Məhkəmə qərarları › İş №3(043)-381/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-381/2021

24.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-381/2021 24.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X2, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Rafayil qızının iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş 24 may 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə şəhəri Kəpəz rayon məhkəməsi tərəfindən verilmiş 10.03.2020-ci il tarixli, 2(043)-1139/2020 saylı qətnaməsinə əsasən Şəxs hər ay 260 manat aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs Rafayil qızına ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon əlaqəsi saxlanılmış və borcun ödənilməsi tələb edilmişdir. Lakin, borclu Şəxs icra sənədində göstərilən borcunu ödəməmişdir. Bugünkü tarixdə borclu polis vasitəsi ilə İdarəyə gətirilmiş, 4000 manat borcun tam ödənilməsi tələb edilmiş, lakin o, izahatında borcundan heç bir ödəniş edə bilmədiyini və maddi imkanının olmadığını bildirmişdir. İcra sənədi üzrə borc hal-hazırda 4000 manat təşkil edir. Borclu icra sənədi üzrə borcunu üzrsüz səbəbdən ödəmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borclu ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlanılmış və borcun ödənilməsi tələb edilmiş, lakin borclu icra sənədinə əsasən tələbkara heçbir ödəniş etməmişdir. Borclu müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə borcundan ödəniş etməsinə dair qəbzlər təqdim etsə də, əvvəla həmin məbləğlər onun tərəfindən hər ay ödənilməli olan aliment borcundan dəfələrlə azdır. Digər tərəfdən, borclu az məbləğdə olan ödənişlərini də müxtəlif üsullar işlətməklə onun tələbkara çatdırılmasını süni şəkildə əngəlləmişdir. Belə ki, o, poçta ödənilən məbləğləri tələbkarın adını, soyadını və ya ünvanını düzgün göstərməməklə məbləğin tələbkara verilməsinə qəsdən mane yaratmışdır. Halhazırda borclu bildirir ki, onun tərəfindən tələbkara ödənilməsi üçün poçta verilmiş təxminən 700 manatdan artıq vəsait hal-hazırda poçtdadır. İcra sənədi üzrə borclunun tələbkara 4000 manat borcu qalmışdır. Borclu Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu inkar etmir. Borcunu ödəməmə səbəbi maddi imkanının yaxşı olmamasıdır. Bundan başqa o, müxtəlif vaxtlarda poçt vasitəsi ilə ödənişlər etmişdir. Lakin tələbkar həmin pulları qəbul etməmişdir. Belə ki, tələbkar soyadını dəyişdirəcəyini bildirdiyindən o, aliment borcunu X1 adına göndərmişdir. Lakin, tələbkar həmin məbləğləri qəbul etməmişdir və ödəmiş olduğu ödənişlər hal-hazırda poçtdadır. Həmin pul məbləğlərinin poçtdan alınaraq tələbkara ödənilməsinə razıdır. 2021-ci ilin yanvar ayından işləyir və aliment borcunun əmək haqqından tulması üçün icra məmuruna məlumat vermişdir. Borcunu ödəmək niyyətindədir. Qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Rafayil qızı izahatında bildirdi ki, Şəxs ona olan borcunu ödəməkdən qəsdən yayınır. Belə ki, o, 2020-ci ilin noyabr ayından bank hesabı açaraq, bu barədə borcluya bildirsə də, borclu onun soyadını və ya ünvanını düzgün göstərməməklə həmin ödənişlərin onun tərəfindən alınmasına maneə yaratmışdır. O, bugünədək borcludan heç bir aliment ödənişi almamışdır. Odur ki, borcunun ödənilməsini, əks təqdirdə borclu barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 10.03.2020-ci il tarixli, 2(043)-1139/2020 saylı icra sənədindən görünür ki, Şəxs iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 130 manat olmaqla, ümumilikdə hər ay 260 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs Rafayil qızına ödənilməlidir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 10.03.2020-ci il tarixli, 2(043)-1139/2020 saylı icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs tələbi könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş borclu Şəxs ünvanlanmış xəbərdarlıqların surətindən görünür ki, ona icra sənədlərini icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin, borclu müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, borclu müxtəlif vaxtlarda X1 adına poçt vasitəsi ilə müəyyən ödənişlər (02.12.2020-ci il tarixdə 200 manat, 08.12.2020-ci il tarixdə 45 manat, 13.12.2020-ci il tarixdə 60 manat, 18.12.2020-ci il tarixdə 60 manat, 08.01.2020-ci il tarixdə 50 manat, 17.03.2021-ci il tarixdə 50 manat, 12.04.2021-ci il tarixdə 40 manat, 30.04.2021-ci il tarixdə 40 manat və 17.05.2021-ci il tarixdə 60 manat) etmişdir. İş materiallarından görünür ki, borclunun adına tələbin yönəldilə biləcəyi əmlakının, bankda pul vəsaitinin olub olmaması barədə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı, bankda pul vəsaiti aşkar edilməmişdir. İş materiallarında olan Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 3(043)-849/2020 saylı, 29.10.2020-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 10 gün müddətinə inzibati həbs edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərər çəkmiş şəxsin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Borclu məhkəmə iclasında aliment borcu üzrə poçt vasitəsi ilə müəyyən ödənişlərin aparıldığını bildirsə də, proses iştirakçılarının izahatlarından görünür ki, həmin ödənişlər bugünədək tələbkara təqdim edilməmişdir. Digər tərəfdən, həmin məbləğlər onun tərəfindən hər ay ödənilməli olan aliment borcundan dəfələrlə azdır. Bütün bunlar onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərildiyini və icra sənədinin icrasına səhlənkar yanaşıldığını göstərir. Bununla da, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halların müəyyən edilməməsini, eyni inzibati xətanı bir il ərzində təkrar törətməsini isə məsuliyyəti ağırlaşdıran hal kimi (İXM-nin 33.1.2-ci maddəsi) nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 24 may 2021-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar