Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-4/2021 23.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, şikayət verən şəxs X3 nümayəndəsi (vəkili) X12 və 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X13 iştirakı ilə, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin rəis müavini X15 tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul olunmuş, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: X9 (VÖEN **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 12 saylı Ərazi Vergilər Baş idarəsinin rəis müavini X15 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 3000 manat məbləğində cərimə edilmişdir. Qeyd olunan qərardan X9 şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 nümayəndəsi (vəkili) X17 göstərdi ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli MN ******* saylı qərarı ilə X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 3000 manat məbləğində cərimə olunmuşdur. Belə ki, N.Məmmədov Gəncə şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Mövcud pandemiya ilə əlaqədar olaraq işlədiyi kafenin fəaliyyəti uzun müddət dayandırılmış və Nazirlər Kabinetinin məlum qərarından sonra müəyyən olunmuş qaydalara uyğun olaraq xx xxxxxx 2020-ci il tarixdən fəaliyyətə başlamışdır. Fəaliyyətə başladığı ilk gündə yəni, xx xxxxxx 2020-ci il tarixdə 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən N.Məmmədovun işlətdiyi kafeyə baxış keçirilmiş və onun fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən kafedə qida qəbulu zamanı oturacaqlar arasında 1 metr, yemək masaları arasında isə 2 metr ara məsafəsi gözlənilməməsi əsas gətirilərək N.Məmmədovun barəsində xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli protokol tərtib olunmuş və xx xxxxxxxx 2020-ci il tarixdə qəbul olunmuş qərarla 3000 manat inzibati cərimə olunmuşdur. Hesab edirlər ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli MN 20238162 saylı qərarı qanunun tələblərinin pozulması ilə tərtib edilmişdir. Belə ki, həmin tarixdə vergi xidmətinin əməkdaşları kafenin ərazisində olan stollar və stullar arasında olan məsafəni hər hansı texniki vasitələrlə ölçülərini müəyyən etmədən, sadəcə baxış keçirməklə kifayətlənmiş və protokol tərtib etmişlər. Bundan başqa həmin əməkdaşlar kafeyə baxış zamanı hər hansı video və ya foto çəkiliş aparmamış, protokolun tərtib olunması zamanı hal şahidlərinin iştirakını təmin etməmişlər. Halbuki, fəaliyyət göstərdiyi kafedə stollar və stullar arasında olan məsafələr əvvəlcədən ölçülmüş və müəyyən olunmuş qaydalara uyğun yerləşdirilmişdir. Hal-hazırda da kafe eyni qaydada fəaliyyət göstərir. Göründüyü kimi, vergi xidmətinin əməkdaşları heç bir sübut olmadan və qanunun tələblərinin pozulması ilə nəticələnən protokol tərtib etmişlər və bunun nəticəsində qəbul olunmuş qərarla qanunsuz olaraq cərimə olunmuşlar. Hesab edirlər ki, tərtib edilmiş inzibati protokol və qərar qanunsuz tərtib edildiyi üçün qərar ləğv edilməlidir. Şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında 12 saylı Ərazi Vergilər Baş idarəsinin nümayəndəsi X18 şikayətə etiraz edərək göstərdi ki, xx.xx.2020-ci il tarixdə X21 oğlunun fəaliyyət göstərdiyi Gəncə şəhəri, Cavadxan küçəsində yerləşən “Kalorit” adlı kafedə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsi haqqında qaydalar pozulmuşdur. Belə ki, müştərilərin oturacaq stullarının ara məsafəsi 1 metrdən və yemək masaları arasındakı məsafə isə 2 metrdən az məsafədə olması faktı aşkar edilmişdir. X4 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol tərtib olunarkən fərdi sahibkar N.Məmmədovun əmək müqaviləsi əsasəndə işə götürdüyü şəxs X5 iştirakı təmin edilmişdir. N.Məmmədova işə baxılmasının vaxtı və yeri barədə bildiriş vergi ödəyicisinin elektron kabineti vasitəsi ilə göndərilmişdir. N.Məmmədov xx xxxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 3000 manat məbləğində cərimə edilmişdir. Qərarın əsaslı və qanuni olduğunu göstərərək şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilən X14 izahatında göstərdi ki, o, fərdi sahibkar X4 işlətdiyi “Kalorit”kafesində inzibatçı (adminstrator) işləyir. Onun vəzifəsi müştərilərin qarşılanması, yerləşdirilməsi personala və yeməklərə nəzarət etməsindən ibarətdir.Müştərilərə xidmət etməklə bağlı qaydalara uyğun olaraq stol və stulların ara məsafələri müdriyyətin göstərişi əsasında müvafiq qaydalara uyğun yerləşdirilmişdir. Masaların ara məsafəsi 2 metrdən, oturacaq stulların ara məsafəsi isə 1 metrdən az olmamışdır. Vergi əməkdaşları protokol tərtib edərkən hər hansı bir ölçü aparmadan vizual görüntü əsasında əsassız protokol tərtib etmişdirlər. S.Ələsgərov əlavə olaraq göstərmişdir ki, vergi işçiləri protokol tərtib etdiyi gün müştərilərin sayı normal olmuşdur. Kafedə ümumilikdə 31 masa mövcuddur ki, həmin masalardan on ikisi iki nəfərlik, biri altı nəfərlik, biri 5 nəfərlik, biri on nəfərlik, on yeddisi isə dörd nəfərlikdir. Kafe bir salondan ibarətdir. Kafenin ümumi sahəsi 225 kvadrat metrdir. Həmin vaxt tərtib olunmuş aktı oxumamışdır, sadəcə ona bildirmişlər ki, masaların düzülüşünə görədir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşı X23 göstərdi ki, protokol tərtib olunan gün yəni xx.xx.2020-ci il tarixdə o, digər əməkdaş Elman Kəsəmənlinin, Gəncə şəhəri Gigiyena və Epidemiologiya Mrkəzinin əməkdaşı X19, X2 Gəncə Regionlar Bölməsinin əməkdaşı X8 iştirakı ilə pandemiya ilə əlaqədar qaydalara əməl olunub olunmaması ilə bağlı reyd keçirərkən fərdi sahibkar X4 işlətdiyi “Kalorit”kafesində yerləşdirilmiş oturacaq stullarının ara məsafəsi 1 metrdən və yemək masaları arasındakı məsafənin isə 2 metrdən az olması müəyyən olunmuşdur. Həmin vaxt bu barədə protokol tərtib olunmuşdur. Bundan başqa gələcəkdə mübahisə yaranmasın deyə bu barədə akt da tərtib olunmuş və kafedə inzibatçı işləyən X14 da aktla tanış olmuşdur. Məhkəmə iclasında 12 saylı Ərazi Vergilər Baş İdarəsinin digər əməkdaşı Elnur X1 ilə eyni məzmunlu izahat verərək, əlavə olaraq göstərdi ki, həttda 2 nəfər müştəri bitişik stulda oturmuşdur. Yemək masalarının arxasına güzülmüş oturacaq stullarının əksinə düzülmüş stullarla ara məsafəsi bir qarışdan da az olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X28 ifadəsində göstərdi ki, Gəncə şəhəri Gigiyena və Epidemiologiya mərkəzində sanitar gigiyena şöbəsinin müdiri vəzifəsində işləyir. Vergi əməkdaşları və X7 əməkdaşı ilə sözügedən kafeyə baxış keçirilərkən ilk növbədə diqqətləri 4-5 nəfərin əyləşdiyi masaya yönəlmişdir. Belə ki, həmin masalar bir cərgədə düzülərək ara məsafələri çox yaxın olmuşdur. Bundan sonra hansı masalarda sıx əyləşənlər var idisə onların diqqətini cəlb etmişdir. Bu isə qanunauyğun olaraq ara məsafəsinin gözlənilməməsi demək idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, X7 Gəncə Regional Bölməsinin nəzarət sektorunun baş məsləhətçisi işləyir. «Covid-19» pandemiyası ilə bağlı mövcud olan karantin rejimi vaxtı monitorinqlər keçirilirdi. Belə ki, “Kalorit” restoranına baxış keçirilən zaman müştərilərin masa ətrafında 1 metrdən az və yemək masaları arasında isə 2 metrdən az məsafə saxlanması faktı aşkar edilmişdir. Bununla bağlı müvafiq protokol tərtib olunmuşdur. Kafeyə daxil olarkən ilk anda sag tərəfdə sıx əyləşmiş masa diqqətlərini cəlb etmişdir. İş materiallarında olan:- xx.xx.2020-ci il tarixli aktdan görünür ki, 12 saylı Ərazi Vergirlə Baş İdarəsinin əməkdaşları tərəfindən həmin gün saat 19:30-da ünvan 2 ünvanında yerləşən, sahibkar X6 məxsus olan “Kolorit” kafedə baxış keçirilmiş və bu zaman qida qəbulu zalında oturacaqların arasındakı məsafənin 1metrdən yemək masalarının arasında isə 2 metrdən az olması faktı aşkar edilmişdir. xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 19:30-da ünvan 2 ünvanında yerləşən, sahibkar X3 istifadəsində olan obyektdə) qida qəbulu zalında oturacaqların arasında 1 metr, yemək masalarının arasında isə 2 metr məsafə gözlənilməməsi faktı aşkar edilmişdir. Protokolda barəsində inzibati xəta haqqında iş icraat aparılan şəxsin nümayəndəsi qismində X11 qeyd edilmiş, izahat verməkdən imtina etdiyi göstərilmişdir. xx.xx.2020-ci il tarixdə qəbul olunmuş, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X9 (VÖEN **********) Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 3000 manat məbləğində cərimə edilmişdir Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğu üçün təmin olunmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə xx.xx.2020-ci il tarixli, 237 nömrəli qərarının 2-ci bəndinə əsasən koronavirus (COVİD-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrinə müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır; qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalıdır; hər bir ictimai iaşə müəssisəsinin qarşısındakı lövhədə həmin müəssisənin qida qəbulu yerlərinin (zallar, otaqlar və s.) ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları göstərilməlidir. Məhkəmə iclasında dindirilmiş şəxslərin izahatları, şahidlərin ifadəsi, habelə araşdırılmış sübutlarla müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10 xx.xx.2020-ci il tarixdə ünvan 2 ünvanında yerləşən, istifadəsində olan ictimai iaşə müəssisəsində oturacaqlar və masalar arasında olan məsafələrə, qaydalara uyğun əməl etmədən, uturacaqlar arxasında olan məsafəni 1 metrdən, masalar arasında olan məsafəni isə 2 metrdən az olaraq yerləşdirmişdir. Bununla da X3 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinə görə inzibati icraatın başlanması, onun inzibati qaydada məsuliyyətə cəlb olunaraq tənbeh edilməsi əsaslı olmuşdur. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. İXM-in 48-ci madəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 99-cu madəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraat başlanması əsaslarından biridir. Beləliklə iş üzrə araşdırılmış sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 inzibati xətanı törətməsində təqsirli olması sübut olunduğundan məhkəmə hesab edir ki, X3 12 saylı Ərazi Vergilər Baş İdarəsinin rəis müavini X15 tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X3 12 saylı Ərazi Vergilər Baş İdarəsinin rəis müavini X15 tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(043)-4/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-4/2021
23.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver