Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-335/2022 12.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 12 aprel 2022-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 12 aprel 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 08.04.2022-ci il tarixdə X2 ünvanına gələrək, ictimai qaydanı pozmuş və 12.04.2022-ci il tarixdə isə polisin qanuni tələbinə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin polis sahə rəisi X10 oğlu izahatında göstərdi ki, Şəxs 08.04.2022-ci il tarixdə X2 ünvanına gələrək, orada binanın qarşısında Nuriyyənin evini müəyyən etmək məqsədi ilə yüksək səslə Nuriyyəni səsləmiş, bu zaman kənar şəxslərin diqqətini özünə cəlb etməklə ictimai qaydanı pozmuşdur. Bundan əlavə 11.04.2022-ci il tarixdə axşam saatlarında Şəxsla bağlı Nuriyyə Məmmədova DİN-nin 102 Xidmətinə müraciət edərək, onun narahat etməsini, 12.04.2022-ci il tarixdə isə sahə rəisi kimi onun özünə zəng edərək Şəxs yaşadığı binanın qarşısında olduğunu və əlində kəsici alət olduğunu bildirdiyinə görə, o, dərhal Nuriyyə Məmmədovanın yaşadığı binanın qarşısına getmiş, orada Şəxs gördükdə onun barəsində DİN-nin 102 xidmətinə şikayət olunduğunu, bu məsələnin aydınlaşdırılması üçün polis şöbəsinə getməsini təklif etdikdə, Şəxs aqressiv reaksiya verərək polis şöbəsinə getməmək üçün əlindəki şüşə kəsiyi ilə öz qoluna xəsarət yetirmiş, onun qanuni tələbinə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, onun barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, O, Şirvan şəhərində yaşayır. Nuriyyə Məmmədova ilə internet vasitəsi ilə tanış olmuşdur. O, Nuriyə Məmmədovanın ünvanını öyrəndikdən sonra 08.04.2022-ci il tarixdə Gəncə şəhərinə gəlmiş və Nuriyyə Məmmədovanın yaşadığı mənzili bilmədiyi üçün binanın qabağında uca səslə onu çağırmağa başlamışdır. Buna görədə Nuriyyə Məmmədova DİN-nin 102 zəng xidmətinə müraciət etmişdir. Bundan sonra o, polis idarəsinə gedib iltizam vermiş və Nuriyyə Məmmədova ilə barışdığını bildirmişdir. 12.04.2022-ci il tarixdə Şirvan şəhərinə gedən zaman ona polisdən zəng gəldi ki, barənizdə şikayət edilmişdir. O da yenidən Nuriyyə Məmmədovanın yaşadığı binanın qarşısına gedərək, onu gözləməyə başlamışdır. Bu zaman polis əməkdaşı gələrək, onu polis idarəsinə davət etmişdir. O da əsəbi olduğu üçün polis idarəsinə geməkdən imtina edərək, əlindəki şüşə parçası ilə özünə xəsarət yetirməyə başlamışdır. Polis əməkdaşı onu tutub zorla polis idarəsinə aparmışdır. Hesab edir ki, o, heç bir inzibati xəta hadisəsi törətməmişdir. Göstərilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, O, Şəxs ilə internetdə tanış olmuşdur. 08.04.2022-ci il tarixdə Şəxs onun yaşadığı binanın qabağına gələrək, uca səslə onu çağırmışdır. O da Zahidin hərəkətlərindən ehtiyyat etdiyindən DİNnin 102 zəng xidmətinə müraciət etmişdir. 11.04.2022-ci il tarixdə isə Şəxs onun yaşadığı evə gələrək, zorla içəri girmək istədiyi üçün o, yenidən polisə müraciət etmişdir. 12.04.2022ci il tarixdə isə Şəxs onun yaşadığı binanın qabağında əlində kəsici alətlə dayandığı üçün və Zahiddən ehtiyyat etdiyi üçün o, polis sahə rəisini zəng edib onu çağırmışdır. İş materiallarında olan 08.04.2022-ci il tarixli raportdan görünür ki, X5 həmin gün saat 16:45-də DİN-in 102 xidmətinə zəng edərək bir nəfər şəxsin evinə gələrək onu narahat etdiyini bildirmişdir. İş materiallarında olan 11.04.2022-ci il tarixli raportdan görünür ki, X5 həmin gün saat 23:02-də DİN-in 102 xidmətinə zəng edərək Zahid adlı şəxsin onun qapısını döyərək narahat etməsini bildirmişdir. İş materiallarına əlavə edilmiş 11.04.2022-ci il tarixli “İltizam”dan görünür ki, Şəxs Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə iltizam verərək bildirmişdir ki, X3 yaxın getməyəcək, onu narahat etməyəcək, əgər Nuriyyəyə qarşı hər hansı hərəkət edərsə məsuliyyət daşıyacağına razı olduğunu bildirmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 12 aprel 2022-ci il tarixdə saat 10:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs özünü təqsirli bilməsə də, onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi inzibati xəta haqqında protokol, şahidin izahatı və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, 08.04.2022-ci il tarixdə Şəxs internet vasitəsi ilə tanış olduğu X2 Gəncə şəhərində yaşadığı binanın qarşısına gələrək, orada binanın qarşısında Nuriyyənin evini müəyyən etmək məqsədi ilə yüksək səslə Nuriyyəni səsləmiş, bu zaman kənar şəxslərin diqqətini özünə cəlb etməklə ictimai qaydanı pozmuşdur. Bundan əlavə 11.04.2022-ci il tarixdə axşam saatlarında Şəxsla bağlı Nuriyyə Məmmədova DİN-nin 102 Xidmətinə müraciət edərək, onun narahat etməsini, 12.04.2022-ci il tarixdə səhər saatlarında isə polis sahə rəisinə zəng edərək Şəxs yaşadığı binanın qarşısında olduğunu və əlində kəsici alət olduğunu bildirdiyinə görə, polis sahə rəisi dərhal Nuriyyə Məmmədovanın yaşadığı binanın qarşısına getmiş, orada Şəxs gördükdə onun barəsində DİN-nin 102 xidmətinə şikayət olunduğunu, bu məsələnin aydınlaşdırılması üçün polis şöbəsinə getməsini təklif etdikdə, Şəxs aqressiv reaksiya verərək polis şöbəsinə getməmək üçün əlindəki şüşə kəsiyi ilə öz qoluna xəsarət yetirmiş, polisin qanuni tələbinə tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli onun tutulduğu vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 12 aprel 2022-ci il tarixdən saat 10:30-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(043)-335/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-335/2022
12.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver