Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-323/2022 07.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində 07.04.2022-ci il tarixdə, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, borclu Şəxs, barəsində olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 22.07.2019-cu il tarixli, 2(044)- 2446/2019 nömrəli icra vərəqəsinə əsasən aliment borcunu ödəməyərək icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, 1140 manat məbləğində aliment borcu yaranmışdır. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 bildirdi ki, Şəxs Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-2446/2019 saylı, 22.07.2019-cu il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 27.06.2019-cı il tarixdən başlayaraq Müqabil və Ayla adlı uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay 280 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 22.07.2019-ci il tarixli, 2(044)- 2446/2019 saylı icra sənədi üzrə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıq borcluya təqdim edilmişdir. Bundan əlavə borcun ödənilməsi tələb edilmiş ,lakin borclu icra sənədinə göstərilən borcundan ödəniş etmir və hal hazırda 1140 manat aliment borcu vardır. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərinin yerinə yetirmir icra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu,borcunu qanunla müəyyən edilmiş müddətə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, taksi fəaliyyəti ilə məşğul olur. Başqa yerdən heç bir gəliri və qazancı yoxdur. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi icraya yönəldilən ərəfədə pandemiya ilə əladqədar sərt sərt karantin rejimi olduğu üçün işləyə bilmədiyi üçün alimenti ödəyə bilməmiş, bununla da 1140 manat aliment borcu yaranmışdır. Yaranmış aliment borcundan başqa hər ay alimenti vaxtı vaxtında ödəyir. Yaranmış borcundan da hissə hissə ödəniş edir. Hazırda da yaranmış borcundan 250 manat ödəmək istəyir lakin tələbkar borcun bütövlükdə və ya 800 manat ödəməsini tələb edir ki, buna da maddi imkanı yoxdur. Barəsində inzibati həbs tənbehi tətbiq ediləcəyi təqdirdə gündəlik taksi fəaliyyəti ilə məşğul olduğu üçün aliment borcunun artacağını bildirdi. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs borclunun icra sənədini qərəzli olaraq ödəməkdən yayındığını göstərərək onun barəsində inzibati həbs tənbehi tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarından, təqdim olunmuş inzibati materialdan və icra işində olan sənədlərdən məlum oldu ki, icra sənədi üzrə 1140 manat borcun yaranması borclunun qərəzli hərəkətləri nəticəsində olmamışdır.Borclu yaranmış borcdan başqa hər ay icra sənədi üzrə alimenti vaxtında ödəməklə borcundan da hissəhissə ödənişlər etmişdir. Məhkəmə iclasında da yaranmış borcundan 250 manat ödəmək iqtidarında olduğunu bildirmiş, lakin tələbkar həmin məbləği qəbul etməkdən imtina edərək yaranmış borcdan 800 manat birdəfəlik ödənilməsini əks təqdirdə borclunun barəsində inzibati həbs tənbehi tətbiq edilmsini tələb etmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 2(044)- 2446/2019 saylı, 22.07.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, borclu Şəxs 27.06.2019-cı il tarixdən başlayaraq Müqabil və Ayla adlı uşaqların yetkinlik yaşma çatana kimi saxlanılması üçün hər ay 280 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Borcunun əmlakı və gəlirləri barədə elektron məlumat bazasından çıxarışdan görünür ki, borclu Şəxs adına hər hansı əmlak, pul məbləği və ya gəlirləri aşkar olunmamışdır. İXM-in 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi borclu icra sənədini icra etməkdən qərəzli olaraq yayınmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, tələbkarın və icra məmurunun izahatlarını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxsnın əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 30-34, 53,105,106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(043)-323/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-323/2022
07.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver