Məhkəmə qərarları › İş №3(043)-390/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-390/2021

01.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-390/2021 01.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, barəsində inzibati icraat aparılan şəxs Şəxs, zərər çəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonu, Şişqaya kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Xanlar rayonu, A.Hacıyev küçəsi, 83 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Kəpəz Rayon Polis İdarəsində tərtib olunmuş material baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi X5 tərəfindən tərtib olunmuş 01 iyun 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 28.03.2021-ci il tarixdə saat təxminən 16 radələrində X2 məxsus 15 metr uzunluğu 1 metr hündürlüyündə daş hasarı uçurdaraq ona 500 manat dəyərindı maddi ziyan vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5 izahatında göstərdi ki, Şəxs 28.02.2021-ci il tarixdə X2 məxsus 15 metr uzunluğu 1 metr hündürlüyündə daş hasarı uçurdaraq ona 500 manat dəyərindı maddi ziyan vurmuşdur. Zərər çəkmiş şəxsin müraciəti əsasında araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, onun əməli İXM-nin 232-1-ci maddəsinin tərkibini yaratdığından inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, inzibati xəta haqqında protokolda qeyd edilən əməli törətmişdir. Belə ki, zərərçəkmiş şəxslə qonşudurlar, zərərçəkmiş şəxs ona aid hissədə hasar tikdiyi üçün həmin hasarı uçurtmuşdur. O, həmin hasarın qanuni yolla sökülməsi üçün polisə və Gəncə şəhəri İcra Hakimiyyətinə də müraciət etmişdir. Sənədləri qaydasında olmadığı üçün məhkəməyə müraciət edə bilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X4 izahatında bildirdi ki, Şəxs onun qonşuluğunda yaşayır. 28.03.2021-ci il tarixdə Şəxs onun tikdirdiyi hasarı qanunsuz olaraq uçurtmuş, bununla da ona 500 manat maddi ziyan vurmuşdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq, Şəxs barəsində ağır inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 06.06.2021-ci il tarixli qərardan görünür ki, X1 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs zərərçəkmiş şəxsə məxsus daş hasarı uçurdaraq ona 500 manat dəyərində maddi ziyan vurduğundan, onun əməlində İXM-nin 232-1-ci maddəsinin tərkib əlaməti olduğundan qərarın surəti Kəpəz RPB-nin sahə rəisinə göndərilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, zərər çəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasının hədləri inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, vurulmuş ziyanın bir misli miqdarında, yəni 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar