Məhkəmə qərarları › İş №3(043)-346/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-346/2021

04.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-346/2021 04.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilən EQ ******* saylı, 26 aprel 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilən EQ ******* saylı, 26 aprel 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, 26 aprel 2021-ci il tarixdə Gəncə şəhəri, H.Əliyev prospekti ilə İ.Məmmədov küçəsinin kəsişməsində istifadəsində olan “Daimler Chrysler C240 minik markalı, 20 DR-838 dövlət qeydiyyat nişanlı avtomobil ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində əsasən 40 manat məbləğində cərimə edilərək barəsində EQ ******* saylı qərar qəbul edilmişdir. Həmin kameranın xüsusi texniki vasitə olması və cərimə yazılması üçün lisenziyanın olubolmaması araşdırılmalıdır. Həmçinin, kameranın texniki göstəriciləri vaxtında yoxlanılaraq işlək vəziyyətdə olmasını sübut edən sertifikat olmalıdır. Hesab edir ki, 26 aprel 2021-ci il tarixli, EQ-6261664 saylı qərarı ləğv edilməlidir. Məhkəmə iclasında şikayət vermiş X2 şikayətin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilən EQ ******* saylı, 26 aprel 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, xüsusi texniki vasitədən istifadə edilməklə onun idarə etdiyi avtomobil qeydə alınmış olsa idi, həmin vaxt onun avtomobilinin texniki baxışdan keçməməsinə görə də inzibati tənbeh tətbiq edilməli idi. Görünür ki, qeydiyyata alınmış xüsusi texniki vasitədən istifadə edilmədən və xüsusi lisenziyası olmayan avadanlıqdan istifadə edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidmətinə və Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, qeyd olunan inzibati xəta ilə bağlı materiallar və sübutlar məhkəməyə təqdim edilməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 26 aprel 2021-ci il tarixli, EQ-6261664 nömrəli elektron Qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 40 (qırx) manat cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, inzibati xəta haqqında qərarı, şikayət və əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, X2 barəsində tərtib edilmiş 26 aprel 2021-ci il tarixli, EQ-6261664 saylı inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğundan ləğv edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, X2 barəsində 26 aprel 2021-ci il tarixli, EQ-6261664 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı X1 təqsirli olması, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanın hansı formada aşkar olunması, inzibati pozuntunun nədə ifadə olunması və inzibati xətanın müəyyən edilməsi məqsədi ilə hər hansı bir xüsusi texniki vasitələrdən istifadə edilməsinə dair heç bir sübut və ya qeyd aşkar edilməmiş, DYP İdarəsi qeyd edilən məsələyə münasibət bildirməmişdir. İXM-in 76.1-cı maddəsinin tələblərindən aydın olur ki, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən və İXM-in 8, 114, 115, 128- 131 -ci və 134-cü maddələrini rəhbər tutaraq, qərara aldı: X1 şikayəti təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilən EQ ******* saylı, 26 aprel 2021-ci il tarixli qərarı ləğv edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar