Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-361/2020 20.05.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Ermənistan Respublikasının Tumanyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, Kəpəz rayonu, F.Əmirov küçəsi, ev 32, mənzil 43-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhər Kəpəz rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 510 maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2020-ci il tarixdə X3 yaxınlaşaraq onu təhqir edib narahat etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Abbas Səhhət xəstəxanasının qarşısında küçə ticarəti ilə məşğul olur. Ondan nisyə mal alan Zeynəb adlı qadını axtarmaq üçün xx xxx 2020-ci il tarixdə oğlu Nihat ilə satış obyektindən iş vaxtının qurtarmasından əvvə çıxmışlar. Maşınla Zeynəb adlı qadının təxmini yaşadığı küçə ilə gedərkən tanımadığı uşaqlı bir qadını görüb ondan həmin küçədə Zeynəb adlı qadının yaşayıb-yaşamamasını soruşmuş, həmin qadın isə cavab olaraq həmin küçədə yaşamadığını və Zeynəb adlı şəxsi tanımadığını bildirmişdir. O, hərəkətinə davam etmiş və bir neçə met getdikdən sonra ona zəng gəldiyi üçün maşını saxlamışdır. Həmin qadın maşının yanına yaxınılaşıb ona “sənin başın ağrımaq istəyir”, “mən polisə zəng edəcəm” demiş, o, cavab olaraq “mən sənə nə etmişəm” deyə sual verərək ona borclu olan Zeynəb adlı qadını axtarmadan peşman olaraq geri qayıtmışdır. Həmin vaxt onun 13 yaşlı oğlu yanında olmuşdur. Həmin qadına başqa niyyətlə bir kəlmə də söz deməmişdir. Valideyninin iştirakı ilə dindirilmiş şahid X4 bildirdi ki, atası Şəxs atasına borclu olan Zeynəb adlı qadını maşınla axtarmağa gedərkən, atası maşını saxlayaraq tanımadığı uşaqlı bir qadından Zeynəb adlı xanımla bağlı maraqlanmış, həmin qadın isə cavab olaraq həmin küçədə yaşamadığını və Zeynəb adlı şəxsi tanımadığını bildirmişdir. Sonra atası maşınla hərəkəti davam etdirmiş və telefonla danışmaq üçün maşını saxlamışdır. Bir müddət sonra həmin qadın maşına yaxınılaşıb atasına “sənin başın ağrımaq istəyir”, “mən polisə zəng edəcəm” demiş, atası cavab olaraq “mən sənə nə etmişəm” deyə sual vermişdir. Bundan sonra atası Zeynəb adlı qadını axtarmadan geriyə öz evlərinə qayıtmışdır. İşə əlavə edilmiş Kəpəz RPİ-in İTB-in polis sahə rəisi X1 tərəfindən tərtib edilmiş, xx.xx.2020-ci tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2020-ci il tarixdə X3 yaxınlaşaraq onu təhqir edib narahat etmişdir. X2 Kəpəz rayon Pİ-nə ünvanladığı ərizəsindən görünür ki, tanımadığı şəxsin avtomobillə dayanaraq avtomobilin şüşəsindən ondan tanımadığı şəxsi soruşaraq ondan əl çəkməyərək onu narahat etməsini göstərmişdir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, işin təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə İXM-in 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Kəpəz rayon Polis İdarəsinin polis sahə rəisi Rəşad Süleymanov tərəfindən tutma haqqında protokol tərtib olunaraq Şəxs xx.xx.2020-ci il tarixdə saat 12:30-da inzibati qaydada tutmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, şahid ifadəsini və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 510-cu maddəsinin məzmunundan görünür ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin işin müəyyən olunmuş hallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə görə, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-361/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-361/2020
20.05.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver