etmişdir. Zərərçəkən şəxsə 700 manat pul ödəmişdir. Əməlindən peşman olduğunu bildirərək barəsində yüngül tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 02.09.2020-ci il tarixdə, saat təxminən 20:00 radələrində yaşadığı evin yaxınlığında olan “100 faiz” adlanan kafedə 1bakal pivə içdikdən sonra kafedən çıxmış kafenin qarşısında yolda olan avtobusun ön hissəsindən yolu keçərkən soradan tanıdığı Şəxs idarə etdiyi vtomobil ani bir anda onu vurmuş, zərbənin təsirindən o huşunu itirmiş, ayıldıqda isə özünü xəstəxanada görmüşdür. Dəymiş zərərlə bağlı ona 700 manat pul ödənmişdir. Həmin məbləğ onu qane etmədiyi üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən şikayətçi olduğunu bildirdi. İnzibati materiala əlavə olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30.09.2020-ci tarixli qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd olunmuşdur. İnzibati materiala əlavə olunmuş 07.10.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati materiala əlavə olunmuş ”Məhkəmə-Tibbi Ekspertiza və X1” tərəfindən verilmiş 1377 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər 02.09.2020-ci il tarixə uyğun gəlir və “Yüngül” zərərvurmaya aid edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərşəkmiş şəxsin izahatlarını dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla yanaşı özünün ifadəsi ilə tam sübuta yetir. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs əməlindən peşman olmasını, məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alaraq məhkəmə hesab edir ki, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi məqsədi ilə barəsində inziati cərimə tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: xx.xx.1986-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar