Məhkəmə qərarları › İş №3(043)-347/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-347/2021

08.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-347/2021 08.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Gəncə şəhər BPİ Kəpəz RPB-nin sahə rəisi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs (FİN – xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaı törətməsi barədə Gəncə şəhər BPİ-nin Kəpəz Rayon Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər BPİ Kəpəz RPB-nin sahə rəisi X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 08 may 2021-ci il tarixli MN ******* saylı protokolda qeyd edilmişdir ki, Şəxs şəxsi istehlak miqdarından artıq olmayan narkotik vasitəni əldə etməklə İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər BPİ Kəpəz RPB-nin sahə rəisi X4 protokol və ona əlavə edilmiş materiallara uyğun ifadə verərək bildirdi ki, 06.05.2021-ci il tarixdə saat 22:00 radələrində Şəxs narkotik vasitələri əldə edib üzərində saxlamaqda şübhəli şəxs qismində Kəpəz Rayon Polis İdarəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı X3 tərəfindən tutulmuşdur. Həmin tarixdə onun üzərində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli şalvarın sağ yan cibindən qara rəngli siqaret falqasına bükülmüş bir ədəd büküm aşkar olunmuşdur. Həmin büküm açıldıqda içərisində heroinə oxşar kütlə aşkar olunmuş, büküldüyü kağızla birlikdə çəkisi 0,10 qram təşkil etmişdir. Daha sonra iş üzrə təyin edilmiş ekspertiza nəticəsində bükümdə olan kütlənin təmiz çəkisi 0,044 qram olan narkotik vasitə olan heroin olduğu müəyyən edilmişdir. Narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq olmadığından Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati tədbir görülməsi üçün material Kəpəz RPB-nə göndərilmişdir. Şəxs X1 206-cı maddəsində nəzərdə tutulmuş əməli törətməsi tam sübuta yetirilmişdir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü inzibati xətanın törədilməsində təqsirli bilərək ifadəsində göstərdi ki, o, ara-sıra heroin və metamfetamindən istifadə edir. Polis tərəfindən saxlanılmazdan bir neçə gün əvvəl yaşadığı küçənin yaxınlığında yerdə səliqə ilə bükülmüş siqaret falqasının olduğunu görmüş, onun narkotik vasitə ola biləcəyini düşünərək götürmüş, içindəki maddəni yoxlayaraq heroin olduğundan əmin olduqdan sonra istifadə etmək üçün cibinə qoymuşdur. 06.05.2021-ci il tarixdə axşam saatlarında polis əməkdaşları onu narkotik vasitə saxlamaqda şübhəli bilərək Kəpəz Rayon Polis İdarəsinə gətirmiş, burada üzərində axtarış aparılarkən həmin narkotik vasitə aşkar edilib götürülmüşdür. Törətdiyi əməldən peşmandır, bir daha belə əmələ yol verməyəcəkdir. Ona görə də barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə təqsirli bilinməlidir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsindən verilmiş 07 may 2021-ci il tarixli 16/428 saylı ekspert rəyindən görünür ki, üzərində “Şübhəli Şəxs üzərindən götürülmüş narkotik vasitə olan heroinə oxşar kütlə” sözləri olan kağız paketdəki 1 ədəd qara kağız bükümdə təmiz çəkisi 0,044 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə araşdırması zamanı Şəxs inzibati məsuliyyətə cəlb edilməsini istisna edən hallar, eləcə də onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də o, İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, barəsində icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ilk dəfə inzibati məsuliyyət cəlb olunmasını, inzibati xətanın törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayətdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar