Məhkəmə qərarları › İş №3(043)-361/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-361/2022

19.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-361/2022 19.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib edən şəxs DİN BNMİ QBRŞ-nin əməliyyat müvəkkili X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə DİN BNMİ QBRŞ-dən daxil olmus inzibati materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində DİN BNMİ QBRŞ-də 19.04.2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 18.04.2022-ci il tarixdə saat 11:00-da qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitə olan heroini əldə edib istifadə etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 20 gün bundan əvvəl narkotik vasitə olan heroindən istifadə etmişdir. Hazırda hərəkətindən peşmandır və bir daha belə hallara yol verməyəcəyini bildirdi. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs X3 izahatında göstərdi ki, barəsində protokol tərtib olunan şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib, istifadə etmişdir. İnzibati materiala əlavə edilmiş 19.04.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 18.04.2022-ci il tarixdə saat 11:00-da qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitə olan heroini əldə edib istifadə etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş narkotiklərlə mübarizə idarəsinin təhqiqat qrupunun təhqiqatçısı polis mayoru X2 tərəfindən qəbul olunmuş 19.04.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində İXM-in 206cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün toplanmış material QRBŞ-yə göstərilmişdir. 18.04.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Şəxs 18.04.2022-ci il tarixdə saat 18:30-da tutulmuşdur. 19.04.2022-ci il tarixli, 525/2022 saylı tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyində OPİ aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji dispanserinin 19.04.2022-ci il tarixli, 507 saylı rəyindən görünür ki, Şəxs narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını, ikinci qrup əlil olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini digər xüsusiyyətlərini, Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alıb inzibati qaydada tənbeh edərkən onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şəxs yaşadığı yer üzrə narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: xx.xx.1980-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Xocavənd rayonu, Muğanlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Şəxs narkoloji dispanserdə qeydiyyata alınsın. Qərarın icrası Qazax rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar