Məhkəmə qərarları › İş №3(043)-386/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-386/2021

14.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-386/2021 14.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X4 iclas katibliyi, Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndələri X3 və X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Hüseynov Ülvü Ağası oğlunun iştirakı ilə, Şəxs Məhdud Məhsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi Şəxs Məhdud Məhsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə 11000-0671/21 nömrəli, 27.05.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Goranboy rayonu Goranboy rayonu Muzdurlar kəndində yerləşən qeydiyyatda olan Azərbaycan Respublikasının hüquqi şəxsi "xxxx" MMC-nin ünvanına Türkiyə Respublikasından 16NF077/34HZ0247 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində 04.05.2021-ci il tarixdə Qırmızı Körpü gömrük postundan daxil olaraq təyinatı üzrə rəsmiləşdirilməsi üçün Qərb Ərazi Bas Gömrük İdarəsinə gəlmiş və 04.05.2021-ci il tarixli **********0263 nömrəli Yük Gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara 04.05.2021-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin İnzibati binasının həyətində Gömrük Əməliyyatları İdarəsinin əməkdaşları tərəfindən mal sahibinin və hal şahidlərinin iştirakı ilə gömrük baxışı keçirilmişdir. Baxış zamanı nəqliyyat vasitəsinin içərisində **********0263 nömrəli bəyannamədə bəyan edilən 1) Ferma ərazisində istifadə üçün saatda - 20 km gedən, dizel ilə işləyən müxtəlif funksiyalı teleskopik yükləyici (loader), Marka "Fimaks". istehsal ili -2021 -ci il, yük qaldırma gücü: 1-1.4 ton , 60 HP FMLT60 AKÜ qücü-1 ədəd, 50 HP FMLT50 AKÜ gücü - 1 ədəd, cəmi 2 ədəd, 4 ver: 2)Teleskopik vükləvicinin önünə qoşulan müxtəlif funksiyaları verinə yetirən hissələr: (ləvazimatlar). Kare balya ataşmanı-2 ədəd, forklif ataşmanı - 2 ədəd, sıyrıcı ataşmanı - 2 ədəd, yumru atasmanı - 2 ədəd, kova ataşmanı -2 ədəd, İstehsalçı marka "Fimaks". istehsal ili-2021-ci il olan mallardan əlavə: **********0263 nömrəli bəyannamədə göstərilməmiş, bəyan edilməmiş: 1) Battery kabinet yük ayırıcı (yuva) - "İnform" markalı, uzunluğu 95.5 sm, hündürlüyü 80 sm, dərinliyi 42 sm - 2 ədəd; 2) "inform" markalı cərəyan ötürücü, hündürlüyü 1 metr 43 sm, enliliyi 67 sm, dərinliyi 74 sm - 1 ədəd; 3) Leoch LP 12-17( 12 V 17 AHİmarkalı akumlyatorlar - 31 qutu hər qutuda 4 ədəd, cəmi 124 ədəd; 4) Gübrə səpən çənin metal pilləkənləri (sökülmüş halda) - 2 ədəd; avadanlıq aşkar edilərək saxlanılmışdır. Qeyd olunan faktla bağlı Qərb Ərazi Bas Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsində 08.05.2021-ci il tarixdə 11000-0671/21 saylı inzibati xəta haqqında is üzrə inzibati araşdırma başlanmışdır. İş üzrə 17.05.2021-ci il tarixdə əmtəəşunaslıq ekspertizası təyin olunmuş, aşkar edilən mallar 1). 2 (iki) ədəd Battery kabinet yük ayırıcı (yuva) - "İnform" markalı, uzunluğu 95.5 sm, hündürlüyü 80 sm, dərinliyi 42 sm: 2) 1 (bir) ədəd "İnform" markalı cərəyan ötürücü, hündürlüyü 1 metr 43 sm, enliyi 67 sm, dərinliyi 74 sm; 3) 124 (yüz iyirmi dörd) ədəd Leoch LP 12-17 (12 V 17 AH) markalı akumlyatorlar: 4) 2 (iki) ədəd Gübrə səpən çənin metal pilləkənlər (sökülmüş halda) 2021-ci ilin 04 may tarixinə hər bir ədədinin və ümumilikdə orta bazar qiymətlərinin müəyyən edilməsi məqsədi ilə 17.05.2021-ci il tarixli, 1600-013/001-24/002436 saylı məktubla Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının "Azərekspertiza" Birliyinə müraciət olunmuşdur. "Azərekspertiza" Birliyinin 24.05.2021-ci il tarixli 18-G saylı ekspert rəyinə əsasən təqdim edilən 1 ədəd UPS ana kabinin qiyməti 300 (üç yüz) manat; 1 (bir) qidanadırıcının qiyməti 20 (iyirmi) manat, 124 (yüz iyirmi dörd) ədəd qidalandırıcının qiyməti 2480 (iki min dörd yüz səksən) manat; 1 (bir) dəmir piləkənin qiyməti 40 (qırx) manat; 2 (iki) ədədinin qiyməti 80 (səksən) manat; 1 (bir) ədəd qidalandırıcı üçün kabinanın qiyməti 90 (doxsan) manat, 2 (iki) ədəd qidalandırıcı kabinənin qiyməti 180 (yüz səksən) manata bərabərdir. Yuxanda adları çəkilən malların ümumi dəyəri 3040 (üç min qırx) manat müəyyən edilmişdir. Məhkəmə iclasında Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndələri X7 və X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahatlar verərək, "xxxx" MMC-nin barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdilər. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi Hüseynov Ülvü Ağası oğlu izahatında bildirdi ki, hüquqi şəxsin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla qismən razıdırlar. 16NF077/34HZ0247 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə daxil olan yükün içərisindəki ehtiyat hissələri əsas malın ehtiyat hissələridir. Malı aldıqları şirkət necə bəyan etmişdirsə onlar da malı o şəkildə bəyan etmişlər. Həmin hissələr sökülərək nəqliyyat vasitəsinə yerləşdirilmişdir, əks halda hissələr nəqliyyat vasitəsinə sığışmazdı. Şirkət ilk dəfədir bu avadanlığı ölkəyə idxal edir. O, məhkəmədən minimum həddə inzibati cəza təyin edilməsini xahiş etdi. Əlavə olaraq bildir ki, idxal olunan avadanlığın əsas və ya əlavə hissələrinin nədən ibarət olması barədə onlarda hər hansı bir sübut yoxdur. Məhkəmə iş materiallarını araşdırıraq belə qənaətə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-in 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi nümayəndəsinin qismən etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. Beləliklə, Goranboy rayonu Goranboy rayonu Muzdurlar kəndində qeydiyyatda olan "xxxx" MMC tərəfindən gömrük orqanına bəyan edilməyən 1 ədəd UPS ana kabinin qiyməti 300 (üç yüz) manat; 1 (bir) qidanadırıcının qiyməti 20 (iyirmi) manat, 124 (yüz iyirmi dörd) ədəd qidalandırıcının qiyməti 2480 (iki min dörd yüz səksən) manat; 1(bir) dəmir piləkənin qiyməti 40 (qırx) manat; 2(iki) ədədinin qiyməti 80 (səksən) manat; 1(bir) ədəd qidalandırıcı üçün kabinanın qiyməti 90 (doxsan) manat, 2 (iki) ədəd qidalandırıcı kabinənin qiyməti 180 (yüz səksən) manat, ümumi dəyəri 3040 (üc min qırx) manat təşkil etdiyindən, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tələbini pozmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi həm inzibati araşdırma zamanı, həm də məhkəmə iclasında verdiyi izahatında bəyannamədə göstərilməyən malların, bayənnamədə göstərilən idxal olunun avadanlığın tərkib hissəsi olduğunu və avtomobilə yerləşməsi üçün sökülərək ayrı yığıldığını bildirmiş, lakin bu halı təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan “Azərekspertiza" Birliyinin 24.05.2021-ci il tarixli 18-G saylı ekspert rəyinə əsasən təqdim edilən 1 ədəd UPS ana kabinin qiyməti 300 (üç yüz) manat; 1 (bir) qidanadırıcının qiyməti 20 (iyirmi) manat, 124 (yüz iyirmi dörd) ədəd qidalandırıcının qiyməti 2480 (iki min dörd yüz səksən) manat; 1(bir) dəmir piləkənin qiyməti 40 (qırx) manat; 2(iki) ədədinin qiyməti 80 (səksən) manat; 1(bir) ədəd qidalandırıcı üçün kabinanın qiyməti 90 (doxsan) manat, 2 (iki) ədəd qidalandırıcı kabinənin qiyməti 180 (yüz səksən) manata bərabərdir. Yuxanda adları çəkilən malların ümumi dəyəri 3040 (üc min qırx) manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda, inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan malların ümumi dəyəri olan 3040 (üç min qırx) manat pul vəsaitinin qırx faizi məbləğində cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin qırx faizi məbləğində, yəni 1216 (bir min iki yüz on altı) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar