Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-346/2022 19.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində tərtib olunmuş inzibati xəta haqqında material üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirib, müəyyən etdim: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqında protokol Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 529.3-cü maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İXM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmasını təsdiq edən sənəd inzibati materiala əlavə olunmamışdır. İnzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə məlumatlandırmadan bəhs edən İXM-in 127-ci madəsinə əsasən Bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. Göründüyü kimi İXM-in 127-ci maddəsində inzibati xətanı törətmiş şəxsin bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmasından sonra onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə müvafiq sənədlərlə birlikdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilməsini nəzərdə tutmuşdur. İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Hesab edirəm ki, Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə olan inzibati material natamam olduğundan və tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında material onu tərtib etmiş orqana-Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109- cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində tərtib olunmuş, Şəxs barəsində İXMin 529.3-cü maddəsi ilə olan inzibati material onu tərtib etmiş orqana- Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qaytarılsın. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(043)-346/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-346/2022
19.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver