Məhkəmə qərarları › İş №3(043)-37/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-37/2020

07.01.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-37/2020 07.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi Dəmirli Orxan Əhməd oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən Kəpəz RPİ-nin polis sahə rəisi x1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi x3 iştirakları ilə, xx.xx.1959-cu il tarixdə Gəncə şəhərində doğulmuş, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1 və 157-ci maddələri ilə Gəncə şəhəri Kəpəz RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 157-ci və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, 21.12.2019-cu il tarixdə saat təxminən 19-20 radələrində Gəncə şəhəri M.Hüseynzadə küçəsi ev 17- də yaşayan Şəxs yaşadqıları evdə arvadı x2 döyüb fiziki ağrılar yetirmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Kəpəz RPİ-nin polis sahə rəisi x5 bildirdi ki, 21.12.2019-cu il tarixdə saat təxminən 19-20 radələrində Gəncə şəhəri M.Hüseynzadə küçəsi ev 17-də yaşayan Şəxs yaşadqıları evdə arvadı x2 nalayiq söyüşlərlə söyərək təhqir edib sözlə öldürməklə hədələyərək döyüb fiziki ağrılar yetirməklə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin hadisə ilə bağlı dəfələrlə, Şəxs yaşadıqları evə getsə də həmin şəxsi evdə tapa bilməmişdir. 07.01.2020-ci il tarixdə Şəxs özü ona zəng etmiş, telefonda ona qarşı nəlayiq ifadələr işlətmiş və nə üçün onu axtarmasına etirazını bildirmişdir. Bundan sonra o, Şəxs yaşadığı ünvana getmiş, ona barəsində olan inzibati xəta haqqında iş üzrə protokol tərtib olunması üçün, polis idarəsinə dəvət etmiş, lakin, dəfələrlə onu xəbərdar etməsinə baxmayaraq Şəxs öz qanunsuz hərəkətinə davam etmiş, onun qanuni tələbinə tabe olmayaraq polis idarəsinə gəlməmişdir. Həmin vaxt Şəxs sərxoş olmuşdur. Şəxs sərxoşluq müayinəsindən keçirmiş və polis idarəsinə gətirmiş və barəsində inzibati protokol tərtib etmişdir. Məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o rəsmi olaraq heç bir yerdə işləmir, lakin fərdi qaydada usta işləməklə məşğul olaraq ailəsini saxlayır. Belə ki, 21.12.2019-cu il tarixdə saat təxminən 19 radələrində 1 ədəd şüşə qabda olan spirtli içki araq alıb evində qəbul etdikdən sonra sərxoş vəziyyətə gəlmiş, həmin vaxt yəni evdə olarkən arvadı x4 araq içməməyi deyərək onu əsəbiləşdirdiyi üçün o, araq butulkasını evin pəncərəsinə vuraraq pəncərəni sındırmış və aralarında olan mübahisə zamanı onu daha da əsəbləşdirdiyi üçün ona 1-2 dəfə sillə vurub döymüşdür. Bundan başqa içkili olduğundan o polisin qanuni tələbinə tabe olmamasını xatırlamır. Hazırda törətdiyi əməldən peşimandır və barəsində yüngül inzibati tənbeh veriləsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müdafiəçi x6 barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs əməlindən səmimi peşimançılıq hissi keçirməsini nəzərə alınaraq yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İşə əlavə edilmiş Gəncə şəhəri Kəpəz rayon Polis İdarəsinin təhqiqat bölməsinin 28 dekabr 2019-cu il tarixli qərarının sürətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilərək barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. İşdə olan inzibati qaydada tutma haqqında 07 yanvar 2020-ci il protokoldan görünür ki, Şəxs 07 yanvar 2020-ci il tarixdən, saat 10.20-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair 67/2020 nömrəli, 07 yanvar 2020-ci il tarixli protokoldan görünür ki, Şəxs orta dərəcəli sərxoşdur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etiraf edici izahatı, protokol tərtib etmiş şəxsin izahatı və Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-dən daxil olmuş materialla tam təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. İXM-in 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İXM-in 33.1.7.-cü maddəsinə əsasən Şəxs inzibati xətalarısərxoş halda törətməsini inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hall hesab edilir. Məhkəmə Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində daha ciddi inzibati tənbeh hesab edilən həbs tənbehi tətbiq etməyi məqsədə müvafiq hesab edir. Belə ki, Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati tənbehin məqsədinə nail olmaq üçün onun şəxsiyyətini, əməlində ağırlaşdırıcı hal olaraq sərxoş vəziyyətdə inzibati xəta törətməsini və yüngülləşdirici halların olmamasını, daimi işinin və qazancının olmamasını, qəbul ediləcək qərarın gələcəkdə icrasının mümkünlüyünü, törətdiyi inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Belə ki, Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati həbs tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Ona görə də barəsində inzibati tənbeh növündə həbs seçilməli, həbsdə saxlama müddətinin əvvəli onun tutulduğu tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1 və 157-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyası çərçivəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli Şəxs tutulduğu və hüquqlarının məhdudlaşdırıldığı 07 yanvar 2020-ci il tarixdən, saat 10:20-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin x12 həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədirlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar