Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-372/2022 26.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Gəncə şəhər BPİ 2-ci Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X2 tərəfindən tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Gəncə şəhər BPİ 2-ci Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X2 tərəfindən tərtib edilmiş protokol baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd olunur ki, Şəxs 29.08.2021-ci il tarixdə Gəncə şəhəri, Avtozavod qəsəbəsi, M.Rəhimov küçəsində yaşayan X1 yaşadığı evdə ona məxsus əmlaka və avtomaşına daşla qəsdən zərər vuraraq maddi ziyan vurmuşdur. Protokola əlavə edilmiş Kəpəz Rayon Polis İdarəsinin TB-nin təhqiqatçısı X3 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Şəxs 29.08.2021-ci il tarixdə Gəncə şəhəri, Avtozavod qəsəbəsi, M.Rəhimov küçəsində yaşayan X1 yaşadığı evdə ona məxsus əmlaka və avtomaşına daşla qəsdən zərər vuraraq ona 1490 manat miqdarında maddi ziyan vurması faktı ilə bağlı cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün müddət keçdiyindən onun barəsində başlanmış icraata xitam verilməlidir. İnzibati xəta kimi nəzərdə tutulan hərəkət 29.08.2021-ci il tarixdə törədilmiş, həmin fakt üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar 13 sentyabr 2021-ci il tarixdə qəbul edilmişdir. Hazırkı material məhkəməyə 26.04.2022-ci il tarixdə, yəni cinayət işinin başlanmasının rədd edilməsindən 7 aydan artıq müddət keçdikdən sonra daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları,eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Göründüyü kimi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün xüsusi müddət (cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın qəbul edilməsindən sonra 3 ay) keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı, işin icraatını rədd edən halların mövcudluğu məsələsini həll edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109-110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Gəncə şəhər BPİ 2-ci Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X2 tərəfindən başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən xıtam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-372/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-372/2022
26.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver