Məhkəmə qərarları › İş №3(043)-330/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-330/2021

06.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-330/2021 06.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X3, barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsi X1 iştirakları ilə, «Cengiz İnşaat Sanayii və Ticarət Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı filialı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi «Cengiz İnşaat Sanayii və Ticarət Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə 19 aprel 2021-ci il tarixli 11000-0505/21 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, ona əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə göndərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş inzibati xəta haqqında 19 aprel 2021-ci il tarixli 11000-0505/21 nömrəli protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Cengiz İnşaat Sanayii və Ticarət Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı filialının (VÖEN:**********) ünvanına Türkiyə Respublikasından 53K5060/08K7110 qeydiyyat nişanlı nəqliyyat vasitəsində 04.04.2021-ci il tarixdə Qırmızı Körpü gömrük postundan daxil olaraq təyinatı üzrə rəsmiləşdirilməsi üçün Qərb Ərazi Baş Gömrük İdarəsinə gəlmiş və 05.04.2021-ci il tarixli **********3147 nömrəli Yük Gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara 07.04,2021-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin İnzibati binasının həyətində Gömrük Əməliyyatları İdarəsinin əməkdaşları tərəfindən “Cengiz İnşaat Sanayii Ve Ticaret Anonim Sirketinin Azerbaycan Respublikasindakı filialı”nın nümayəndəsinin və hal şahidlərinin iştirakı ilə gömrük baxışı keçirilmişdir. Baxış zamanı nəqliyyat vasitəsinin içərisində **********3147 nömrəli bəyannamədə bəvan edilən mallar: “Toqanalı-Kəlbəcər avtomobil yolunun tikintisi layihəsində tikinti sahələrində istifadə üçün (ili:2019-2021 İ-Mobil evlər (Prefi markalı) 88.37 M2 demonte WC-dus binası və aksesuarları” olmuşdur. Baxış zamanı nəqliyyat vasitəsinin içərisində **********3147 nömrəli bəyannamədə, invoysda və digər müsaiyətedici sənədlərdə göstərilməmiş, bəvan edilməmiş: 23 Qab, hər qabda 20 kq,11.5 litr, ümumlikdə 460 kq, 264.5 litr Tempo markalı plastik boya (emusiya) aşkar edilərək saxlanılmışdır. Aşkar edilən 23 Qab hər qabda 20 kq,11.5 litr, ümumlikdə 460 kq, 264.5 litr Tempo markalı plastik boya (emusiva) maddi subut, 07.04.2021-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin İnzibati binasının həyətində yerləşən anbara saxlanılması üçün təhvil verilmişdir. Qevd olunan faktla bağlı Qərb Ərazi Bas Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsində 09.04.2021-ci il tarixdə 11000-0505/21 saylı inzibati xəta haqqında is üzrə inzibati araşdırma başlanmışdır. İş üzrə 13.04.2021-ci il tarixdə əmtəəşünaslıq ekspertizası təyin olunmus, aşkar edilən malların 23 Qab hər qabda 20 kq,11.5 litr, ümumlikdə 460 kq, 264.5 litr Tempo markalı plastik boyanın 05.04.2021-ci il tarixinə olan bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə 13.04.2021-ci il tarixli, 1600- 013/001-24/01824 savlı məktubla Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının ’’Azərekspertiza” Birliyinə müraciət olunmuşdur. “Azərekspertiza” Birliyinin 14.04.2021-ci il tarixli 15-G saylı ekspert rəyinə əsasən təqdim edilən 1(bir) qutu 20 kq.11.5 litr Tempo markalı plastik boyanın orta bazar qiyməti 30 (otuz) manat təşkil etmiş: Ümumilikdə 23 qutu hər qutuda 20 kq,11.5 litr Tempo markalı plastik boya dəyəri 690 (altı yüz doxsan) manat müəyyən edilmişdir. Məhkəmə iclasında Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, «Cengiz İnşaat Sanayii və Ticarət Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı filialınin barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında «Cengiz İnşaat Sanayii və Ticarət Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X2 izahatında bildirdi ki, hüquqi şəxsin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolda qeyd edilənlərlə razıdır. Gömrük qaydalarını pozduqlarını etiraf edir və tətbiq ediləcək cəriməni ödəməyə razıdırlar. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi həm inzibati araşdırma zamanı, həm də məhkəmə iclasında verdiyi izahatında bəyannamədə göstərilməyən malların, ixracatçı şirkət tərəfindən səhv olaraq qoyulduğunu bildirmiş, bəyan edilməyən mallarla əlaqədar gömrük qaydalarının pozduqlarını etiraf etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertizası” Birliyi tərəfindən verilmiş 14.04.2021-ci il tarixli 15-G saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 1 qutu (20 kq) plastik boyanın orta bazar qiyməti 30 manat, 23 qutu (460 kq) plastik boyaların orta bazar qiyməti 690 (altı yüz doxsan) manat olması qeyd olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda, inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, «Cengiz İnşaat Sanayii və Ticarət Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İXM-in 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi nümayəndəsinin etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, «Cengiz İnşaat Sanayii və Ticarət Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan malların ümumi dəyəri olan 690 manat pul vəsaitinin qırx faizi məbləğində cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: «Cengiz İnşaat Sanayii və Ticarət Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin qırx faizi məbləğində, yəni 276 manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar