Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-340/2022 18.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Gəncə şəhərində, anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gəncə şəhər Baş polis İdarəsinin 2-ci polis şöbəsindən Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə daxil olmus inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 227ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Gəncə şəhər Baş polis İdarəsinin 2-ci polis şöbəsindən 18.04.2022-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs oğlu Zərərçəkmiş şəxs məxsus 100 manat dəyərində dəmir rəfi gizli yolla oğurlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu özünü təqsirli bilərək izahatında göstərdi ki, pula ehtiyacı olduğu üçün oğurluq etmişdir. Oğurladığı rəfi sahibinə qaytarmağa hazır olduğunu və əməlindən peşman olduğunu göstərdi. İş üzrə zərərçəkmiş şəxsə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, zərərçəkmiş şəxsdən şikayətçi olduğunu bildirmişdir. İnzibati materiala əlavə edilmiş Gəncə şəhər Baş polis İdarəsinin 2-ci polis şöbəsi tərəfindən tərtib olunmuş 18.04.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Zərərçəkmiş şəxs məxsus 100 manat dəyərində dəmir rəfi gizli yolla oğurlamışdır. İşə əlavə edilmiş Gəncə şəhər Baş polis İdarəsinin 2-ci polis şöbəsinin təhqiqat bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16.04.2022-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs oğlunun əməlində cinayət tərkibi olmadığından barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Gəncə şəhər Baş polis İdarəsinin 2-ci polis şöbəsinin İTB-yə göndərilmişdir. 16.04.2022-ci il tarixli, ******* saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs oğlu 16.04.2022-ci il tarixdə saat 18:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla yanaşı özünün ifadəsi ilə tam sübuta yetir. Məhkəmə hesab edir ki, Şəxs oğlu İXM-in 227-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanın xarakterini,onun şəxsiyyətini, nəzərə alaraq inzibati həbs tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmağı mümkün hesab edir. İXM-in 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Göründüyü kimi inzibati tənbeh tətbiq etməklə eyni vaxtda zərərin tutulması mümkün olmadığından zərərçəkmiş şəxsə zərərlə bağlı mülki qaydada iddia qaldırmaq hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin Həbsdə saxlama müddəti 16.04.2022-ci il tarixdən, saat 18:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavaistə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(043)-340/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-340/2022
18.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver