Məhkəmə qərarları › İş №3(043)-340/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-340/2021

04.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-340/2021 04.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət yol polis şöbəsindən daxil olmuş olunmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materialı araşdırıb, müəyyən e t d i: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə 04 may 2021-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət yol polis şöbəsindən X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında materialı araşdırılarkən müəyyən olundu ki, X1 barəsində tərtib edilmiş İXP ******* nömrəli, 03.05.2021-ci il tarixli protokolda onun tərəfindən 03.05.2021-ci il tarixdə VAZ 21074 markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edilərkən İXM-nin 327.1 və 511.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 14 aprel 2021-ci il tarixədək qüvvədə olan 511.1-ci maddəsinin dispozisiyasında avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdu. Lakin, 23 fevral 2021-ci il tarixli, 270 VİQD nömrəli qanunla İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliyə əsasən (14 aprel 2021-ci il tarixdən qüvvəyə minmişdir) həmin Məcəllənin 511.1-ci maddəsi aşağıdakı redaksiyada verilmişdir: “Avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; 511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi qanunvericilikdə edilmiş dəyişikliyə əsasən avtoxuliqanlıq əməli İXMnin 511.1.1, 511.1.2 və 511.1.3-cü maddəsində nəzərdə tutulan qərəzli hərəkətlərin biri və ya bir neçəsi edilməklə törədildikdə inzibati məsuliyyətə səbəb olur. X2 isnad olunan inzibati xəta hadisəsi qanunvericilikdə edilmiş yuxarıdakı dəyişiklikdən sonra törədilməsinə baxmayaraq, onun tərəfindən İXM-nin 511.1-ci maddəsində nəzərdə tutulan hansı qərəzli hərəkətlərin edilməsi (İXM-nin 511.1, 511.1.2 və ya 511.1.3 maddəsi) dəqiq göstərilməmişdir. Bununla da onun barəsində inzibati xəta haqqında protokolun düzgün tərtib edilmədiyi müəyyən olunur. Azərbaycan Respublikası İXM-in 100.1.5-ci maddəsinin tələbinə görə inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi inzibati xəta haqqında protokolda dəqiq göstərilməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana – Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət yol polis şöbəsinə qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 100 və 109.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət yol polis şöbəsindən daxil olmuş İXP ******* nömrəli, 03.05.2021-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar