Məhkəmə qərarları › İş №3(043)-336/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-336/2020

03.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-336/2020 03.06.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x7 iclas katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi x5, Şəxs nümayəndəsi x2 iştirakı ilə, Şəxs (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1 və 505-ci maddəli ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs (VÖEN: **********)barəsinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1 və 505-ci maddələrində nəzərdə tutulan inzibati xəta haqqında 14.04.2020-ci il tarixdə 11000-0692/20 nömrəli protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Gömrük Prosedurları şöbəsindən daxil olmuş 07.04.2020-ci il tarixli 34/012/003927-saylı raportun araşdırılması ilə müəyyən olunmuşdur ki, ünvan 1 ünvanda yerləşən podratçı Şəxs MMC tərəfindən sifarişçi, “xxxxxxxxxxxxx” MMC və İran İslam Respublikasının Tehran şəhərində yerləşən “CHALİPAAB CO şirkəti ilə bağlanmış 01.09.2019-cu il tarixli Xidmət və icarə müqavilələrinə əsasən idxal edilən, 10.09.2019-cu il tarixli **********410 sorğu nömrəli Gömrük Bəyannaməsi üzrə “31” kod altında bəyan etdiyi, ümumi dəyəri 500000 (beş yüz min) ABŞ dolları, çəkisi 65020 kq olan “AVN 1000C M500M/M-301C” Markalı Özügedən x12 müvəqqəti idxal xüsusi gömrük praseduru altında qalma müddəti 10.09.2019-cu il tarixdən 06.03.2020-ci il tarixədək, sonra isə Şəxs MMCnin yazılı müraciətinə əsasən müvəqqəti qalma müddəti 1 (bir) ay artırılaraq 05.04.2020-ci il tarixədək “Müvəqqəti idxal gömrük proseduru” altında yerləşdirmişdir. Şəxs MMC-nin 10.09.2019-cu il tarixli, **********410 sorğu nömrəli Gömrük Bəyannaməsi üzrə “31" kodu ilə bəyan etdiyi “AVN 1000C M500M/M-301C” Markalı Özügedən x13 yükünün Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 193-cü maddəsində nəzərdə tutulan müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddətinə MMC-nin rəhbərliyi tərəfindən əməl edilməmişdir. Qeyd olunan faktla bağlı Qərb Ərazi Baş Gömrük idarəsi Əməliyyat və x4 şöbəsində Azərbaycan Respublikası İXM-nin 499.1-ci və 505-ci maddələri ilə 13.04.2020-ci il tarixdə 11000-0692/20 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 02 sentyabr 2013-cü il tarixli 245 nömrəli Qərarının 6.2 bəndində malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddəti 24 (iyirmi dörd) ay, 6.3 bəndində isə həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına 1 (bir) ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə müddətin 12 (on iki) aya qədər uzadılması nəzərdə tutulmuşdur. Şəxs MMC-nin yazılı müraciətinə əsasən müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddəti 1 (bir) ay artırılması təmin edilmiş lakin, həmin müddət 05.04.2020-ci il tarixdə başa çatmış yükün ixrac edilməsi və yaxud başqa gömrük proseduru altında yerləşdirilməsi təmin edilməmişdir. İş üzrə müəyyən edilmişdir ki, Şəxs MMC-nin 10.09.2019-cu il tarixli **********410 sorğu nömrəli Gömrük Bəyannaməsi üzrə “31” kodu ilə bəyan etdiyi “AVN 1000C M500M/M-301C” Markalı Özügedən x13 yükünün sərbəst dövriyyə buraxılış üçün ödənilməli olan ümumi gömrük rüsum və vergilərin məbləği cəmi; 154441.20 manat təşkil etdiyi üçün, aylıq ödənişlərin məbləği 4633.24 manat təşkil edir. Şəxs MMC tərəfindən 05.04.2020-ci il tarixədək aylıq gömrük rüsum və vergilərinin ödənilməsi təmin edilmişdir. Lakin, Şəxs MMC tərəfindən 05.04.2020-ci il tarixdən -13.04.2020-ci il darixədək gömrük rüsum və vergilərinin ödənilməsi təmin edilmədiyi üçün MMC-nin əməlində gömrük ödənişlərinin (borcunun) ödənilməsindən yayınma faktı olduğunu nəzərə alaraq, 05.04.2020-ci il tarixdən- 13.04.2020-ci il darixədək ödənilməli olan gömrük ödənişlərinin məbləğinin müəyyən edilməsi məqsədi ilə Gömrük Əməliyyatları idarəsinə 13.04.2020-ci il tarixdə 34/013/004105 nömrəli Xidməti Qeyd yazılmış, 13.04.2020-ci il tarixdə alınmış 34/012/004135 nömrəli cavabda ödənilməli olan aylıq ödənişlərinin məbləği 4633.24 manat təşkil edir. Bu da 1 gün üçün təqribən ödənişin məbləği 154.44 manat, 06.04.2020 - 13.04.2020 tarixlərdə 8(səkkiz) gün üçün, 1235.52(bir min iki yüz otuz beş manat əlli iki qəpik) manat təşkil etdiyi müəyyən edilmişdir. Beləliklə, Şəxs MMC tərəfindən 10.09.2019cu il tarixli **********410 sorğu nömrəli Gömrük Bəyannaməsi üzrə “31” kodu altında bəyan etdiyi, ümumi dəyəri 500000 (beş yüz min) ABŞ dolları, çəkisi 65020 kq olan “AVN 1000C M500M/M-301C” Markalı Özügedən x13 yükünün müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddətinə və 1235.52(bir min iki yüz otuz beş manat əlli iki qəpik) AZN məbləğində gömrük ödənişlərinin (borcunun) ödənilməsinə əməl edilmədiyinə görə gömrük qaydalarının əleyhinə olan inzibati xətaya yol verilmişdir. Məhkəmə iclasında Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi x8 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 499.1 və 505-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş üzrə toplanmış sübutlarla öz təsdiqini tapmışdır. Lakin onlar tərəfindən protokol tərtib edildikdən sonra 10.09.2019-cu il tarixli **********410 sorğu nömrəli Gömrük Bəyannaməsi üzrə “31” kodu ilə bəyan edilmiş “AVN 1000C M500M/M-301C” Markalı Özügedən x13 yükünün sərbəst dövriyyə buraxılması ilə əlaqədar Şəxs MMC tərəfindən aprel və may aylıq gömrük rüsum və vergilərinin ödənilməsi təmin edilmişdir. Hüquqi şəxsin barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs nümayəndəsi x6 izahatında bildirdi ki, sərhəddin Koronavirus pandemiyası ilə əlaqədar bağlı olması üzündən yükü vaxtında geri qaytarmaq mümkün olmamış, həmçinin karantin rejimi ilə əlaqədar bankların fəaliyyətində məhdudiyyətlər olması səbəbindən gömrük rüsum və vergilərinin vaxtında ödənilməsində çətinliklər yaranmışdır. 10.09.2019-cu il tarixli **********410 sorğu nömrəli Gömrük Bəyannaməsi üzrə “31” kodu ilə bəyan edilmiş “AVN 1000C M500M/M-301C” Markalı Özügedən x13 yükünün sərbəst dövriyyə buraxılması ilə əlaqədar 06 may 2020-ci il tarixdə Şəxs MMC tərəfindən aprel və may ayları üçün bütün aylıq gömrük rüsum və vergilər ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq qanuna uyğun qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan 06.04.2020-ci il tarixli raportdan görünür ki Şəxs MMC tərəfindən 11.09.2019-cu il tarixdə 0**********410 sorğu nömrəli bəyannamə ilə müvəqqəti idxal gömrük proseduru altında ümumi dəyəri 500000 (beş yüz min) ABŞ dolları olan 5 avtonəqliyyat vasitəsində 1 ədəd özügedən tunelqazan maşın bəyan edilmişdir. Sərbəst dövriyyə buraxılış üçün ödənilməli olan gömrük rüsum və vergilərin məbləği 154441.20 manat təşkil etdiyi üçün aylıq ödənişlərin məbləği 4633.24 manat təşkil edir. Müvəqqəti idxal gömrük proderunun müddətinin 05.04.2020-ci il tarixdə bitməsi barədə 19.03.2020-ci il tarixdə 1600-012/001-24/001594 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq Gömrük Məcəlləsinin 193 maddəsinə əsasən yaranacaq gömrük ödənişlərinin ödənilməsi təqdirində müvəqqəti idxal gömrük prosedurunun müddətinin uzadılması və ya başqa gömrük proseduru altinda yerləşdirilməsi bu günədək həyata keçirilməmişdir. İş materiallarına əlavə olunmuş qəbzlərdən görünür ki, 06 may 2020-ci il tarixdə Şəxs MMC tərəfindən aprel və may ayları üçün bütün aylıq gömrük rüsum və vergilər olmaqla ümumilikdə 9277.68 manat Dövlət Xəzinədarlıq Agentliyinə ödənilmişdir. Məhkəmə baxışında müəyyən olundu ki, Şəxs MMC tərəfindən 10.09.2019-cu il tarixli **********410 sorğu nömrəli Gömrük Bəyannaməsi üzrə “31” kodu altında bəyan etdiyi, ümumi dəyəri 500000 (beş yüz min) ABŞ dolları, çəkisi 65020 kq olan “AVN 1000C M500M/M-301C” Markalı Özügedən x13 yükünün müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddətini və 1235.52 (bir min iki yüz otuz beş manat əlli iki qəpik) AZN məbləğində gömrük ödənişlərinin (borcunun) ödənilməsinə əməl edilmədiyinə görə gömrük qaydalarının əleyhinə olan inzibati xətaya yol verilmiş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1 və 505-ci maddəli ilə protokol tərtib olunmuşdur. İnzibati xətaya dair protokol üzrə material məhkəməyə daxil olanadək 06 may 2020-ci il tarixdə Şəxs MMC tərəfindən aprel və may ayları üçün bütün aylıq gömrük rüsum və vergilər olmaqla ümumilikdə 9277.68 manat Dövlət Xəzinədarlıq Agentliyinə ödənilmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən inzibati xətanın törədilməsi proses iştirakçılarının izahatları, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallarla tam təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin Qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat zamanı toplanmş sənədləri və ödəniş sənədləri tədqiq edərək hesab edir ki, hüquqi şəxs olan Şəxs MMC qeyd olunan əməli ilk dəfə törətdiyindən və inzibati xəta nəticəsində gömrük ödənişlərini (borcunu) tamamilə ödədiyindən, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə - fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1-ci maddəsinin sanksiyasının həddi daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. Şəxs Məhdud Məsuliyyətli(VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar