Məhkəmə qərarları › İş №3(043)-372/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-372/2021

21.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-372/2021 21.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 517- 2.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materialı araşdırıb, müəyyən e t d i: 21 may 2021-ci il tarixdə Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsindən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə Şəxs barəsində İXM-in 517-2.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında materialı araşdırarkən müəyyən olundu ki, MN ******* nömrəli, 06 oktyabr 2020-ci il tarixli protokolda Şəxs tərəfindən İXM-in 517-2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi göstərilsə də, həmin inzibati xətanın nə vaxt və harada törədilməsi qeyd olunmamışdır. Məhkəmə hesab edir ki, inzibati xətanın törədildiyi vaxt şəxsin əməlində inzibati xəta tərkibinin müəyyən edilməsi, inzibati xətanın törədildiyi yer isə inzibati xəta haqqında işə baxılması zamanı ərazi aidiyyətinin müəyyən edilməsi baxımından əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.4-cü maddəsinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti inzibati xəta haqqında protokolda göstərilməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Şəxs oğlunun barəsində İXM-in 517-2.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana – Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində İXM-in 517-2.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar