Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-415/2021 11.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 04 iyun 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin mümkünlüyünə baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 04 iyun 2021-ci il tarixli inzibati tənbeh verilməsi haqqında qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərardan narazı qalan X4 şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti vermiş X1 rayonu, Hazırəhmədli kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı : X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 04 iyun 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Goranboy Rayon Məhkəməsinə göndərilsin. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-415/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-415/2021
11.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver