Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-369/2021 17.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Gəncə şəhəri, Totanlı küçəsi, ev 52 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsinin X5 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Gəncə şəhəri Baş Polis İdarəsinin X5 Şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokolda Şəxs 15.03.2021-ci il tarixdə saat 16:15-də istifadəsində olan X4 markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq Gəncə şəhəri Baş Polis İdarəsinin X5 Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Şəxs bildirdi ki, “Opel Vectra” minik markalı **-EH- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsusdur. 15.03.2021-ci il tarixdə o, idarə etdiyi “Opel Vectra” minik markalı **-EH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobililə təxminən saat 16:30 radələrində Qrand Qafqaz ticarət mərkəzindən bazarlıq edib yaşadığı ünvana qayıdarkən Azərbaycan bayrağı küçəsində təxminən 40-50 km/saat sürətlə hərəkətdə olan zaman onun qarşısında hərəkətdə olan ağ rəngli “VAZ-2107” minik markalı avtomobil qəfil əyləci sıxmış, o da əyləci sıxmışdır, lakin onun avtomobilinin əyləci tutmamış və onun idarə etdiyi avtomobilin qabaq hissəsi qarşısında hərəkətdə olan “VAZ- 2107” minik markalı avtomobilin arxa hissəsindən dəymiş və VAZ-2107 minik markalı avtomobil yolun əks istiqamətinə çıxmış və əks istiqamətdə hərəkətdə olan “VAZ-21099” minik markalı avtomobilə dəyib yolun orta hissəsində dayanmışdır. Bundan sonra o, avtomobili dayandırıb yerə düşmüş, həmin vaxt hadisə yerinə tanımadığı şəxslər toplaşmış və polis əməkdaşları gəlmişlər. Onun avtomobili yolu kəsdiyi üçün YPX inspektoru ona avtomobili kənara çıxarmağı bildirmişdir. Sonra “VAZ-2107” minik markalı avtomobilin sürücüsü özünü narahat hiss etdiyi üçün hadisə yerinə TTY avtomobili gəldi və həmin sürücünü xəstəxanaya apardılar. Sonra isə polis əməkdaşları hadisə yerini müayinə etdilər və hər 3 avtomobili DYPŞ-nin müvəqqəti duracağa yerləşdirdilər. Sonra o, polis əməkdaşları ilə narkoloji dispanserə getmişdir. Orada həkim onu sərxoşluq müayinəsindən keçirmiş və onun sərxoş olmadığı müəyyən olunmuşdur. Hadisə onun ara məsafəsini düzgün seçməməsi və diqqətsizliyi üzündən baş vermişdir. İki ildir ki, avtomobil idarə edir, nisbətən təcrübəsiz olduğu üçün bu hadisə baş vermişdir. Buna görə də barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş 05 aprel 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan məlum olur ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə tibbi ekspertizasının 16.03.2021-ci il tarixli 379 saylı rəyindən görünür ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər sol bazu və sol baldır nahiyələrinin yumşaq toxumalarının əzilməsi, hematoması, boyun nahiyəsinin qançırı – bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 15.03.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş 15.03.2021-ci il tarixli, 455/2021 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisə zamanı Şəxs sərxoş olmadığı müəyyən edilməmişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin İİİ bəndinə əsasən sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. E.X3 Haqqında Qanunun 50-ci maddəsinin İİİ bəndinin tələblərini pozaraq lazımi ara məsafəsini qorumadığı üçün qarşısında hərəkət edən nəqliyyat vasitəsini vurmuş və bununla İXM-in 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirildiyindən onun əməli düzgün olaraq İXM-in 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, sürücünün yol hərəkəti qaydaları haqqında nəzəri bilikləri kafi olsa da, hadisənin sürücünün təcrübəsizliyindən və sürmə vərdişinin az olmasından qaynaqlandığını, onun ilk dəfə məhkəmə qaydasında inzibati məsuliyyətə cəlb olunmasını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 111-112, 114-115, 128, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-369/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-369/2021
17.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver