Məhkəmə qərarları › İş №3(043)-379/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-379/2020

02.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-379/2020 02.06.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, zərərçəkmiş şəxs X9 oğlunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx.xx.1984-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ailəli, himayəsində 2 (iki) uşağı olan, Gəncə şəhəri, Dədə Qorqud küçəsi, ev 48A, mənzil 14-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Gəncə şəhəri Kəpəz rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 510-cu maddəsi ilə təqsirli bilinərək, barəsində X8 rayon Polis İdarəsində xx xxxx 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün X8 Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 15 radələrində Gəncə şəhəri, A.Səhhət küçəsində yerləşən «xxxxxx» MMC-in müdiri X3 yanına gələrək borc üstündə mübahisə zamanı işçilərin yanında onu söyüb təhqir etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, X6 təxminən 10 il olar tanıyır. İman Gəncə şəhər Abbas Səhhət küçəsində yerləşən «xxxxxx» MMC-in müdiri işləyir. Onun özü isə Buz zavodu deyilən yerdə mebel sexini kirayə götürb və mebel təmiri ilə məşğul olur. Həmin vaxtdan İman İmanovdan nisyə şüşə alıb pulunu ödəmişdir. Sonuncu dəfə aldığı şüşədən borcu qalmışdır. xx.xx.2020-ci il tarixdə təxminən saat 15:00 radələrində “xxxxxx” MMC-dən şüşə almaq üçün getmiş, ondan borclu qaldığı pulu tələb edəndə o, İman İmanova həmişə onunla alver etdiyini və 5000 manata qədər ondan şüşə alıb pulunu qaytardığını deyəndə sonuncu nalayiq ifadələr işlətdiyi üçün o, əsəbləşib ona qarşı təhqiramiz ifadələr işlətmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs X7 izahatında göstərdi ki, O, Gəncə şəhər A.Səhhət küçəsində yerləşən “xxxxxx” MMC-də direktor, vəzifəsində işləyir. Sahil adlı şəxsi təxminən altı il olaraq tanıyır. Sahil Gəncə şəhər, Buz zavodu deyilən yerdə kirayədə mebel sexində işləyir. O, Sahili tanıdığı vaxtdan Sahil ondan şüşə alıb pulunu hissə-hissə ödəmişdir. Sahil təxminən dörd il olar onlardan götürdüyü şüşənin pulunu ödəməmişdir. Hazırda Sahilin onlara 700 manat borcu vardır. xx.xx.2020-ci il tarixdə təxminən saat 15-radələrinə O, Sahili işlədiyi “xxxxxx” MMC-yə çağırıb 700 manat borcu olduğunu və hissə-hissə ödəməyini demişdir. Sahil ona demişdir ki, imkanım yoxdur, ödəyə bilmirəm və ödəməməsi üçün nalayiq söyüş söymüşdür. O, təkrar Sahildən pulu istəyərkən, iş otağında işçilərin yanında onu insanlığa xas olmayan, söyüşlərlə təhqir etmişdir və bundan əsəbləşib onun barəsində Kəpəz Rayon Polis İdarəsinə şikayət ərizəsi vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 izahatında göstərdi ki, Sahili tanımamışdır. Onun yaşadığı ev “xxxxxx” MMC-yə yaxındır. xx.xx.2020-ci il tarixdə evdə olarkən cöldən səs-küy və söyüş səsləri eşidib çölə çıxmış və sonradan adını bildiyi Sahil adlı şəxsin nalayiq ifadələr işlədərək İmanla mübahisə etdiyini görmüşdür. İşə əlavə edilmiş X8 rayon Polis İdarəsinin polis sahə rəisi X2 tərəfindən tərtib edilmiş, xx xxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 15 radələrində Gəncə şəhəri, A.Səhhət küçəsində yerləşən «xxxxxx» MMC-in müdiri X3 yanına gələrək borc üstündə mübahisə zamanı işçilərin yanında onu söyüb təhqir etmişdir. Şəxs törətdiyi xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə uyğun olduğundan baxılması üçün X8 Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə zərərçəkmiş şəxsin izahatını, şahid ifadəsini dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetir. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməl düzgün olaraq İXM-nin 510-cu maddəsi ilə protokollaşdırılmışdır. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-in 510-cu maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə onun törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alıb inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində daha ciddi inzibati tənbeh hesab edilən inzibati həbs tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati həbs tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112,114,115,117 və 129-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, barəsində 5 (beş) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. Həbsdə saxlama müddəti xx.xx.2020-ci il tarixdən saat 16:30-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 5 (beş) gün müddətində X8 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar