Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-337/2021 30.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 bildirdi ki, xx.xx.1987-ci il tarixdə Gəncə şəhərində doğulmuş, orta təhsilli, subay, məhkumluğu olan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan borclu Şəxs barəsində olan Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-2585/2014 saylı, 15.08.2014-cü il tarixli icra vərəqəsinə əsasən 180 (bir yüz səksən) manat aliment, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)104/2015 saylı 10.04.2015-ci il tarixli icra vərəqəsinə əsasən 4342 (dörd min üç yüz qırx iki) manat pul borcu və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)2672/2020 saylı 03.09.2020-ci il tarixli icra vərəqəsinə əsasən 260 (iki yüz altmış) manat aliment borclu Şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Borclu Şəxs icra vərəqəsi üzrə tələbi könüllü icra etməsi üçün bildiriş təqdim edilməklə 10 gün müddətinə vaxt verilmişdir. Lakin bu müddət ərzində icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Bildirirəm ki, Şəxs bu gün ki tarixədək hər üç icra sənədi üzrə cəmi 13.782 (on üç min yeddi yüz səksən iki) manat borcunu ödəməmişdir. Belə ki, borclu Şəxs Kəpəz Rayon polis idarəsinin əməkdaşları tərəfindən axtarışla tutularaq İdarəyə gətirilmişdir. Borcluya hüquq və vəzifələri izah olunmuşdur. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Əlavə olaraq bildirdi ki, borclunun avtomobili və ya öz adına evi yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs borclu Şəxs izahatında bildirdi ki, nikahları rəsmi qaydada pozulmuş, lakin, şəxsiyyət vəsiqəsini dəyişdirməmiş evli yazılmışdır. Tələbin könüllü icrası barədə bildirişi və xəbərdarlığı almışdır. Xəstəliyi və əlilliyi yoxdur, heç bir yerdə işləmir. Maddi imkanı çatdığı qədər ödənişlər edir. Avtomobilini 9000 manata satıb borcundan ödəniş edəcəkdir. 2-3 ay vaxt verilsə maşını satıb ödəniş etmək istəyir. Evlərini satıb aliment borcunu ödəyəcəkdir. Odur ki, məhkəmədən ödəniş edə bilməsi üçün vaxt verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, “N” saylı hərbi hissədə operator vəzifəsində işləyir və şəhid ailəsidir. Borclu neçə ildir ki, ödəniş etmir. O, şikayətlər etdikdən sonra borclu ödəniş etməyə başlamışdır. Borclu 3 aydır ki, Şəmkir rayonuna qaçıb gizlənmiş, məcburi qaydada gətirilmişdir. Borclunun ödəniş etmək fikri yoxdur. 2021-ci ilin aprel ayında 300 manat ödəniş etmişdir. 2018-ci il, 2019-cu il və 2020-ci illərdə heç bir ödəniş etməmişdir. Bütün borcunun ödənilməsini xahiş edir. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, borclunun avtomobili və ya öz adına evi yoxdur. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədlərinin tələbi üzrlü səbəb olmadan icra edilməmiş, icra sənədləri üzrə 13782 (on üç min yeddi yüz səksən iki) manat borcu yaranmış və məhkəmə aktının icrası bu günədək onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. İnzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və tələbkarı dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə icra sənədinin icrası ilə bağlı qeyd edir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2585/2014 saylı, 15.08.2014-cü il tarixli icra sənədinə əsasən Şəxs 12.03.2008-ci il təvəllüdlü X5 və 03.04.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 90 (doxsan) manat olmaqla cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs ödənilməsi qət edilməsi, 10.04.2015ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 4,342 (dörd min üç yüz qırx iki) manat məbləğində pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilməsi, 03.09.2020-ci il tarixli icra sənədinə əsasən, 12.03.2008-ci il təvəllüdlü X5 və 03.04.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə sabit pul məbləği ilə 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat aliment cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş və borclu tərəfindən icra edilməmə nəticəsində 13,782 (üç min yeddi yüz səksən iki) manat borcu yığılmışdır. Yığılmış borcunun məbləğindən məlum olur ki, borclu tərəfindən uzun müddətdə aliment məbləğini icra sənədində göstərilən qaydada icra edilməmiş və bu hal onu deməyə əsas verir ki, borclu Şəxs məhkəmə qətnamələri ilə razılaşmamış və özünün istəyinə uyğun icra etmiş, məhkəmə qətnamələrinin və aliment öhdəliyinin tam icrasından yayınmaq istəyinin olmasını göstərmişdir. Belə ki, iş materiallarından aydın olur ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2585/2014 saylı, 15.08.2014-cü il tarixli icra sənədinə əsasən, 15.07.2014-cü ildən başlayaraq, Gəncə şəhəri, Z.Hacıyev küçəsi, ev 24 mənzil yaşayan Şəxs 12.03.2008-ci il təvəllüdlü X5 və 03.04.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 90 (doxsan) manat olmaqla cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 104/2015 saylı, 10.04.2015-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 4,342 (dörd min üç yüz qırx iki) manat məbləğində pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 2672/2020 saylı, 03.09.2020-ci il tarixli icra sənədindən görünür ki, 12.03.2008-ci il təvəllüdlü X5 və 03.04.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə sabit pul məbləği ilə 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat aliment cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, həmin icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildirişlər və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş “borclunun məcburi gətirilməsi” haqqında 27.11.2020-ci il tarixli qərarının surətindən görünür ki, ünvan 4 ünvanında yaşayan Şəxs məcburi qaydada Gəncə şəhər İcra İdarəsinə gətirilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 17.03.2021-ci il tarixli Zərərçəkmiş şəxs hesabdan çıxarışından görünür ki, Şəxs borcundan 2600 manat Zərərçəkmiş şəxs hesabına ödəniş etmişdir. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi isə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyənləşdirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Borclunun və tələbkarın ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini, borc məbləğini və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməli və İnzibati həbsə alınmanın əvvəli X6 qəbul edildiyi saatdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli Şəxs Gəncə şəhər Baş Polis İdarəsinin X6 qəbul edildiyi vaxtdan hesab edilsin. Qərаrın icrаsı Gəncə şəhər Bаş Pоlis İdаrəsinin X6 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-337/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-337/2021
30.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver