Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-411/2022 13.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Gəncə şəhəri, Heydər Əliyev prospekti 89 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsində 12.05.2022-ci il tarixdə MN ******* saylı, MN ******* saylı və MN ******* saylı saylı protokollar tərtib olunaraq, baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, Şəxs oğlu 01.03.2022-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X1 məxsus yaşadığı evin həyətindən 80 manat dəyərində dəmir tullantıları, 28.01.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 yaşadığı binanın dəhlizindən ona məxsus 35 manat dəyərində mis borunu və 06.04.2022-ci il tarixdə ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 məxus olan 50 manat dəyərində dəmir barmaqlığı gizli yolla oğurlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, maddi imkanı olmadığı üçün oğurluq əməlini törətmişdir. Hazırda əməllərindən peşman olduğunuğ bildirdi. İş üzrə zərərçəkmiş şəxslərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və işin təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə İXM-in 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati materiala əlavə edilmiş Gəncə şəhəri BPİ-nin 2-ci polis şöbəsinin İTB-in sahə rəisi Nicat Rəfibəyli tərəfindən tərtib edilmiş 12.05.2022-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs oğlu 01.03.2022-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X1 məxsus yaşadığı evin həyətindən 80 manat dəyərində dəmir tullantılarını gizli yolla oğurlamışdır. Gəncə şəhəri BPİ-nin 2-ci polis şöbəsinin İTB-in sahə rəisi Nicat Rəfibəyli tərəfindən tərtib edilmiş 12.05.2022-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs oğlu Zərərçəkmiş şəxs2 yaşadığı binanın dəhlizindən ona məxsus 35 manat dəyərində mis borunu gizli yolla oğurlamışdır. Gəncə şəhəri BPİ-nin 2-ci polis şöbəsinin İTB-in sahə rəisi Nicat Rəfibəyli tərəfindən tərtib edilmiş 12.05.2022-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs oğlu 06.04.2022-ci il tarixdə ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 məxus olan 50 manat dəyərində dəmir barmaqlığı gizli yolla oğurlamışdır. İnzibati materiala əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci polis şöbəsinin TB-nın cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16.04.2022-ci il tarixli qərarlardan görünür ki, zərərçəkmiş şəxslərin ərizələri əsasında aparılmış araşdırma zamanı Şəxs oğlunun əməllərində cinayət tərkibi olmadığından barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarların surəti Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci polis şöbəsinin İTB-yə göndərilmişdir. İnzibati qaydada tutma haqqında 11.05.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs oğlu 11.05.2022-ci ildə saat 13:50-də inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs oğlunun İXM-in 227ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi iş üzrə toplanmış sübutlarla yanaşı özünün ifadəsi ilə tam sübuta yetir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs oğlu İXM-in 227-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun əməlindən səmimi peşman olmasını İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs oğlunun törətdiyi inzibati xətaya görə İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. İXM-nin 34.1-ci maddəsinə görə bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs oğlunun törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində daha ciddi inzibati tənbeh hesab edilən inzibati həbs tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, Şəxs oğlunun törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati həbs tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. İXM-in 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Göründüyü kimi inzibati tənbeh tətbiq etməklə eyni vaxtda zərərin tutulması mümkün olmadığından zərər çəkmiş şəxslərə zərərlə bağlı Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq mülki qaydada iddia qaldırmaq hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində tərtib olunmuş 12.05.2022-ci il tarixli, MN ******* saylı protokol üzrə 25 (iyirmi beş) gün müddətə; 12.05.2022-ci il tarixli, MN ******* saylı protokol üzrə 25 (iyirmi beş) gün müddətə; 12.05.2022-ci il tarixli, MN ******* saylı protokol üzrə 25 (iyirmi beş) gün müddətə inzibati həbs tənbehi tətbiq edilsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4cü maddəsinə əsasən təyin edilmiş tənbehlər qismən toplanılmaqla, barəsində qəti olaraq 02 (iki) ay müddətə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsdə saxlama müddəti 11.05.2022-ci il tarixdən, saat 13:50-dən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavaistə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(043)-411/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-411/2022
13.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver