Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-343/2022 11.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-in nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-in barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materiala məhkəmə iclas zalıında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı İnzibati icraat və məhkəmə işləri şöbəsi tərəfindən Şəxs MMC-in barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati material Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs MMC 144306.00 ABŞ dolları məbləğində vəsaiti 06.03.2020-ci il tarixdə köçürmüş və 2 il müddət keçsə də, 20937,17 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi, direktoru X4 oğlu izahatında göstərdi ki, “İmpuls-AR" MMC tərəfindən avadanlıqların, proqram təminatının və xidmətlərin alışı məqsədilə “X5 (UK) Limited" şirkətinə müqavilə bağlanması üçün müraciət edilmiş, onlar tərəfindən müqavilənin nüsxəsi imzalanmış, möhürlənmiş, onlayn qaydada göndərilmiş və 28.02.2020-ci il tarixli KSH-0220-05P nömrəli müqavilə təsdiqlənmişdir. Həmin müqavilənin şərtlərinə əsasən 06.03.2020-ci il tarixli 21 saylı idxal ödəniş tapşırığı ilə "X5 (UK) Limited" şirkətinə köçürülməsi nəzərdə tutulan 144306,00 ABŞ dollar vəsaitə dair ödəniş tapşırığında rekvizitlərin səhv göstərildiyi və bu səbəbdən həmin məbləğin "Barclays Bank" PLC-də müştərinin müvafiq hesabına oturmadığı müəyyən edilmişdir. Həqiqi müştəri ilə əlaqə saxlanılmışdır. Müştəri tərəfindən “Barclays Bank" PLC-də heç bir hesabının olmadığı bildirilmişdir. Həmçinin "Barclays Bank" PLC-nin avtomatlaşdırılmış sistemi ilə əlaqə saxlanılmış və GB07BUKB**********5866 nömrəli hesabın mövcud olmadığı müəyyən edilmişdir. Bu səbəbdən köçürülmüş pul vəsaitinin göndərilən hesaba geri qaytarılması barədə "xxxx" ASC Mərkəzi filialına 10.03.2020-ci il tarixli İM-10 nömrəli və 19.03.2020-ci il tarixli İM-12 nömrəli məktublarla müraciət olunmuşdur. Aparılan araşdırma zamanı müqavilədəki rekvizitlərin səhv olduğu aşkar edilmişdir. “AzərTürkBank" ASC Mərkəzi filialı tərəfindən "Barclays Bank" PLC-yə müraciət olunmuş hesablarının olmadığı müəyyən edilərək qaytarılması xahiş edilmişdir. Öz növbəsində “Barclays Bank" PLC tərəfindən 123368,83 ABŞ dolları 08.05.2020-ci il tarixdə geri köçürülmüş, lakin 20937,17 ABŞ dolları hal-hazırki dövrədək qaytarılmamışdır. Dəfələrlə “AzərTürkBank" ASC-yə sorcu yazmışlar, lakin həmin 20937,17 ABŞ dolları məbləğində pulun geri qaytarılıb qaytarılmaması barədə onlara heç bir məlumat verməmişlər. Barələrində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli, 06/1 saylı Qərarına əsasən həmin Qaydaların 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulmuş “270 (iki yüz yetmiş) gün” sözləri “2 (iki) il” sözləri ilə əvəz edilmişdir. İnzibati materiala əlavə olunmuş:- Pul köçürməsi haqqında ərizədən görünür ki, Şəxs MMC tərəfindən İngiltərədə yerləşən "X5 (UK) Limited" şirkəti ilə aralarında bağlanmış 28.02.2020-ci il tarixli, müqaviləyə əsasən proqram təminatının və xidmətlərin alınması məqsədi ilə həmin şirkətin hesabında 144306 ABŞ dolları pul köçürülmüşdür. 10.03.2020-ci il tarixli məktubdan görünür ki, Şəxs MMC "X5 (UK) Limited" şirkətinə köçürülmüş 144306,00 ABŞ dolları məbləğində vəsaitin ödəniş tapşırığında rekvizitləri səhv göstərilməsi səbəbindən dayandırılmasını və geri qaytarılmasını xahiş etmişdir. 01.01.2020- 04.03.2022-ci il tarixli hesbdan çıxarışdın görünür ki, 28.02.2020-ci il tarixli KSH-0220-05P nömrəli müqavilə üzrə köçürülmüş 144306,00 ABŞ dollar vəsaitin 123368,83 ABŞ dolları “Barclays Bank" PLC tərəfindən 08.05.2020-ci il tarixdə geri köçürülmüşdür. Şəxs MMC-in "xxxx" ASC-yə ünvanladığı 10 mart və 19 mart 2020-ci il tarixli məktubundan görünür ki, "X5 (UK) Limited" şirkətinə köçürülmüş 144306,00 ABŞ dolları məbləğində vəsaitin ödəniş tapşırığında rekvizitlərinin səhv göstərilməsi səbəbindən dayandırılasını və geri qaytarılmasını xahiş etmişdir. Şəxs MMC-in "xxxx" ASC-yə ünvanladığı 05 mart 2022-ci il tarixli məktubundan görünür ki, “Barclays Bank" PLC tərəfindən 20937,17 ABŞ dolları məbləğində pulun geri qaytarılmaması barədə müraciət olunmuşdur. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC ilə "X5 (UK) Limited" şirkəti arasında bağlanmış 28.02.2020-ci il tarixli KSH- 0220-05P nömrəli müqavilə üzrə 06.03.2020-ci il tarixli 21 saylı idxal ödəniş tapşırığı ilə "X5 (UK) Limited" şirkətinə köçürülməsi nəzərdə tutulan 144306,00 ABŞ dollar vəsaitə dair ödəniş tapşırığında rekvizitlərin səhv göstərildiyi üçün həmin məbləğ təyinatı üzrü ödənilmədiyi üçün geri tələb olunmuş, 123368,83 ABŞ dolları “Barclays Bank" PLC tərəfindən 08.05.2020-ci il tarixdə geri köçürülmüş, lakin qalan hissəsi 20937,17 ABŞ dolları geri qaytarılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, həmin məbləğin müəyyən olunmuş müddətdə geri qaytarılmamasında və ya həmin məblğin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsində, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC təqsiri olmamışdır. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs MMC -in barəsində İXM-in 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(043)-343/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-343/2022
11.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver