Məhkəmə qərarları › İş №3(043)-321/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-321/2021

15.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-321/2021 15.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X5 iclas katibliyi, Gəncə şəhər Probasiya Şöbəsinin rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Özbəkistan Respublikasının Daşkənd vilayətinin Çinaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, Kəpəz rayonu, X15 küçəsi, ev 55 qeydiyyatda olmaqla yaşayan. X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 Azərbaycan Respublikası İXM-in 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Gəncə şəhəri Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər xx xxxxx 2021-ci il tarixdə baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş xx xxxxx 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə şəhəri Nizami rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 3(044)-273/2020 saylı qərara əsasən X6 Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 saat ictimai işlər inzibati tənbeh növü təyin olunmuşdur. X6 təyin edilmiş 200 saat ictimai işlər inzibati tənbeh növünü çəkməkdən imtina etmişdir. Qərarın icrasını təmin etmək məqsədi ilə X4 bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar təqdim edilməsinə baxmayaraq, o, ictimai işlər tənbehini çəkməkdən imtina etmişdir. Məhkəmə iclasında Gəncə şəhər Probasiya Şöbəsinin rəisi X8 izahatında bildirdi ki, Gəncə şəhəri Nizami rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 3(044)- 273/2020 saylı qərarına əsasən X6 Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 saat ictimai işlər inzibati tənbeh növü təyin olunmuşdur. X6 təyin edilmiş 200 saat ictimai işlər inzibati tənbeh növünü çəkməkdən qəti surətdə imtina etmişdir. Qərarın icrasını təmin etmək məqsədi ilə X4 bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar təqdim edilmişdir. X6 çağırışlara gəlmədiyi üçün onun məcburi gətirilməsi barədə qərara qəbul edilmiş, X6 polis vasitəsi ilə probasiya şöbəsinə gətirilmişdir. X2 əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 529.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan X6 izahatında bildirdi ki, maddi imkanı yaxşı deyil, anası işləyir və daha sonra şəkər xəstəsi olduğu üçün işləməmişdir. 2 uşağı var. Qeyd edilənləri nəzərə alaraq, onun barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli, 3(044)-273/2020 saylı qərarından görünür ki, X6 Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 saat ictimai işlər inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. İş materiallarına əlavə icraata başlama haqqında xx xxxx 2020-ci il tarixli qərarın surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 3(044)-273/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərarı əsasında icraat başlanılmışdır. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli, 79334/2020 nömrəli bildirişlərdən görünür ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 3(044)-273/2020 saylı qərarının icrası ilə əlaqədar X2 3 gün müddətində Probasiya Şöbəsinə gəlməsi tələb olunmuşdur. İş materiallarına əlavə edilmiş poçt xəbərnaməsinin surətindən görünür ki, X6 xx xxxxxx 2020-ci il tarixli, 79335/2020 nömrəli borclunun məcburi gətirilməsi haqqında qərarı xx xxxxxx 2020-ci il tarixdə imza etməklə qəbul etmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 79335/2020 nömrəli xəbərdarlıqdan görünür ki, X1 şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(044)-273/2020 saylı qərarı ilə təyin edilmiş 200 saat ictimai işlər inzibati tənbeh növünün çəkilməsi qaydalarını pozduğu üçün rəsmi xəbərdarlıq edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 529.4-cü maddəsi ilə barəsində protokol tərtib edilərək məhkəməyə təqdim ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, X2 yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu, X15 küçəsi, ev 55 ünvanına gedilmiş, Şəxs anası oğlunun evdə olmadığını və evə gələndə xəbər verəcəyini demişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli barəsində ictimai işlər inzibati tənbeh tətbiq edilmiş şəxsin məcburi gətirilməsi barədə qərardan görünür ki, X2 məhkəmə qərarının icrası ilə bağlı məcburi qaydada Gəncə şəhər Probasiya Şöbəsinə gətirilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş X2 xx.xx.2020-ci il tarixli izahatından görünür ki, X1 şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(044)-273/2020 saylı qərarı ilə ona təyin edilmiş 200 saat ictimai işlər inzibati tənbeh tətbiqini icra etməkdən imtina etmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(044)-273/2020 qərardadından görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, X15 küçəsi, ev 55 ünvanında yaşayan X2 Gəncə şəhər Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsinə əsasən ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin qeydinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 529.4-cü maddəsində “inzibati tənbehin çəkilməsindən boyun qaçırmaq” dedikdə üzrsüz səbəbdən iki dəfədən çox ictimai işə çıxmamaq; həftədə iki dəfə və daha çox ictimai işlər növündə inzibati tənbehin icrası yerlərində əmək intizamını pozmaq; ictimai işlər növündə inzibati tənbehi çəkməmək məqsədi ilə gizlənmək başa düşülür. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, X6 məhkəmənin qərarı ilə təyin edilmiş ictimai işlər növündə tənbehin çəkilməsindən boyun qaçırmış, ona edilmiş xəbərdarlıqlara baxmayaraq, probasiya şöbəsinə getməkdən imtina etmiş, daha sonra məcburi gətirilmə barədə qərar əsasında probasiya şöbəsində məcburi qaydada gətirilmiş və həmin şöbədə verdiyi izahatında ictimai işlər tənbehini çəkməkdən imtina etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, X6 məhkəmənin qərarı ilə təyin edilmiş ictimai işlər tənbehinin çəkilməsindən boyun qaçırmışdır. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 01 (bir) ay müddətində inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli X2 Gəncə şəhər Baş Polis İdarəsinin X9 qəbul edildiyi vaxtdan hesab edilsin. Qərаrın icrаsı Gəncə şəhər Bаş Pоlis İdаrəsinin X9 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar