Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-362/2022 19.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, icra işi üzrə Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 19 aprel 2022-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)l808/2011 saylı 02.11.2011-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 26.09.2007-ci il təvəllüdlü X4 və 24.08.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 40 manat olmaqla, cəmi 80 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)-1004/2021 saylı 15.03.2021-ci il tarixli icra sənədinə əsasən 26.09.2007-ci ildə anadan olmuş X2 və 24.08.2008-ci ildə anadan olmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 02.11.2011-ci il tarixli, 2(043)-1808/2011 nömrəli qətnaməsi əsasında tutulan hər ay hər uşağa görə 40 manat olmaqla, cəmi 80 manat alimentin məbləği artırılaraq, hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat məbləğində müəyyən edilmişdir. İcra sənədləri müvafiq olaraq 16.01.2011-ci il tarixində və 08.05.2021-ci il tarixdə Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Lakin o, borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Bugünki tarixə borclu Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)-1808/2011 saylı 02.11.2011-ci il tarixli icra sənədi üzrə 1120 manat, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)- 1004/2021 saylı 15.03.2021-ci il tarixli icra sənədi üzrə 2100 manat aliment borcu qalmaqdadır. Ümumilikdə Şəxs icra sənədləri üzrə 3220 manat aliment borcu yaranmışdır. Borclu Şəxs sonuncu izahatında borcunu tam şəkildə ödəməyə imkanının olmadığını bildirmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir, borclu barəsində icra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 protokolda qeyd olunanlarla eyni məzmunlu izahat verərək Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, onun aliment borcunu ödəməkdən yayınmaq niyyəti yoxdur. Hazırda işləri qaydasında olmadığından aliment borcunu ödəyə bilmir. Hal-hazırda aliment borcundan 1000 manat ödəmişdir, növbəti aylarda isə hər ay 200 manat, daha sonra işləri qaydasında düşdükdən sonra hər ay 300 manat ödəyəcəkdir. Aliment öhdəliyini başa düşür və bir daha alimentin gecikdirilməsinə yol verməyəcəkdir. Buna görə də barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, o, uşaqlara valideynlərinin dəstəyi ilə baxır, hazırda kirayədə qalır. Şəxs aliment borcundan 1000 manat ödəmişdir. Bundan başqa, borclu hər ay 300 manat alimenti vaxtında və tam ödəyəcəyi təqdirdə qalan 2200 manat köhnə aliment borcundan imtina etməyə hazırdır. Buna görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1808/2011 saylı, 02 noyabr 2011-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, 26.09.2007-ci il təvəllüdlü X4 və 24.08.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər bir uşağa görə 40 manat olmaqla, cəmi 80 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(043)-1004/2021 nömrəli icra vərəqəsindən görünür ki, 26.09.2007-ci ildə anadan olmuş X2 və 24.08.2008-ci ildə anadan olmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Şəxs Mirabbas oğlundan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 02.11.2011-ci il tarixli, 2()43)-1808/2011 nömrəli qətnaməsi əsasında tutulan hər ay hər uşağa görə 40 manat olmaqla, cəmi 80 manat alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat məbləğində müəyyən edilməsi və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Şəxs Mirabbas oğlundan alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş 16 yanvar 2012-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin və 08 may 2021-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borclu Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 02.11.2011-ci il tarixli, 2(043)- 1808/2011-ci il tarixli və 15 mart 2021-ci il tarixli, 2(043)-1004/2021 icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, Şəxs icra sənədini icra etməsi üçün möhlət verilmiş və ona inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş 19 aprel 2022-ci il tarixli ərizənin surətindən görünür ki, Zərərçəkmiş şəxs 2(043)-1808/2011 saylı 02 noyabr 2011-ci il tarixli, 2()43)-1004/2021 saylı 15 mart 2021-ci il tarixli icra sənədləri üzrə yaranmış aliment borcunu ona ödədiyindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İcra məmuru tərəfindən borclu Şəxs alimenti vaxtında ödəmədiyi üçün yığılmış əvvəlki aliment borcunun olmasına əsaslanaraq məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi və beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol tərtib edilmişdir. Şəxs məhkəmə iclasında 1000 manat aliment borcunu ödəməsi ümumilikdə onun qətnamənin icrasından yayınmağa çalışmadığını göstərir. İXM-in 528.1-ci maddəsi ilə məsuliyyət məhkəmə qətnaməsinin icra edilmədiyi bütün hallar üçün yox, yalnız qətnamənin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin üzrlü səbəblər olmadan yerinə yetirilməməsi halında yaranır. Hazırkı halda isə Şəxs hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən üzrsüz olaraq boyun qaçırılması faktı aşkar edilməmişdir. Buna görə də Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsində əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-362/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-362/2022
19.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver