Məhkəmə qərarları › İş №3(043)-414/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-414/2021

21.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-414/2021 21.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin 30.04.2021-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X1 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin 30.04.2021-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 150 manat məbləğində inzibati cərimə edilmişdir. Qərardan narazı qalan X1 məhkəməyə şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. X1 məhkəmənin dəftərxanası vasitəsilə 11.06.2021-ci il tarixdə ərizə verərək, şikayətdə göstərdiyi məsələ öz həllini tapdığından şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayətə baxılmasına xitam verilməli və şikayət geri qaytarılmalıdır. İnzibati Xətalar Məcəlləsində şikayətin geri qaytarılması ilə bağlı məsələlər tənzimlənməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2 noyabr 2016-cı il tarixli qərarında qeyd olunur ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Buna görə də məhkəmə hazırkı məsələ ilə bağlı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391.11-ci maddəsinin analogiya üzrə tətbiqini mümkün hesab edir. CPM-in 391.11-ci maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin 30.04.2021-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X1 tərəfindən verilmiş şikayətə baxılmasına xitam verilsin. Şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar