Məhkəmə qərarları › İş №3(043)-402/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-402/2021

17.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-402/2021 17.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 20.05.2021-ci il tarixli EQ6491568 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X5 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin onun barəsində qəbul etdiyi 20.05.2021-ci il tarixli EQ6491568 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X5 izahatında bildirdi ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin rəis müavini polis polkovniki Elşən Kazımovun 20.05.2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ilə Azərbaycan Respublikası İnzabati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, 60 (altmış) manat məbləğində inzibati cərimə edilmişdir. Həmin inzibati tənbeh vermə haqqında elektron qərarı tam əsassızdır, buna görə də qərara məhkəmə qaydasında baxılmalı və inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilərək işi üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmalıdır. Belə ki, 20.05.2021-ci il tarixdə avtomobili o yox, X6 adlı şəxs idarə etmiş, o, həmin vaxt avtomobildə İsmayılın yanında oturmuşdur. Avtomobil onun adında qeydiyyatda olduğuna görə inzibati tənbeh vermə haqqında qərar səhvən onun barəsində qəbul edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirdi ki, o, X2 tanışıdır. DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin qəbul etdiyi 20.05.2021-ci il tarixli EQ6491568 nömrəli inzibati tənbeh vermə haqqında qərarda göstərilən “Chevrolet Cruz” markalı **-EK- *** dövlət qeydiyyat nişanlı avtomobil Samir Əsgərovun mülkiyyətində olsa da, həmin avtomobili qeyd edilən tarixdə özü idarə etmiş, Samir Əsgərov isə həmin vaxt yanında olmuşdur. Yəni, inzibati xəta hadisəsi Samir Əsgərov tərəfindən deyil, onun tərəfindən törədilmişdir. Məhkəmə, şikayətçinin və şahidin izahatlarını dinləyərək, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 20.05.2021-ci il tarixli EQ6491568 nömrəli qərardan görünür ki, 20.05.2021-ci il tarixdə saat 17:53 radələrində “Chevrolet Cruze” markalı, **-EK- *** dövlət qeydiyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, X5 həmin maddə ilə təqsirli bilinərək, 60 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.7.-ci maddəsinə əsasən barəsində bu məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından və məhkəmə iclasında dindirilmiş şəxslərin izahatlarından görünür ki, X2 barəsində inzibati tənbeh vermə haqqında qərarın qəbul edildiyi tarixdə ona məxsus olan “Chevrolet Cruz” markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobili faktiki olaraq o idarə etməmişdir. Belə ki, həmin avtomobil X3 tərəfindən idarə edilmiş və yuxarıda isnad edilən inzibati xəta da məhz onun tərəfindən törədilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, X4 məxsus olan “Chevrolet Cruz” markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun tərəfindən deyil, digər şəxs tərəfindən idarə edilməsi məhkəmə iclasında öz təsdiqini tapdığından, X2 barəsində qəbul edilmiş şikayətdə göstərilən inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən X5 barəsində qəbul edilmiş 20.05.2021-ci il tarixli EQ6491568 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. 10.05.1986-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan X1 barəsində inzibati məsuliyyət tədbirlərinin görülməsi üçün qərarın surəti Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar