Məhkəmə qərarları › İş №3(043)-331/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-331/2021

22.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-331/2021 22.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş, “Şəxs Azərbaycan Respublikasındakı Filialı” MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materialı araşdırıb, m ü ə y y ə n e t d i m: Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən hüquqi şəxs “Şəxs Azərbaycan Respublikasındakı Filialı”MMC barəsində Azərbaycan Respublikası İXM-in 482.1-ci maddəsi ilə tərtib edilmiş 19.04.2021-ci il tarixli № 11000-0506/21 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilir ki, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli ev 162Q, mənzil 27-də yerləşən “Şəxs Azərbaycan Respublikasındakı Filialı”-nin ünvanına Türkiyə Respublikasından 53AG312/53AG313 nömrəli nəqliyyat vasitəsində 04.04.2021-ci il tarixdə “Qırmızı Körpü” gömrük postundan daxil olaraq təyinatı üzrə rəsmiləşdirilməsi üçün Qərb Ərazi Bas Gömrük İdarəsinə gəlmiş və 05.04.2021-ci il tarixli, **********2728 nömrəli yük gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara 07.04.2021-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin İnzibati binasının həyətində Gömrük Əməliyyatları İdarəsinin əməkdaşları tərəfindən “Şəxs Azərbaycan Respublikasındakı Filialı”-nin nümayəndəsinin və hal şahidlərinin iştirakı ilə gömrük baxışı keçirilmişdir. Baxış zamanı nəqliyyat vasitəsinin içərisində **********2728 nömrəli bəyannamədə bəyan edilən mallar Toğanalı- Kəlbəcər avtomobil yolunun tikintisi lahiyəsində tikinti sahələrində istifadə üçün (ili:2019- 2021)-Mobil evlər (Prefi mallar) 552.49M2 yükünün bir hissəsi 274 M2 demonte işçi koğuşu və aksesuarları olmuşdur. Baxış zamanı nəqliyyat vasitəsinin içərisində **********2728 nömrəli bəyannamədə, invoysda və digər müşaiyətedici sənədlərdə göstərilməmiş, bəyan edilməmiş; 25 Qab, hər qabda 20 kq, 11,5 litr, ümumillikdə 500 kq, 287,5 litr Tempo markalı plastik boya (emusiya) aşkar edilərək saxlanılmışdır. Aşkar edilən 25 Qab, 25 Qab, hər qabda 20 kq, 11,5 litr, ümumillikdə 500 kq, 287,5 litr Tempo markalı plastik boya (emusiya) maddi sübut, 07.04.2021-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin İnzibati binasının həyətində yerləşən anbara saxlanılması üçün təhvil verilmişdir. Qeyd olunan faktla bağlı qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsində 09.04.2021-ci il tarixdə 11000-0506/21 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. İş üzrə 13.04.2021-ci il tarixdə əmtəəşunaslıq ekspertizası təyin olunmuş, aşkar edilən malların 25 Qab, hər qabda 20 kq, 11,5 litr, ümumillikdə 500 kq, 287,5 litr Tempo markalı plastik boyanın 05.04.2021-ci il tarixli, 1600-013/001-24/01824 saylı məktubla Azərbaycdan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinə müraciət olunmuşdur. “Azərekspertiza” Birliyinin 14.04.2021-ci il tarixli 16-G saylı ekspert rəyinə əsasən təqdim edilən 1 (bir) qutu 20 kq, 11,5 lit Tempo markalı plastik boyanın orta bazar qiyməti 30 (otuz) manat təşkil etmiş: Ümumillikdə 25 qutu, hər qutuda 20 kq, 11,5 litr, 500 kq, 287,5 lite Tempo markalı plastik boyaların orta bazar qiyməti 750 (yeddi yüz əlli) manat müəyyən edilmişdir. Bununla da, “Şəxs Azərbaycan Respublikasındakı Filialı” MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinə göndərilməlidir. İş materiallarında olan 19.04.2021-ci il tarixli, № 11000-0506/21 saylı inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “Şəxs Azərbaycan Respublikasındakı Filialı” MMC-nin hüquqi ünvanı ünvan 1ının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsi hərəkətsizlikdə ifadə olunduğundan və hüquqi şəxs öz fəaliyyətini yerləşdiyi ünvanda həyata keçirdiyindən İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hüquqi şəxsin hüquqi ünvanında törədilmiş sayılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Həmin Məcəllənin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 110, 114-cü maddələrini rəhbər tutaraq qərara aldım: “Şəxs Azərbaycan Respublikasındakı Filialı” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında material baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar