Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-327/2022 25.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi nümayəndəsi X2 iştirakı ilə, Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 507-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 507-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 06 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyə Respublikası, Ankara səhəri, İşçi blokları məhəlləsi, Mevlane bulvarı, X10 Mərkəzi №182-B.22, mərtəbə №100- 06520 ünvanında qeydiyyatda olan "X7 Anonim Şirkəti” tərəfindən göndərilən, 18 avqust 2021-ci il tarixli, **********0753 saylı gömrük bəyannaməsi ilə gömrük orqanlanına bəyan edilən ümumi netto çəkisi 3000 kiloqram, invoys dəyəri 2670 (iki min altı yüz yetmiş) ABŞ dolları olan Kapeks 750 (65*500 mm)” adda və ölçüdə partlayıcı maddə idxal olunması üçün müvafiq icazə sənədi olmadan, yəni 18 avqust 2021-ci il tarixli, **********0753 saylı gömrük bəyannaməsinə əlavə edilmiş Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin 30 aprel 2021-ci il tarixli 37/02- 01655 saylı məktubu ilə idxalına icazə verilən partlayıcı vasitələrin siyahısında “Kapeks 600-650-750 (90-140 mm)” adda və ölçüdə partlayıcı vasitənin gətirilməsinə razılıq verildiyi halda Şəxs MMC tərəfindən “Kapeks 750 (65*500 mm)” adda və ölçüdə partlayıcı vəsait ölkə ərazisinə gətirilmiş və gömrük orqanlarında bəyan edilərək idxal olunması üçün lisenziya tələb olunan malların belə lisenziya olmadan rəsmiləsdirilməsini həyata keçirərək müvafiq qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Qeyd olunan faktla bağlı Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsində 31.03.2022-ci il tarixdə 11000-0545/22 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. Araşdırma zamanı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X1 və X9 Dövlət agentliyinin 30.04.2021-ci il tarixli 37/02-01655 nömrəli Fövqəladə Hallar Nazirliyinin 1-ci müavininə yazılmış məktubda və əlavəsində "X8” MMC tərəfindən Respublikaya gətirilməsi nəzərdə tutulan partlayış materialları və vasitələrinin siyahısında: Kapeks 750 (65*500 mm)” adda və ölçüdə partlayış vasitələrinin göstərilmədiyi müəyyən edilmişdir. Lakin Şəxs MMC tərəfindən 18 avqust 2021-ci il tarixli, **********0753 saylı gömrük bəyannaməsində, “Kapeks 750 (65*500 mm)” adda və ölçüdə partlayıcı vasitə ölkə ərazisinə gətirilmiş, gömrük orqanına bəyan edilərək, idxal olunması üçün lisenziya tələb olunan malları belə lisenziya olmadan rəsmiləşdirilmiş və bu səbəbdən də faktiki olaraq mallar istifadə edilmiş, bununla da hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 507-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X3 protokolun məzmununa uyğun çıxış edərək, hüquqi şəxs Şəxs MMC-nin ona verilmiş xüsusi razılıqdan kənara çıxaraq idxal olunması üçün razılıq verilməmiş “Kapeks 750 (65*500 mm)” adda və ölçüdə partlayıcı vasitəni idxal etdiyini və bununla İXM-in 507-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyini bildirərək barəsində icraat aparılan hüquqi şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə hüquqi şəxsə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işin təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, 'X8” tərəfindən İXM-in 507-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirildiyindən Şəxs MMC həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 05 oktyabr 2018-ci il tarixli Xİ seriyalı, 000013 nömrəli xüsusi icazəsindən görünür ki, Şəxs MMC-yə partlayıcı maddələr və qurğuların mülki dövriyyəsinə icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X1 və X9 Dövlət agentliyinin 30.04.2021-ci il tarixli 37/02-01655 nömrəli məktubundan görünür ki, "X8” MMC tərəfindən Respublikaya gətirilməsi nəzərdə tutulan partlayış materialları və vasitələrinin siyahısında: Kapeks 750 (65*500 mm)” adda və ölçüdə partlayış vasitələrinin göstərilmədiyi müəyyən edilmişdir. İş materiallarında olan 18.08.2021-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından XM684MX/AA317A nömrə nişanlı yük nəqliyyat vasitəsilə ölkə ərazisinə daxil olmuş yük- 2670 ABŞ dolları dəyərində (daxil olduğu gün Azərbaycan manatına məzənnəsi ilə 4539 manat dəyərində), “Kapeks 750 (65*500 mm)” adda və ölçüdə partlayıcı vəsait Qərb Ərazi Baş Gömrük İdarəsinə bəyan edilmişdir. İş materiallarında olan 31 mart 2022-ci il tarixli "Barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında” protokoldan görünür ki, Şəxs MMC-nin nümayəndəsi X4 Şəxs MMC-nin ünvanına gələn “Kapeks 750 (65*500 mm) ilə “Kapeks 600-650-750 (90- 140 mm)” eyni mal olduğunu, lakin icazə sənədində həmin ölçünün göstərilmədiyini, bunun səbəbinin isə malı göndərən şirkətdə eyni qablaşmada malın olmamasından qaynaqlandığını bildirmişdir. Eyni zamanda həmin malların dövriyyəyə buraxıldığını və artıq istifadə edildiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 507-ci maddəsinə görə idxal olunması üçün lisenziya tələb olunan malların belə lisenziya olmadan idxalına görə inzibati xətanın bilavasitə obyekti olan mallar müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs (VÖEN **********) MMC İXM-nin 507-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sənədlərlə tam sübuta yetir. Şəxs (VÖEN **********) MMC -nin əməlində inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə işin hallarını, inzibati xətanın xarakterini, inzibati xətanın obyekti olmuş malların artıq istifadə olunmasını nəzərə alaraq hesab edir ki, hüquqi şəxs barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməli və Şəxs (VÖEN **********) MMC-yə tətbiq ediləcək inzibati cərimə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin altmış faizi miqdarında müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 114, 115 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Şəxs (VÖEN **********, hüquqi ünvan ünvan 3nzibati Xətalar Məcəlləsinin 507-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş malların dəyəri olan 4539 manatın 60 (altmış) faizi miqdarında – 2723,40 (iki min yeddi yüz iyirmi üç manat, qırx qəpik) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-327/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-327/2022
25.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver