Məhkəmə qərarları › İş №3(043)-339/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-339/2022

28.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-339/2022 28.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 05 avqust 2019-cu il tarixli, EQ ******* nömrəli, 21 dekabr 2019-cu il tarixli, EQ ******* nömrəli, 12 yanvar 2021-ci il tarixli, EQ ******* nömrəli və 27 yanvar 2021-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından barəsində qərar çıxarılmış şəxs X4 tərəfindən verilmiş şikayətə, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 05 avqust 2019-cu il tarixli, EQ ******* nömrəli, 21 dekabr 2019-cu il tarixli, EQ ******* nömrəli, 12 yanvar 2021-ci il tarixli, EQ ******* nömrəli və 27 yanvar 2021-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarlarından şikayət verərək sözügedən qərarların ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi 05 avqust 2019-cu il tarixli, EQ ******* nömrəli, 21 dekabr 2019cu il tarixli, EQ ******* nömrəli, 12 yanvar 2021-ci il tarixli, EQ ******* nömrəli və 27 yanvar 2021-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarlar qəbul edərkən ona bu barədə məlumat verilməmiş və həmin qərarlar ona göndərilməmişdir. O, sürücülük vəsiqəsini dəyişdirən zaman onun ödənilməmiş bir sıra inzibati xəta haqqında qərarlar üzrə cərimələri olduğu bildirilmişdir. Qeyd edir ki, həmin cərimələr “İNFİNİTİ FX 35” minik markalı **-FT-*** qeydiyyat nömrə nişanlı avtomaşının idarə edilməsi zamanı yol verilən qayda pozuntularına görə yazılmışdır. Sözügedən avtomaşın baş etibarnamə ilə ona məxsusdur və həmin avtomaşın daim onun istifadəsində olmuşdur. “İNFİNİTİ FX 35” minik markalı **-FT-*** qeydiyyat nömrə nişanlı avtomaşına yazılan cərimələr barədə o, vaxtında xəbər tutmadığına görə cərimələrin üzərinə xeyli miqdarda peniya gəlmişdir. Odur ki, qeyd olunan qərarların ləğv edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən X4 şikayətini müdafiə edərək izahatında göstərdi ki, “İNFİNİTİ FX 35” minik markalı, **-FT-*** qeydiyyat nömrə nişanlı avtomaşın baş etibarnamə əsasında ona məxsusdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi 05 avqust 2019-cu il tarixli, EQ ******* nömrəli, 21 dekabr 2019-cu il tarixli, EQ ******* nömrəli, 12 yanvar 2021-ci il tarixli, EQ ******* nömrəli və 27 yanvar 2021-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarlar qəbul edərkən ona bu barədə məlumat verilməmiş və həmin qərarlar ona göndərilməmişdir. Həmin qərarları o, yalnız indi əldə etmişdir. Mübahisələndirdiyi qərarlar üzrə qayda pozuntusu törətməsini inkar etmir. Lakin həmin qərarlar ona vaxtında verilmədiyi üçün cərimələrin üzərinə xeyli məbləğdə peniya gəlmişdir. Bu səbəbdən cərimələrin vaxtında ödənilməməsinə görə hesablanan peniyanın silinməsini tələb edir. Odur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi 05 avqust 2019-cu il tarixli, EQ ******* nömrəli, 21 dekabr 2019cu il tarixli, EQ ******* nömrəli, 12 yanvar 2021-ci il tarixli, EQ ******* nömrəli və 27 yanvar 2021-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarlarının ləğv edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasında heç bir üzrlü səbəb göstərməyərək iştirak etməmişdir. Bu səbəbdən məhkəmə qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 27.01.2021-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi (Nəqliyyat vasitəsini X5 Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmə) ilə təqsirli bilinib 50 manat məbləğində inzibati cərimə növündə tənbeh edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 12.01.2021-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi (yolda müəyyən edilən hərəkət surətini 18 kilometr aşdığına görə) ilə təqsirli bilinib 10 manat məbləğində inzibati cərimə növündə tənbeh edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 21.12.2019-cu il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi (yolda müəyyən edilən hərəkət surətini 19 kilometr aşdığına görə) ilə təqsirli bilinib 10 manat məbləğində inzibati cərimə növündə tənbeh edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 05.08.2019-cu il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi (yolda müəyyən edilən hərəkət surətini 25 kilometr aşdığına görə) ilə təqsirli bilinib 50 manat məbləğində inzibati cərimə növündə tənbeh edilmişdir. AB 319774 nömrəli etibarnamənin surətindən görünür ki, “İNFİNİTİ FX 35” minik markalı **-FT-*** qeydiyyat nömrə nişanlı avtomaşın 17 iyul 2011-ci ildən 22 iyun 2039-cu ilədək X3 idarə və digər hərəkətləri etmək etibar olunmuşdur. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, iş materiallarını nəzərdə keçirərək hesab edir ki, şikayət əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, “İNFİNİTİ FX 35” minik markalı, **- FT-*** qeydiyyat nömrə nişanlı avtomaşın 17 iyul 2011-ci ildən X1 istifadəsindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 27.01.2021-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında qərarına əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi (Nəqliyyat vasitəsini X5 Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmə) ilə təqsirli bilinib 50 manat məbləğində inzibati cərimə növündə tənbeh edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 12.01.2021ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında qərarına əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi (yolda müəyyən edilən hərəkət surətini 18 kilometr aşdığına görə) ilə təqsirli bilinib 10 manat məbləğində inzibati cərimə növündə tənbeh edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 21.12.2019-cu il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında qərarına əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi (yolda müəyyən edilən hərəkət surətini 19 kilometr aşdığına görə) ilə təqsirli bilinib 10 manat məbləğində inzibati cərimə növündə tənbeh edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 05.08.2019-cu il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında qərarına əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi (yolda müəyyən edilən hərəkət surətini 25 kilometr aşdığına görə) ilə təqsirli bilinib 50 manat məbləğində inzibati cərimə növündə tənbeh edilmişdir. Qeyd olunan qayda pozuntularının törədilməsini X4 məhkəmə iclasında etiraf etmişdir. Həmçinin sözügedən yol hərəkəti qayda pozuntularının törədilməsi iş materiallarına əlavə edilən sənədlərlə (inzibati xəta haqqında qərarlar və protokollarla) də təsdiq olunur. Şikayətçi yalnız ona mübahisələndirdiyi qərarların gec verildiyini əsas gətirərək cəriməyə hesablanan peniyanın silinməsindən narazı olduğunu bildirməklə həmin qərarların ləğvini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, şikayətçinin istinad etdiyi həmin hallar öz təsdiqini tapsa belə bu mübahisələndirilən qərarların ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.1-ci maddəsinə görə inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X1 şikayəti əsassız olduğundan təmin olunmamalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 05 avqust 2019-cu il tarixli, EQ ******* nömrəli, 21 dekabr 2019-cu il tarixli, EQ ******* nömrəli, 12 yanvar 2021-ci il tarixli, EQ ******* nömrəli və 27 yanvar 2021-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarları dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 şikayəti əsassız olduğundan təmin olunmasın. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 05 avqust 2019cu il tarixli, EQ ******* nömrəli, 21 dekabr 2019-cu il tarixli, EQ ******* nömrəli, 12 yanvar 2021-ci il tarixli, EQ ******* nömrəli və 27 yanvar 2021-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarları dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar