Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-334/2022 12.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6, zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X10 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 12 aprel 2022-ci il tarixli protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X10 izahat verərək bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-753/2019 saylı, 08 fevral 2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs 10 yanvar 2019-cu il tarixdən hesablanmaqla 26.03.2012-ci il təvəllüdlü X5 və 25.03.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar X2 ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq olunmasına baxmayaraq yığılmış aliment borcunu ödəməkdən yayınır və borcu 2022-ci ilin aprel ayı da daxil olmaqla cəmi 1870 manat təşkil edir. Borclu icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs qanunla müəyyən edilmiş müddətdə borcunu ödəməkdən boyun qaçırmışdır. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Məhkəmə iclasında icra məmuru T.İmanov protokolun məzmununa uyğun izahat verərək Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Odur ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, o, hazırda fəhlə işləyir və başqa nikahdan iki övladı var. Ölkədə karantin rejimi olduğundan uzun müddət işləyə bilməmiş və ödənişləri tam şəkildə edə bilməmişdir. O, 3 il bundan əvvəl birdəfəlik 1000 manat aliment borcundan ödəmiş, lakin icra məmuru həmin borcu hesabdan silməmişdir. Hazırda yığılan borcu ödəməyə imkanı çatmır. Başqa qazancı və gəliri olmadığından icra sənədinin icrası üçün hər hansı tədbir görə bilmir. Alimenti aylıq yalnız 150-200 manat ödəməyə imkanı çatır. Nə aliment borcunu, nə də aylıq müəyyən edilmiş alimenti tam ödəmək imkanı yoxdur. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 bildirdi ki, o, aliment borcunun birdəfəlik ödənilməsini istəyir, çünki uşaqlar böyümüş və tələbatları artmışdır, təkbaşına ehtiyaclarının ödənilməsində çətinlik çəkir. Şəxs isə alimenti tam ödəməyə imkanı çatsa da illərdir ki, alimenti az ödəyir və aliment borcu nəinki azalmır, əksinə artır. Buna görə də borclu Şəxs məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22(044)- 753/2019 saylı, 08 fevral 2019-cu il tarixli icra vərəqəsinin surətindən görünür ki, 26 mart 2012-ci il təvəllüdlü X7 və 25 mart 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi Şəxs X1 xeyrinə hər ay hər uşağa 120 manat olmaqla, 240 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş 22.02.2019-cu il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-753/2019 saylı, 08 fevral 2019-cu il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. İş materialında olan müvafiq idarə və təşkilatlara edilmiş elektron sorğular və onun əsasında verilmiş cavabdan görünür ki, borclunun heç bir əmanəti, əmlakı və gəlirləri müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlıqların surətindən görünür ki, Şəxs icra sənədini icra etməsi üçün möhlət verilmiş və ona inzibati məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 753/2019 saylı, 08 fevral 2019-cu il tarixli icra sənədi üzrə müəyyən olunmuş aliment məbləğini qanunla müəyyən edilmiş müddətdə icra etməkdən boyun qaçırmış, icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmişdir. Belə ki, alimentin ödənildiyi bank hesabından çıxarışdan da göründüyü kimi Şəxs 3 ildən artıq müddət ərzində yalnız bir neçə dəfə alimenti məhkəmə qətnaməsi ilə müəyyən edilmiş miqdarda ödəmiş, son bir ildə isə cəmi üç dəfə alimenti 250 manat ödəmiş, qalan hallarda isə alimenti hər ay 240 manat ödəməli olduğu halda 150-200 manat aliment ödəmişdir. Göründüyü kimi ötənm müddət ərzində Şəxs məhkəmə qətnaməsinin tam və vaxtında icra edilməsi üçün lazımi səy göstərməmiş, alimenti qətnamə ilə müəyyən edilmiş miqdarda yox, özünün müəyyən etdiyi miqdarda ödəməklə məhkəmə qətnaməsinin icrasından yayınmışdır. Şəxs 2019-cu ilin mart ayında verilmiş icra sənədi üzrə üç ildən artıq müddətdə icra məmurunun qanuni tələblərinə riayət etməməsinə dair gətirdiyi dəlillər üzrlü hesab edilə bilməz. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Şəxs hərəkəti Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X10 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xətanın pul öhdəliyinin icra edilməməsindən irəli gəldiyini, onun törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli 12 aprel 2022-ci il saat 16:45-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan surəti verildiyi gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-334/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-334/2022
12.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver