Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-358/2022 20.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-in mərkəzi məlumat xidmətinin rəisi polis polkovnik leytenantı Elçin Xasıyev tərəfindən 27.04.2021-ci il tarixdə qəbul olunmuş, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, müəyyən etdim : X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-in mərkəzi məlumat xidmətinin rəisi polis polkovnik leytenantı Elçin Xasıyev tərəfindən 27.04.2021-ci il tarixdə qəbul olunmuş, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək ləğv olunmasını xahiş etmişdir. Şikayət və ona əlavə olunmuş sənədlər nəzərdən keçirərkən müəyyən olunmuşdur ki, şikayət qanunla müəyyən olunmuş müddət keçdikdən sonra verilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1 maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər; 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. Qanunvericiliyin normasından görünür ki, inzibati qərardan şikayət bir qayda olaraq qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində verilə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qərara gəlir ki, şikayət və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılmalıdır. Şikayətçi qərarın ona rəsmi qaydada çatdırılmadığını bildirsə də hazırki şikayətə sözügedən qərarı əlavə etmişdir.Bununla yanaşı qərarın ona nə vaxt verilməsini və hansı qaydada qərarı əldə etməsini şikayətdə göstərməmişdir. Halbu ki, qeyd olunan qərarın qəbul olunmasından bir ildən artıq müddət keçmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128 və 135-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-in mərkəzi məlumat xidmətinin rəisi polis polkovnik leytenantı Elçin Xasıyev tərəfindən 27.04.2021-ci il tarixdə qəbul olunmuş, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(043)-358/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-358/2022
20.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver