Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-322/2022 25.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X8, Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin nümayəndəsi X6 iştirakları ilə, X8 Azərbaycan Respublikası Qida X3 Regional bölməsi rəisinin 01.04.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Qida X3 Regional bölməsi rəisinin 01.04.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X11 vəzifəli şəxs kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək, 4000 manat cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında həmin qərardan narazı qalan X11 məhkəməyə şikayət verərək, Azərbaycan Respublikasının Qida X5 Regional Bölməsinin rəisi X9 tərəfindən qəbul edilmiş 01.04.2022-il tarixli MN/ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ona məxsus obyektdə Azərbaycan Respublikasının Qida X5 Regional Bölməsinin əməkdaşları tərəfindən aparılan yoxlama, yəni baxış qanunvericiliyin müəyyən etdiyi prosedur qaydalar çərçivəsində təşkil olunmamışdır. İnzibati xəta barədə protokola yoxlayıcı orqanın vəzifəli şəxsinin yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışın sahibkarlıq fəaliyyətinin subyektinə təqdim edilməsinə dair məcburi göstəriş vardır. Yoxlayıcı orqanın vəzifəli şəxsi isə reyesterden çıxarış olmadan və təqdim edilmədən ona məxsus obyektə gələrək qanunsuz və əsassız yoxlama aparmaqla sözügedən qərarı tərtib etmişdir. Bundan başqa, qərarda 1 masa ətrafında 8-10 nəfər qonağın oturması qeyd edilmişdir ki, bu hal da özlüyündə absurddur. Belə ki, masa ətrafı stullar 6 ədəd düzülsə də toy başlanandan sonra toy iştirakçıları qısa zaman kəsiyində stullarının yerini yaxın qohumlarına tərəf yerləşdirmiş və sonra yerinə qaytarmışlar. Yoxlayıcı orqanın əməkdaşları isə ziyafət zalına daxil olmadan ona məxsus kamera vasitəsi ilə həmin stolların sayını qeyd edərək hazırki protokolu (qərarı) tərtib etmişdir. Bundan başqa yoxlayıcı orqanın hər iki əməkdaşı ona yalnız xəbərdarlıq edildiyini bildirsələr də sonradan məlum olmuşdur ki, o inzibati qaydada cərimə olunmuşdur. Yoxlayıcı orqanın nümayəndələri kamera vasitəsi ilə şadlıq sarayına səthi baxış keçirmiş və xəbərdarlıq edilməsi barədə sənədləşmə işləri aparmışlar. Ziyafət zalında bir masa arxasında 6 nəfərdən çox qonağın olması barədə akt tərtib edilməmiş, bu hal hər hansı bir formada sənədləşdirilməmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X11 şikayətdə qeyd edilənlərlə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirdi ki, 27.02.2022-ci il tarixdə təşkil olunan toy mərasimi əslində 01.03.2022-ci il tarixdə keçirilməli idi və portalda həmin toy məclisi ilə bağlı qeydiyyat 01.03.2022-ci il tarixi üçün aparılmışdır. Lakin, toy sahiblərinin xahişi ilə toy mərasimi bir gün əvvəl, yəni 27.02.2022-ci il tarixdə keçirilmişdir. Odur ki, onun barəsində qəbul edilmiş mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X7 izahatında bildirdi ki, Qida X3 Regional Bölməsinin rəisi tərəfindən X11 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Belə ki, 27.02.2022-ci il tarixdə X8 fəaliyyət göstərdiyi Gəncə şəhəri, Z.Hacıyev küçəsində yerləşən Tural şadlıq sarayına baxış keçirilən zaman icaze.e-gov.az portalından qeydiyyatdan keçmədən toy mərasimi təşkil olduğu, həmçinin mərasim zalında bir masa ətrafında 8-10 nəfər qonağın oturması aşkar edilmiş və bununla bağlı protokol tərtib edilmişdir. Həmin protokol əsasında araşdırma aparılmış, Zaur Qasımova inzibati xətaya dair işə baxılması barədə bildiriş göndərilmiş, həmin bildiriş onun özü tərəfindən qəbul edilsə də, inzibati xəta haqqında işə baxılmasına gəlməmişdir. Bundan sonra 01.04.2022-ci il tarixdə X8 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Odur ki, şikayətin təmin edilməməsini, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara, şikayətçinin izahatına məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 27.02.2022-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokol və 01.04.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vəzifəli şəxs X1 kimi fəaliyyət göstərdiyi Gəncə şəhəri, Z.Hacıyev küçəsində yerləşən Tural şadlıq sarayında 27.02.2022-ci il tarixdə baş verən toy mərasimi barədə məlumat icaze.e-gov.az portalından qeydiyyatdan keçirilmədən təşkil olunmuş, həmçinin sarayda bir masa ətrafında (əksər masalarda) 8-10 nəfər qonaq oturmuşdur. Bununla da X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 4000 (dörd min) manat cərimə edilmişdir. İş materiallarında olan 28.02.2022-ci il tarixli bilidrişin surətindən və poçt xəbərnaməsindən görünür ki, İXM-in 211.1-ci maddəsi ilə X11 barəsində olan inzibati xəta haqqında işə 11.03.2022-ci il tarixdə saat 11:30-da Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 478-də yerləşən AR Qida X3 Regional bölməsində baxılması barədə məlumat verilmiş və Zaur Qasım 06.03.2022-ci il tarixdə poçt xəbərnaməsinə imza etməklə bildirişi qəbul etmişdir. İş materiallarında olan ərizədən görünür ki, X11 ərizə ilə AR Qida X3 R.B-nə müraciət edərək, inzibati xətaya baxılmasının 01.04.2022-ci il tarixə keçirilməsini xahiş etmişdir. İş materiallarında olan 14.03.2022-ci il tarixli bilidirişin surətindən və poçt xəbərnaməsindən görünür ki, İXM-in 211.1-ci maddəsi ilə X11 barəsində olan inzibati xəta haqqında işə 01.04.2022-ci il tarixdə saat 11:30-da Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 478-də yerləşən AR Qida X3 Regional bölməsində baxılması barədə məlumat verilmiş və Zaur Qasım 17.03.2022-ci il tarixdə poçt xəbərnaməsinə imza etməklə bildirişi qəbul etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında 22.06.2021-ci il tarixli qərarına əsasən şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə, habelə şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 (beş) gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 00:00-dan gec olmamaqla), qonaq sayı haqqında məlumatları “icaze.e-gov.az” portalına daxil etməli olduğu qərara alınmışdır. İş materiallarından və X8 məhkəmə iclasında verdiyi izahatdan görünür ki, X11 27.03.2022-ci il tarixdə fəaliyyət göstərdiyi şadlıq sarayında keçirilən mərasim barədə icaze.e-gov.az portalında qeydiyyat aparmadan mərasim təşkil etmişdir. Həmin vaxt səlahiyyətli orqanın əməkdaşı tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, daha sonra isə o, İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 211.1-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. X11, fəaliyyət göstərdiyi “Tural” şadlıq evində 27.02.2022-ci il tarixdə baş tutan mərasim barədə icaze.e-gov.az portalında qeydiyyat etməməsinin səbəbini, əslində həmin mərasimin 01.03.2022-ci il keçirləcək olmasını, lakin son anda toy sahiblərinin xahişi vaxtın dəyişdiyini bildirsə də, bu hal onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsas vermir. Bundan başqa, X11 şikayətində yoxlayıcı orqanın vəzifəli şəxsinin yoxlamanın qeydiyyata alınması barədə reyestrdən çıxarışı təqdim etmədiyini, bu səbəbdən yoxlamanın qanunsuz aparıldığını qeyd etmişdir. Məhkəmə şikayətin həmin dəlilini əsassız hesab edir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama dedikdə, yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu başa düşülür. Qanunun mənasına görə, sahibkarlıq subyektinin məhz sahibkarlıq fəaliyyətinin qiymətləndirilməsi üzrə yoxlama tədbirləri müvafiq qaydada dövlət qeydiyyatdından keçirilməlidir. Qida X3 Regional Bölməsinin əməkdaşları isə 27.02.2022-ci il tarixdə X8 fəaliyyət göstərdiyi “Tural” şadlıq evində sahibkarlıq fəaliyyətinin yoxlamasını deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında 22.06.2021-ci il tarixli qərarının 2.5-3.9-cu bəndinə əsasən koronavirus infeksiyasının idarə olunması ilə bağlı nəzarət tədbirləri çərçivəsində həmin ictimai iaşə obyektində monitorinq keçirmişdir və bu cür tədbirin qeydiyyatdan keçirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X2 rejimi qaydalarını pozması və bununla da İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün qismən etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirildiyindən, onun qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, X11 barəsində İXM-nin 211-ci maddəsi ilə inzibati xəta haqqında icraat aparılarkən də hər hansı hüquq pozuntusuna yol verilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, onun barəsində inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş (İXM maddə 100), inzibati tənbeh vermə haqqında qərar İXM-nin 115-ci maddəsinin tələblərinə uyğun qəbul edilmişdir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4, 135.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Qida X3 Regional bölməsi rəisinin 01.04.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(043)-322/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-322/2022
25.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver