Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-412/2022 13.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin DYNX-nin X4 Yanğın Nəzarəti İdarəsinin inzibati tənbeh tətbiq etmə haqqında qərarının ləğv olunması barədə X3 tərəfindən verilmiş inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, müəyyən etdi : X3 şikayətlə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin DYNX-nin X4 Yanğın Nəzarəti İdarəsinin 10 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət və ona əlavə olunmuş sənədlər baxılmadan X2 qaytarılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, X1 mübahisələndirdiyi qərar 10 iyun 2021ci il tarixdə qəbul edilmişdir. Şikayətin məzmununda Ərəstun Qafarov qərarın ona rəsmi qaydada təqdim edilmədiyini bildirsə də, hazırki şikayətə sözügedən qərarın surətini əlavə etmiş, həmin qərarı hansı tarixdə əldə etməsinə dair sübutu şikayətə əlavə etməmiş, şikayəti isə məhkəməyə 28 aprel 2022-ci il tarixdə poçt vasitəsi ilə məhkəməyə göndərmişdir. Belə olan vəziyyətdə onun inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətini ötürdüyü müəyyən olunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında qərarın şəxsə rəsmi qaydada təqdim edildiyi vaxt dəqiq müəyyən edildikdən və şikayətin qanunla müəyyən edilmiş müddət ərzində verildiyi müəyyən olunduqdan sonra inzibati xəta haqqında qərardan verilmiş şikayətə baxılması mümkün ola bilər. İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcudluğu araşdırılır. Şikayətin məzmununda Ərəstun Qafarov bildirir ki, 15.04.2022-ci il tarixdə icra məmurunun yanında olarkən inzibati xəta haqqında protokol və qərardan məlumatlı olmuşdur. Həqiqi vəziyyət belədirsə, məhkəmə Ərəstun Qafarova izah edir ki, o, əvvəlcə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin DYNX-nin X4 Yanğın Nəzarəti İdarəsinə müraciət etməklə barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı rəsmi qaydada əldə etməli və qərarın surətinin ona rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində məhkəməyə şikayətlə müraciət etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 132 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin DYNX-nin X4 Yanğın Nəzarəti İdarəsinin inzibati tənbeh tətbiq etmə haqqında qərarından X3 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(043)-412/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-412/2022
13.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver