Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-356/2022 20.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-in inzibati tənbeh tətbiq etmə haqqında qərarından X4 tərəfindən verilmiş şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, müəyyən etdi : X4 şikayətlə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-in 09.11.2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət və ona əlavə olunmuş sənədlər baxılmadan X3 qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, X4 tərəfindən inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. İş materialları ilə müəyyən olunur ki, X2 mübahisələndirdiyi qərar 09.11.2021-ci il tarixdə qəbul edilmişdir. Şikayətin məzmununda X4 qərarın ona rəsmi qaydada çatdırılmadığını bildirsə də, hazırki şikayətə sözügedən qərarı əlavə etmiş, həmin qərarı hansı tarixdə əldə etməsinə dair sübutu şikayətə əlavə etməmiş, şikayət isə məhkəməyə 19.04.2022-ci il tarixdə daxil olmuşdur. Bununla da müəyyən olunur ki, o, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətini ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 138.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd olunan Məcəllənin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcudluğu araşdırılır. Ona görə də məhkəmə hesab edir ki, X4 onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürdüyündən, onun həmin şikayətinə baxılmasından imtina olunmalı, X1 orqana (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ) buraxılmış prosessual müddətin bərpası barədə vəsatətlə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 128 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin 09.11.2021-ci il tarixli EQ ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə baxılmasından imtina edilsin və şikayət ona əlavə olunmuş sənədlərlə birlikdə X3 geri qaytarılsın. X3 inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-yə vəsatətlə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(043)-356/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-356/2022
20.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver