Məhkəmə qərarları › İş №3(043)-338/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-338/2021

07.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-338/2021 07.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu X3 Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin rəisi X4 15 aprel 2021ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin mümkünlüyünə baxaraq, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin rəisi X4 15 aprel 2021-ci il tarixli inzibati tənbeh verilməsi haqqında qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444.1-ci maddəsi ilə təqsirli bilinib 600 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərardan narazı qalan X5 şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti vermiş X2 rayonu, Əhmədbəyli kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İXM-in 129.1.3-cü maddəsində qeyd edilmiş yaşayış yeri şəxsin faktiki olduğu yeri yox, şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən daimi pasport qeydiyyatına alındığı yeri nəzərdə tutur. Buna görə də verilmiş şikayətə aidiyyəti üzrə Samux Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı : X3 Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin rəisi X4 15 aprel 2021ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Samux Rayon Məhkəməsinə göndərilsin. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar