Məhkəmə qərarları › İş №3(043)-406/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-406/2021

08.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-406/2021 08.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X2, barəsində inzibati xəta haqqında icraat aparılan Həsənov Şəxs və zərər çəkmiş şəxsin nümayəndəsi X1 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Həsənov Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Həsənov Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 08 iyun 2021-ci il tarixdə baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş 08 iyun 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəmkir rayon məhkəməsi tərəfindən verilmiş 14.07.2016-cı il tarixli, 2(076)-3907/2016 saylı qətnaməsinə əsasən Həsənov Şəxs 24.11.2014cü il təvəllüdlü Həsənova Ləman Şəxs qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 manat aliment tutularaq tələbkar Həsənova (Orucova) Səadət Elsəvər qızına ödənilməlidir. Şəmkir rayon məhkəməsi tərəfindən verilmiş 05.10.2018-ci il tarixli, 2(076)-3612/2018 saylı qətnaməsinə əsasən Həsənov Şəxs 24.11.2014-cü il təvəllüdlü Həsənova Ləman Şəxs qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün 120 manat aliment tutularaq tələbkar Həsənova (Orucova) Səadət Elsəvər qızına ödənilməlidir. Gəncə Şəhəri Kəpəz Rayon məhkəməsi tərəfindən verilmiş 28.02.2019-cu il tarixli, 2(043)-431/2019 saylı qətnaməsinə əsasən Həsənov Şəxs adları icra vərəqəsində qeyd olunan cehiz və qızıl-zinət əşyaları və ya cəmi dəyəri 6900 manat alınaraq tələbkar Həsənova (Orucova) Səadət Elsəvər qızına ödənilməlidir. İcra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon əlaqəsi saxlanılmış və borcun ödənilməsi tələb edilmişdir. Borclu Həsənov Şəxs bugünədək tələbkar Həsənova (Orucova) Səadət Elsəvər qızına heç bir ödəniş etməmişdir. Borclu izahatında hazırda borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Borclu icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətə ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 izahatında bildirdi ki, icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borclu ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlanılmış və borcun ödənilməsi tələb edilmiş, lakin borclu icra sənədinə əsasən ödəniş etməmişdir. Onun tələbkara 10070 manat borcu qalmışdır. Həmin borcun 3780 manat hissəsi qızıl-zinət və cehiz əşyaları üzrə borc, qalanı isə aliment borcudur. Borclu aliment borcu üzrə sonuncu dəfə 2019-cu ildə 330 manat ödəniş etmişdir. Ondan sonrakı dövrdə isə heç bir ödəniş etməmişdir. Borclu Həsənov Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Həsənov Şəxs izahatında bildirdi ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu inkar etmir. Borcunu ödəməmə səbəbi maddi imkanının yaxşı olmamasıdır. Borcunu ödəmək ödəmək niyyətindədir. Qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin nümayəndəsi X3 izahatında bildirdi ki, Həsənov Şəxs icra sənədləri üzrə borcunu bilərkədən ödəmir. Ona görə də onun barəsində ən ağır tədbirinin görülməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Şəmkir rayon məhkəməsi tərəfindən verilmiş 14.07.2016-cı il tarixli, 2(076)-3907/2016 saylı icra sənədindən görünür ki, Həsənov Şəxs 24.11.2014-cü il təvəllüdlü Həsənova Ləman Şəxs qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 manat aliment tutularaq tələbkar Həsənova (Orucova) Səadət Elsəvər qızına ödənilməlidir. İş materiallarına əlavə edilmiş Şəmkir rayon məhkəməsi tərəfindən verilmiş 05.10.2018-ci il tarixli, 2(076)-3612/2018 saylı icra sənədindən görünür ki, 24.11.2014-cü il təvəllüdlü Həsənova Ləman Şəxs qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün 120 manat aliment tutularaq tələbkar Həsənova (Orucova) Səadət Elsəvər qızına ödənilməlidir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhəri Kəpəz Rayon məhkəməsi tərəfindən verilmiş 28.02.2019-cu il tarixli, 2(043)-431/2019 saylı icra sənədindən görünür ki, Həsənov Şəxs adları icra vərəqəsində qeyd olunan cehiz və qızıl-zinət əşyaları və ya cəmi dəyəri 6900 manat alınaraq tələbkar Həsənova (Orucova) Səadət Elsəvər qızına ödənilməlidir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, Şəmkir rayon məhkəməsi tərəfindən verilmiş 14.07.2016-cı il tarixli, 2(076)-3907/2016 saylı, Şəmkir rayon məhkəməsi tərəfindən verilmiş 05.10.2018-ci il tarixli, 2(076)-3612/2018 saylı və Gəncə Şəhəri Kəpəz Rayon məhkəməsi tərəfindən verilmiş 28.02.2019-cu il tarixli, 2(043)- 431/2019 saylı icra sənədlərini könüllü icra etməsi üçün borclu Həsənov Şəxs tələbin könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilmişdir. İş materiallarından görünür ki, borclunun adına tələbin yönəldilə biləcəyi əmlakının, bankda pul vəsaitinin olub olmaması barədə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı, bankda pul vəsaiti aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərər çəkmiş şəxsin nümayəndəsinin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Həsənov Şəxs məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra vərəqələrinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Həsənov Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, ödənilməmiş aliment borcunun məbləğini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Həsənov Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Həsənov Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 08 iyun 2021-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar