Məhkəmə qərarları › İş №3(043)-327/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-327/2021

21.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-327/2021 21.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X5 iclas katibliyi, protokol tərtib etmiş şəxs Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin sahə rəisi, polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X3 iştirakı ilə; xx.xx.1993-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan Şəxs barəsində Gəncə şəhəri BPİ-nin Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Gəncə şəhəri BPİ-nin Kəpəz Rayon Polis İdarəsində 20.04.2021-ci il tarixli inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in polis sahə rəisi, polis baş leytenantı X11 tərəfindən protokol tərtib olunmuş ona görə ki, Şəxs 07.04.2021-ci il tarixdə xalası X6 məxsus ünvan 4 ünvanından 350 manat dəyərində işlənmiş vəziyyətdə olan “Samsung Galaxy J4” markalı **********68473 imei kodlu mobil telefonu gizli yolla oğurlayaraq talamışdır. Buna görə də Şəxs barəsində İXM 227-ci maddəsi ilə MN ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları müdafiə edən Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in polis sahə rəisi, polis baş leytenantı Şəxs çıxış edərək bildirdi ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 07.04.2021-ci il tarixdə səhər saat 8 radələrində çörək almaq üçün binadan aşağı düşmüş və yolda xalası X7 görmüş və mağaza bağlı olduğundan xalası ona pul verərək yuyucu toz almasını söyləmişdir. O xalasının verdiyi pula yuyucu toz alıb, xalasının yaşadığı mənzilə gəlmişdir. Həmin vaxt mənzildə o və xalası Olqa Musayeva olmuşdur. Xalası ondan yuyucu tozu aldıqdan sonra, ona yemək vermiş və bir qədər spirtli içki qəbul etmişdir. Bundan sonra balkonda siqaret çəkib getmək qərarına gəlmişdir. O mənzildən çıxarkən xalası ilə salamatlaşmış, həmin vaxt xalası hamamda paltar yuduğundan ona qapını bağlamasını bildirmiş və çıxıb getmişdir. Onunla xalası arasında ədavət və düşmənçilik olmamış, o evdən çıxarkən başqa heç kəsi görməmişdir. O heç bir telefon oğurlamamışdır və hesab edir ki, təqsirli olmadığından barəsində olan inzibati icraata xitam verilməlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 ifadəsində bildirdi ki, Gəncə şəhərində yaşayır. Yaşadığı yerdə qonşularla normal münasibəti vardır. X1 da onunla eyni binada ailəsi ilə birlikdə yaşayır. Bacısı və oğlu Şəxs mütəmadi olaraq onun yaşadığı mənzilə gedib gəlirlər. 07.04.2021-ci il tarixdə saat 08 radələrində bacısı oğlu Şəxs yaşadığı binanın qarşısında görüb nə etdiyini soruşduqda o da ona yuxusu gəlmədiyi üçün həyətdə dayandığını bildirmişdir. Həmin vaxt o, marketə yuyucu toz almaq üçün getmişdir. Market bağlı olduğundan o, geri qayıtmış və Asimə 2 manat pul verərək market açılanda yuyucu toz alıb ona gətirməsini demişdir. Yaşadığı mənzildə oturub yeni aldığı mobil telefonla başını qataraq Asimin yuyucu toz alıb gətirməsini gözləmiş, bir qədər sonra hesab etmişdir ki, Asim spirtli içki aludəkisidir və onun pulunu götürüb getmişdir. Asim əvvəllər ailə üzvlərinin və yaxınlarının mobil telefonu götürüb satmasını və oğurluq etməyə meyilli olmasını bildiyi üçün Asimin yuyucu tozu alıb onun mənzilinə gələrək qapını döyməsini eşidib, tez özünə məxsus “Samsung Galaxy J4” markalı mobil telefonu Asimin görməməsi üçün şkafa qoymuşdur. Asim yuyucu tozu ona vermiş və ona ac olduğunu demiş, o, da Asimə yemək və bir qədər spirtli içki verib paltar yumaq üçün hamam otağına keçmişdir. Həmin vaxt mənzildə o və Asim olmuş, mənzilə başqa heç kim gəlməmişdir. Təxminən saat 09 radələrində Asim ona çox sağ ol deyərək mənzildən çıxmışdır. O, dərhal mənzilə daxil olaraq əşyalarının və mobil telefonunun Asim tərəfindən götürülməsini yoxlamış, həmin vaxt ona məxsus “Samsung Galaxy J4” markalı mobil telefonun qoyduğu yerdə olmadığını görmüş, həmin telefonun Asim tərəfindən oğurlandığını bilib dərhal onun ardınca bacısının yaşadığı mənzilə getmiş və Asimi soruşmuş, bacısı Asimin evə gəlmədiyini və ona polisə şikayət etməsini bildirmişdir. Həmin telefonu o, 350 manata almışdır və hazırda ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmədən qanuni qərarın qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş, “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 13 aprel 2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işi rədd edilmiş və Azərbaycan Respublikasının İXM-nin 227ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın sürəti Kəpəz RPİ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş, “inzibati qaydada tutma” haqqında 20.04.2021-ci il tarixli, 064631 nömrəli protokoldan görünür ki, Şəxs 20.04.2021-ci il tarixdə saat 13:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin ifadəsi və eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs MN ******* nömrəli inzibati protokol üzrə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin ödənilməməsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İXM-nin 34.2, 34.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla onun barəsində həmin Məcəllənin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 01 (bir) ay müddətində inzibati tənbeh növündə həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli Şəxs tutulduğu 20 aprel 2021-ci il tarixdən saat 13:00-dan hesablansın. Qərаrın icrаsı Gəncə şəhər Bаş Pоlis İdаrəsinin X9 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar