Məhkəmə qərarları › İş №3(043)-389/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-389/2020

08.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-389/2020 08.06.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, x2 iclas katibliyi, protokol tərtib etmiş şəxs Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi Möyləyev Tahir Rafiq oğlunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 mənzil 8 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə Gəncə şəhəri BPİ-nin Kəpəz RPİ-dən daxil olmuş inzibati xətaya dair materiala açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta haqqında 08 iyun 2020-ci il tarixdə ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün aidiyyatı üzrə x12 Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında 08 iyun 2020-ci il tarixli, ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs 07.06.2020-ci il tarixdə xüsusi karantin rejimi qaydalarını pozmuş və polis əməkdaşının qanuni tələbinə əməl etməmişdir. Məhkəmə iclası zamanı protokol tərtib etmiş Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi Möyləyev Tahir Rafiq oğlu izahatında göstərdi ki, Şəxs 07.06.2020ci il tarixdə xüsusi karantin rejimi qaydalarını pozmuş və bununla bağlı polis əməkdaşlarının ona bildirdiyi iradı səmimi qəbul etməmiş və tabesizlik göstərmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, Şəxs izahatında bildirdi ki, 07.06.2020-ci il tarixdə saat 18:00-19:00 radələrində yaşadığı evdə olarkən küçədən dostu Abbas Ağayevin ucadan səsini eşitmiş və küçəyə çıxmışdır. Həmin vaxt görmüşdür ki, polis əməkdaşları Abbas Ağayevi zorla polis avtomobilinə mindirmək istəyir. O polislərə yaxınlaşaraq dostu Abbası sakitləşdirmək istəmiş, polisin zorla onu aparmasına etiraz edərək buraxmasını bildirmişdir. Karantin rejimi qaydalarını pozmasını qəbul etməsinə baxmayaraq, polisin qanuni tələbinə əməl edilməməsində özünü təqsirli hesab etmir. Məhkəmədən barəsində qanuni qərar qəbul edilməsini, maddi imkanı olmamaqla heç bir gəlirinin olmamasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin Post-patrul xidməti taboru polis nəfəri, polis serjantı Vəkilov Akif Aydın oğlu ifadəsində bildirdi ki, xidmətdə olduğu ərazidə xidməti avtomobilə quraşdırılmış səs gücləndirici ilə davamlı olaraq əhaliyə karantin rejimi qaydalarına əməl edilməsi bildirilmişdir. Həmin küçədə yaşayan insanlar onların xidməti avtomobilini görən kimi qaçıb evlərinə girmiş, onlar getdikdən sonra isə yenidən küçəyə çıxmışlar. Bu hal davamlı olaraq təkrarlanmışdır. Xidmətdə olduğu polis serjantı Tofiq Məmmədovla birlikdə görmüşlər ki, ayaq üstə bir neçə nəfər küçədə durmuşdur. Onlar həmin şəxslərə yaxınlaşan zaman Abbas Ağayev onları görmüş və qaçmaq istəmiş, tərəflərindən saxlanılmış, polis avtomobilinə dəvət edilmişdir. x11 polis avtomobilinə könüllü olaraq minmək istəməmiş, müxtəlif bəhanələr gətirmiş, ünvansız söyüşlər söymüş, onun paqonunu sökdürəcəyini demiş və onun əynində olan formanın paqonundan tutub dartmış, qışqır-bağır salaraq həmin ərazidə yaşayan insanları ətrafına toplamış, tabesizlik göstərmişdir. Bu zaman Şəxs karantin rejimini pozaraq qaça-qaça gələrək onlara müdaxilə etmiş və istəmişdir ki, Abbası qaçırdıb gizlətsin. Şəxs və Abbas Ağayev tabesizlik göstərmiş, onların qanuni tələbinə tabe olmamışdır. Onlar tərəfindən əlavə köməyə polis əməkdaşları çağrılmışdır. Bununla da karantin rejimi qaydalarını pozmuş, polisin qanuni tələbinə tabe olmamış və onların işini çətinləşdirmişdir. Onlar məcbur olaraq xüsusi vasitə tətbiq edərək Şəxs və Abbas Ağayevi polis avtomobilinə mindirərək, Kəpəz Rayon Polis İdarəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin Post-patrul xidməti taboru polis nəfəri, polis serjantı x7 ifadəsində bildirdi ki, xidmətdə olduğu ərazidə xidməti avtomobilə quraşdırılmış səs gücləndirici ilə davamlı olaraq əhaliyə karantin rejimi qaydalarına əməl edilməsi bildirilmişdir. Həmin küçədə yaşayan insanlar onların xidməti avtomobilini görən kimi qaçıb evlərinə girmiş, onlar getdikdən sonra isə yenidən küçəyə çıxmışlar. Bu hal davamlı olaraq təkrarlanmışdır. Xidmətdə olduğu polis serjantı Akif Vəkilovla birlikdə görmüşlər ki, ayaq üstə bir neçə nəfər küçədə durmuşdur. Onlar həmin şəxslərə yaxınlaşan zaman Abbas Ağayev onları görmüş və qaçmaq istəmiş, tərəflərindən saxlanılmış, polis avtomobilinə dəvət edilmişdir. x11 polis avtomobilinə könüllü olaraq minmək istəməmiş, müxtəlif bəhanələr gətirmiş, ünvansız söyüşlər söymüş, qışqır-bağır salaraq həmin ərazidə yaşayan insanları ətrafına toplamış, tabesizlik göstərmişdir. Bu zaman Şəxs karantin rejimini pozaraq qaça-qaça gələrək onlara müdaxilə etmiş və istəmişdir ki, Abbası qaçırdıb gizlətsin. Şəxs və Abbas Ağayev tabesizlik göstərmiş, onların qanuni tələbinə tabe olmamışdır. Onlar tərəfindən əlavə köməyə polis əməkdaşları çağrılmışdır. Bununla da karantin rejimi qaydalarını pozmuş, polisin qanuni tələbinə tabe olmamış və onların işini çətinləşdirmişdir. Onlar məcbur olaraq xüsusi vasitə tətbiq edərək Şəxs və Abbas Ağayevi polis avtomobilinə mindirərək, Kəpəz Rayon Polis İdarəsinə gətirmişlər. polis serjantı Tofiq Məmmədovla o, Abbas Ağayevə yaxınlaşmışlar. Ona evə getməyini deyəndə, A.Ağayev dəmirçi sexi işlətdiyini bildirərək getməyəcəyini söylədi. Patrul maşınına dəvət etsələrdə minməmiş, onun paqonunu söndürəcək demiş və onun formasını paqonunu dartdırmışdır. Həmin vaxt Şəxs gəldi və Abbası buraxmaqlarını tələb etdi. Polis maşınına mindirən zaman tabesizlik göstərmişlər. Müxtəlif bəhanələr gətirərək maşına minməmişlər. Qışqır-bağır salaraq ətrafdakı insanları ətrafına toplamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin Post-patrul xidməti taboru polis nəfəri, polis serjantı x7 ifadəsində bildirdi ki, Mikrofon vasitəsilə dəfələrlə xəbardarlıq etmişdir. Lakin, o üzünü çevirərək getmişdir. O, Abbası dəvət etmişdir ki, gedib aydınlaşdırsınlar. Amma Abbas ona əl-qol atmış, ünvansız söyüşlər söymüş, maşına minmək istəməmişdir və kömək çağıraraq gəlib aparmışlar. Bu zaman Ülvi qaça-qaça gələrək onlara müdaxilə etmək istəmişdir. İstəmişdir ki, Abbası qaçırdıb gizlətsin. Onlar dəfələrlə mikrofonla xəbardarlıq etmiş hətta lazımi vətandaşlara bir-birdə izah etmişdir. Bununla da polisin qanuni tələbinə tabe olmamış və onların işini çətinləşdirmişdir. Bundan sonra Şəxs Kəpəz rayon polis idarəsinə gətirərək təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin Post-patrul xidməti taboru polis nəfəri x1 Tofiq Emin oğlunun və Vəkilov Akif Aydın oğlunun ifadəsinə uyğun ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etdi. İşdə olan inzibаti qаydаdа tutmа hаqqındа 07.06.2020-ci il tarixli prоtоkоldаn görünür ki, Şəxs 07.06.2020-ci il tarixdə, saat 20:15-də inzibаti qаydаdа tutulmuşdur. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının qanununun 3-cü maddəsinin 3-cü bəndinə əsasən, bütün dövlət orqanları, ictimai birliklər, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisələr, idarələr, təşkilatlar, vəzifəli şəxslər və vətəndaşlar sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə hökmən əməl etməlidirlər. Həmin Qanunun 38-ci maddəsinin 1-ci və 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji; xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır, Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 13 mart 2020-ci il tarixli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə xüsusi rejimin tətbiq edilməsi qərara alınmışdır. “Koronavirusla bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 04 iyun 2020-ci il tarixli qərarına əsasən 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılması (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisna olmaqla) qərarı alınmış və Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilmişdir. Şəxs karantin rejiminin qaydalarını pozaraq polis əməkdaşları ictimai qaydanı mühafizə edərkən onların qanuni tələblərinə qəsdən tabe olmaması və beləliklə İXM-in 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün etirafedici izahatı, şahid ifadələri, iş materialları və barəsində tərtib edilmiş protokol ilə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-in 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Məhkəmə bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn şəxs Şəxs оğlu hаqqındа inzibаti tənbeh tətbiq edilməsi məsələsini müzаkirə edərkən оnun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hаllаrı müəyyən etməmişdir. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibаti tənbehin məqsədinə nаil оlmаq üçün оnun bаrəsində dаhа ciddi inzibаti tənbeh hesаb edilən inzibаti həbs tənbehi tətbiq etməyi məqsədə müvаfiq hesаb edir. Belə ki, Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibаti tənbehin məqsədinə nаil оlmаq üçün оnun şəxsiyyətini, karantin rejimi qaydaları barədə polis tərəfindən xəbərdarlıq olunmasına baxmayaraq qərəzli olaraq pozmasını və əsas olmadan ictimai qaydanı mühafizə edən polis əməkdaşları ilə mübahisə etməsini, heç bir yerdə işləməməklə maddi imkanının olmamasını, qəbul ediləcək qərarın gələcəkdə icrasının mümkünlüyünü, törətdiyi inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Belə ki, Şəxs törətdiyi inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Buna görə də ona törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətində inzibati tənbeh növündə həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli Şəxs tutulduğu 07 iyun 2020-ci il tarixdən saat 20:15-dən hesablansın. Qərаrın icrаsı Gəncə şəhər Bаş Pоlis İdаrəsinin x6 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar