Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-333/2022 22.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, Gəncə şəhəri BPİ-nin X8 Şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru Arif Uğurluyevin 23.03.2022-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından X2 verdiyi şikayətə baxaraq, məhkəmə müəyyən etdi: X1 şəhəri BPİ-nin X8 Şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru Arif Uğurluyev tərəfindən qəbul edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 23.03.2022-ci il tarixli, ******* saylı qərarından məhkəməyə şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri BPİ-i DYPŞ-nin inzibati təcrübə üzrə baş inspektoru polis mayoru Arif Uğurluyevin 23.03.2022-ci il tarixli inzibati xəta haqqında qərarı ilə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsi ilə təqsirli bilinərək 60 (altmış) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Hesab edir ki, Gəncə şəhəri BPİ-i DYPŞ-nin inzibati təcrübə üzrə baş inspektoru polis mayoru Arif Uğurluyevin 23.03.2022-ci il tarixli inzibati xəta haqqında qərarı tam əsassızdır, buna görə də qərara məhkəmə qaydasında baxılmalı və inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilərək işi üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmalıdır. Bildirir ki, o təxminən 12.03.2022-cı il tarixdə özünə məxsus ** EF *** dövlət qeydiyyat nişanlı VAZ-2107 markalı minik avtomobilin ilə Gəncə şəhərində İsaq Cəfərov küçəsindən Tağı Arani küçəsinə keçərkən (Metallurq stadionunun qarşısında) yol ver nişanının tələbinə əməl edərək idarə etdiyi avtomobilini tam olaraq dayandıraraq İsaq Cəfərov küçəsi ilə hərəkət edən avtomobilləri buraxaraq yol ayrıcına çıxaraq hərəkətə başlamışdır. Həmin vaxt xeylaq uzaqdan “Rancerover markalı avtomobil gəlirdi və onun hərəkətə başlamağı həmin avtomobilin hərəkətinə hər hansı maneə törətməmiş, sadəcə olaraq nədənsə sözügedən avtomobili surətini bir az azaltmışdır. Bunu görən dövlət yol polis avtomobili ona yaxınlaşaraq saxla əmri vermişdir. O avtomobili saxladıqdan sonra inespektor X3 ona yaxınlaşaraq özünü təqdim edərək yol hərəkəti qaydasını pozduğunu bildirmişdir. Ona onun hansı yol hərəkəti qaydasını pozmağını sübut etməsini bildirdikdə o bunu ona sübut edə bilməmiş və qanunsuz olaraq barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə protokol tərtib etmişdir. O sözügedən protokoldan şikayət vermişdir. Sözügedən protokol qanunsuz və əsassız olaraq tərtib edildiyi üçün ləğv edilməli olduğu halda təəssüf hissi ilə qeyd edir ki, həmin protokol əsasında Gəncə şəhəri BPİ-i DYPŞ-nin inzibati təcrübə üzrə baş inspektoru polis mayoru Arif Uğurluyev 23.03.2022-ci il tarixdə onun iştirakı olmadan inzibati xəta haqqında qərar qəbul etmişdir. Qərar qəbul edildikdən sonra, təxminən 29 mart 2022-ci il tarixdə ona bildiriş gəlmiş və o 23.03.2022-ci il tarixə DYPŞ-nə dəvət etmişlər. Həmin bildiriş ona gəldikdən sonra o DYPŞ-nə gedərək bildirişin ona 29.03.2022-ci il tarixdə gəlməsini və onu 23.03.2022-ci il tarixə DYPŞ-nə çağırmağını bildirdikdə orada ona bu poçtun problemidir, onlarlıq heç nə yoxdur, barənizdə qərar qəbul olunmuşdur və qəbul edilmiş qərar “Sizə göndəriləcəkdir”-deyə ona məlumat vermişlər. Həmin gündən təxminən 3-4 gün sonra 23.03.2022-ci il tarixdə qəbul edilmiş qərar poçt vasitəsilə ona gəlmişdir. O sözügedən qərardan narazıdır. Hesab edir ki, qərar tam olaraq qanunsuz və əsassızdır. Ona görə də sözügedən qərarı məhkəmə qaydasında mübahisələndirmək məcburiyyətində qalmışdır. Beləliklə hesab edir ki, o heç bir inzibati xəta törətməmişdir və bu səbəbdən də ona tətbiq edilmiş cərimə cəzası silinməlidir. Odur ki, barəsində qəbul edilmiş 23.03.2022-ci il tarixli, ******* nömrəli qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış X4 şikayətin dəlillərini müdafiə edərək və şikayətində göstərdiyi xüsusatlarla oxşar ifadə verərək, məhkəmədən həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Qərarı barəsində şikayət verilmiş Gəncə şəhəri BPİ-nin X8 Şöbəsinə işə baxılmanın yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, qərarı barəsində şikayət verilmiş vəzifəli şəxs və yaxud onun nümayəndəsi məhkəməyə gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkməyə məlumat verməmişdir. Məhkəmə qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin iştirakı olmadan inzibati tənbeh vermə haqqından qərardan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində qərar çıxarılmış şəxsin izahatını, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, də Gəncə şəhəri BPİ-nin X8 Şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru Arif Uğurluyevin 23.03.2022-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana qaytarılmalıdır. Belə ki, şikayətə əlavə edilmiş Gəncə şəhəri BPİ-nin X8 Şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru Arif Uğurluyevin 23.03.2022-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, X2 23.03.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olması istisna edilmişdir. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla araşdırılması qeyri-mümkündür. Belə ki, şikayətçi Gəncə şəhəri BPİ-nin X8 Şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru Arif Uğurluyev tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM–nin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort–kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə, şikayətin dəlilərini araşdırarkən, həmçinin müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, iş üçün əhəmiyyəti olan hallar tam sübuta yetirilməmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun normasının düzgün tətbiq edilib-edilməməsi şübhə altında qalmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Ona görə də, Gəncə şəhəri BPİ-nin X8 Şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru Arif Uğurluyevin 23.03.2022-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməlidir. Bununla belə məhkəmə həmçinin hesab edir ki, şikayətin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi hissəsi əsaslı deyildir. Belə ki, işin müəyyən olunmuş hallarından da görünür ki, barəsində protokol tərtib edilmiş şəxsin əməlində inzibati xəta tərkibinin olması mötəbər sübutlarla araşdırılmamış, vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında protokola baxılarkən qanunvericiliyin tələbləri pozulmuşdur. Bu hal isə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsasların dairəsinə daxil deyildir. Beləliklə, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən nəticəyə gəlir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 manat məbləğində inzibati cərimə edilməsi haqqında Gəncə şəhəri BPİ-nin X8 Şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru Arif Uğurluyevin 23.03.2022-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli vəzifəli şəxsə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 (altmış) manat məbləğində inzibati cərimə edilməsi haqqında Gəncə şəhəri BPİ-nin X8 Şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru Arif Uğurluyevin 23.03.2022-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tərtib edilmiş 23.03.2022-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol yenidən baxılması üçün Gəncə şəhəri BPİ-nin X8 Şöbəsinin səlahiyyətli vəzifəli şəxsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-333/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-333/2022
22.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver