Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-335/2021 07.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, Səlahiyyətli orqanın nümayəndəsi X4 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin, Gömrük Əməliyyatları İdarəsindən daxil olmuş 30.03.2021-ci il tarixli 34/012/003009 saylı raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN **********) tərəfindən 01,05.2020-ci il tarixli №02 saylı müqavilə əsasında 04.06.2020-ci il tarixli **********3921 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 24000 kq dəyəri 76800 ABŞ dolları olan “latun şpilkalar” yükü rəsmiləşdirilərək X3 ixrac edilmişdir. Şəxs MMC tərəfindən ixrac edilən bəyannamə üzrə yükün dəyəri 76800 (yetmiş altı min səkkiz yüz) ABŞ dolları və yaxud 130560 (yüz otuz min beş yüz altmış) manat olan valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC barəsində aparılan araşdırma ilə əlaqədar olaraq MMC-nin ünvanına 06.04.2021-ci il tarixli 1600-013/001-24/001683 saylı məktub göndərilərək 15.04.2021-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinə dəvət olunmuşdur. 20.04.2021-ci il tarixdə MMCnin direktoru X1 şöbəsinə gələrək işlə bağlı izahat vermiş və həmçinin 69645 (altmış doqquz min altı yüz qırx beş) ABŞ dollarının 04.06.2020-ci il tarixli **********3921 sorğu nömrəli gömrük bəyannaməsi üzrə müvəkkil bank hesabına geri köçürdüklərini bildirmiş, bununla bağlı “xxxx” ASC-nin Gəncə filialının 19.04.2021-ci il tarixli №372 saylı məktubunu təqdim etmişdir. Beləliklə Şəxs MMC-nin xaricdən bank hesabına geri köçürmədiyi məbləğ 7155 (yeddi min yüz altmış beş) ABŞ dolları olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi X7 protokolda göstərilənləri təsdiq edərək hüquqi şəxs tərəfindən İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinin iş materialları ilə tam şəkildə sübuta yetirildiyini bildirdi və Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə inzibati xəta haqqında işə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs MMC tərəfindən İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirildiyindən, o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Şəxs MMC və X10 şirkəti arasında bağlanılmış 02 saylı 01 may 2020-ci il tarixli müqaviləyə əsasən Şəxs MMC tərəfindən X6 X10 şirkətinə xalis çəkisi 24000 kq, ümumi dəyəri 76800 ABŞ dolları olan “latun şpilka” məhsulu göndərilmişdir. İş materiallarına əlavə edilmiş 03.06.2020-ci il tarixli gömrük bəyannaməsinin surətindən məlum olur ki, Şəxs MMC tərəfindən X10 şirkətinə çəkisi 24000 kq, ümumi dəyəri 76800 ABŞ dolları olan “latun şpilkalar” məhsulu ixrac edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. İXM-in 483-cü maddəsinin qeydinə əsasən bu maddədə “az miqdarda” dedikdə iyirmi min manatadək olan məbləğ başa düşülür. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi inzibati araşdırma zamanı verdiyi izahatında təmsil etdiyi hüquqi şəxsin İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini etiraf etmişdir. Məhkəmə araşdırması zamanı Şəxs MMC-nin ixrac etdiyi malın dəyərinin 7155 ABŞ dolları, yəni 12163,5 manat hissəsinin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülmədiyi, bununla da Şəxs MMC tərəfindən İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam şəkildə sübuta yetirilmişdir. Məhkəmə işin hallarını, inzibati xətanın xarakterini və hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən İXM-in 31.2-ci maddəsi ilə nəzərdə tutulmuş digər halları nəzərə alaraq hesab edir ki, hüquqi şəxsə tətbiq ediləcək inzibati cərimə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizi məbləğində müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 18.5, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olmuş xarici valyutanın dəyəri olan 12163,5 manatın otuz faizi məbləğində - yəni 3649,05 manat (üç min altı yüz qırx doqquz manat beş qəpik) inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(043)-335/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-335/2021
07.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver