Məhkəmə qərarları › İş №3(043)-400/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-400/2022

06.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-400/2022 06.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1959-cu ildə Xanlar (Göygöl) rayonu Topalhəsənli kəndində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Dost iş mərkəzində sosial işçi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, Əziz Əliyev küçəsi, ev 297 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əlavə olunmuş sənədlərdən müəyyən olundu ki, Göygöl Rayon Məhkəməsinin 25.01.2021-ci il tarixli, 2(066)-34/2021 nömrəli icra vərəqəsinə əsasən Şəxs cehiz əşyaları, onlar olmadıqda dəyəri- 9179 manat və birgə nikah dövründə əldə edimiş torpaq və onun üzərində tikinti aparmaq üçün xərclənmiş 26760 manat -pulun 1/2 hissəsi, yəni 13380 manat məbləğində borc tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini icra etməmişdir. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 izahatında göstərdi ki, Göygöl Rayon Məhkəməsinin 25.01.2021-ci il tarixli, 2(066)-34/2021 nömrəli icra vərəqəsinə əsasən Şəxs cehiz əşyaları, olmadıqda dəyəri- 9179 manat və birgə nikah dövründə əldə edimiş torpaq və onun üzərində tikinti aparmaq üçün xərclənmiş 26760 manat -pulun 1/2 hissəsi, yəni 13380 manat məbləğində borc tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi müvafiq olaraq 31.05.2021-cü il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Bundan sonra idarəyə çağırılmış və borcunu ödəməsi tələb edilmiş, lakin o, borcun ödənilməsindən qərəzli şəkildə boyun qaçırmışdır. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, sözügedən ev satılıb əvəzinə başqa ev alınıb. Evin dəyərini ödəməyə pulu yoxdur. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs göstərdi ki, borclu üzərinə düşən öhdəliyi icra etmir. Ona məxsus cehiz əşyaları hal-hazırda tam yarasız vəziyyətdədir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində ciddi inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati materiala əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 25.01.2021-ci il tarixli, 2(066)-34/2021 saylı icra vərəqəsindən görünür ki, cehiz əşyaları,onlar olmadıqda dəyəri- 9179 manat və birgə nikah dövründə əldə edimiş torpaq və onun üzərində tikinti aparmaq üçün xərclənmiş 26760 manat pulun 1/2 hissəsi, yəni 13380 manat məbləğində borc tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. 21.04.2021-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, 21.04.2021-ci il tarixdə Göygöl Rayon Məhkəməsinin 25.01.2021-ci il tarixli, 2(066)- 34/2021 saylı icra vərəqəsi icraata qəbul olunmuşdur. 05.05.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs cehiz əşyaları,onlar olmadıqda isə dəyəri olan 9179 manat və birgə nikah dövründə əldə edimiş torpaq və onun üzərində tikinti aparmaq üçün xərclənmiş 26760 manat pulun 1/2 hissəsi, yəni 13380 manat məbləğində pul alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. 21.04.2021-ci il tarixli bildirişin surətindən görünür ki, borclu borcu ödəməsi barədə icra idarəsinə dəvət edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün olaraq protokollaşdırılmışdır. Şəxs əməlində İXM-in 32 və 33-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakteri və digər xüsusiyyətlərini nəzərə alıb məhkəmə Şəxs inzibati qaydada tənbeh edərkən onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək habelə yenidən inzibati xəta törətməsinin qarşısını almaq məqsədi ilə barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsin əvvəli 06.05.2022-ci il tarixdən, saat 16:25-dən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya biləvasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar