Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-328/2022 26.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, Şəxs MMC-in barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Qərb Ərazi Baş Gömrük İdarəsində tərtib olunmuş inzibati xəta haqqında materiala məhkəmə иълас залында, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs MMC-in barəsində Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 485.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati xəta haqqında iş üzrə materialdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan faktiki olaraq Gəncə səhəri Yevlax sossesi 53-də yerləşən Şəxs MMCnin ünvanına “ALCOA OF AUSTRALİA LİMİTED TRAFİGURA PTE” LTD şirkətinin tapşırığı ilə Sinqapurdan idxal olunan 95065843, 95350807, 95065157, 95010963 və ********* nömrəli 5 (bes) vaqonda "Dənəvar şəkilli susuzlasdırılmıs növ alüminium oksid” yükü 01.01.2022-ci il tarixdə “Böyük Kəsik” gömrük postundan təyinatı üzrə Gəncə səhərinə Qərb Ərazi Bas Gömrük İdarəsinə daxil olmuş və 29.03.2022-ci il tarixdə **********9971 saylı gömrük bəyannaməsi tərtib edilərək Gəncə səhərində gömrük orqanına təqdim edilmişdir. 29.03.2022-ci il tarixdə **********9971 saylı gömrük bəyannaməsi və digər sənədlərin araşdırılması zamanı Gəncə şəhəri Qərb Ərazi Bas Gömrük İdarəsində aşkar olundu ki, Şəxs MMC”-nin ünvanına 5 (bes) vaqonda “Dənəvar şəkilli susuzlasdırılmıs növ alüminium oksid” yükünə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. AR Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəvannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Barəsində inzibati xəta haqqında is üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Azərbaycan Respublikasının vətəndaşı X1 izahatında bildirmişdir ki, Şəxs MMC-nin qısa idxal bəyannaməsinin mallar yəni ünvanına 5 (beş) vaqonda “Dənəvar şəkilli susuzlasdırılmıs növ alüminium oksid” yükü gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada bəyannamənin verilməməsinin səbəbi şirkət tərəfindən ilkin bəzi sənədlər vaxtında göndərilməmiş və eyni zamanda öncədən razılaşdırıldığı kimi şifahi məlumat verilməmişdir. Bu səbəbdən qısa idxal bəyannamə tərtib edilsə də elektron portala vaxtında verilməmişdir. Gömrük qaydalarının pozulduğunu etiraf etmiş, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşımağa və Şəxs MMC barəsində tətbiq olunacaq cəriməni ödəməyə hazır olduğunu bildirmişdir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işin təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə İXM-in 61.3-cü maddəsinə əsasən inzibati materiala barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-in nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İXM-in 485.2-ci maddəsinin məzmunundan görünür ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs MMC-in İXMnin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sənədlərlə tam sübuta yetir. Şəxs MMC-in əməlində inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, hesab edir ki, İXM-in 485.2-ci maddəsi ilə barəsində 1500 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 31-34-cü və 128-130-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə , qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(043)-328/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-328/2022
26.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver