Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-407/2020 20.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs “X5” ASC barəsində Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdim : Hüquqi şəxs “X5" ASC (VÖİN-**********) tərəfindən bağlanmış xx.xx.2015-ci il tarixli 02-saylı müqavilə üzrə, Gürcüstan Respublikasının Tbilisi şəhərində yerləşən “TECHNOLOGE SERVİCE-A” şirkətinə, xx.xx.2019-cu il tarixli **********8704-sorğu nömrəli Gömrük Bəyannaməsi üzrə rəsmiləşdirilərək DD317XX qeydiyyat nömrəli nəqliyyat vasitəsində ümumi dəyəri 13009.39 (on üç min doqquz dollar, 39 sent) ABŞ dolları məbləğində “X8, Qayka, Su Filtri, X6” yükü ixrac edilmişdir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli **********8704 nömrəli Gömrük Bəyannaməsi üzrə Gürcüstan Respublikasın ixrac edilmiş yüklərin dəyərindən 11673.69 (on bir min altı yüz yetmiş üç dollar, 69 sent) ABŞ dolları Azərbaycan Respublikasına daxil olmuş, qalan 1335.70 (bir min üç yüz otuz beş dollar,70 sent) ABŞ dolları və yaxud 2270.69 (iki min iki yüz yetmiş manat, 69 qəpik) AZN məbləğində valyuta vəsaitinin xaricdən qaytarıİması təmin edilməmişdir. Protokol tərtib etmiş Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X2 məhkəmə iclasında protokolda göstərilənlərə uyğun izahat verərək, “X5" ASC-nin barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq “X5” ASC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə “X5” ASC-nin nümayəndəsinin iştirakı olmadan məhkəmə baxışının keçirilməsini mümkün hesab edir. “X5” ASC-nin həmin inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübut olundu. İnzibati materialda olan sənədlərdən görünür ki, “X5” ASC xx.xx.2015-ci il tarixli 02saylı müqavilə üzrə, Gürcüstan Respublikasının Tbilisi şəhərində yerləşən “TECHNOLOGE SERVİCE-A” şirkətinə, xx.xx.2019-cu il tarixli **********8704-sorğu nömrəli Gömrük Bəyannaməsi üzrə rəsmiləşdirilərək DD317XX qeydiyyat nömrəli nəqliyyat vasitəsində ümumi dəyəri 13009.39 (on üç min doqquz dollar, 39 sent) ABŞ dolları məbləğində “X8, Qayka, Su Filtri, X6” yükü ixrac edilmiş, lakin xx.xx.2019-cu il tarixli **********8704 nömrəli Gömrük Bəyannaməsi üzrə Gürcüstan Respublikasın ixrac edilmiş yüklərin dəyərindən 11673.69 (on bir min altı yüz yetmiş üç dollar, 69 sent) ABŞ dolları Azərbaycan Respublikasına daxil olmuş, qalan 1335.70 (bir min üç yüz otuz beş dollar,70 sent) ABŞ dolları və yaxud 2270.69 (iki min iki yüz yetmiş manat, 69 qəpik) AZN məbləğində valyuta vəsaitinin xaricdən qaytarıİması təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, “X5” ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Cəmiyyətin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə düzgün tövsif edilmişdir, o, həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin sanksiyasında inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə nəzərdə tutulmuşdur. İşin hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, “X5” ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə cərimə tənbehi tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: “X5” ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin-2270,69 (iki min iki yüz yetmiş manat, altmış doqquz qəpik) manatın 30 faizi məbləğində-681,20 (altı yüz səksən bir manat iyirmi qəpik) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-407/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-407/2020
20.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver