Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-416/2021 11.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Gəncə şəhər BPİ Kəpəz Rayon Polis İdarəsinin sahə rəisi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, X7 küçəsi, ev 48 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. 11.06.2021-ci il tarixli MN № ******* saylı protokolda qeyd edilir ki, Şəxs 28.05.2021ci il tarixdə saat 19 radələrində ünvan 2 ünvanda yaşayan X1 məxsus yaşadığı evin damından 40 manat dəyərində su nasosunu oğurlamışdır. 11.06.2021-ci il tarixli MN № ******* saylı protokolda qeyd edilir ki, Şəxs 20.05.2021ci il tarixdə ünvan 3 ünvanda yaşayan X4 nəzarətsiz olan evindən 60 manat dəyərində 4 ədəd su kranlarını oğurlamışdır. 11.06.2021-ci il tarixli MN № ******* saylı protokolda qeyd edilir ki, Şəxs 06.05.2021ci il tarixdən 07.06.2021-ci il tarixə keçən gecə ünvan 4 ünvanda yaşayan X3 məxsus yaşadığı evin zirzəmisindən 120 manat dəyərində 1 ədəd su matorunu, 40 manat dəyərində 1 ədəd hidraforu, 15 manat dəyərində kranları və su nasosunun üzərində olan 70 manat dəyərində dəmir qutunu oğurlamışdır. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər BPİ Kəpəz Rayon Polis İdarəsinin sahə rəisi X5 inzibati xəta haqqında protokollarda qeyd olunmuş əməllərin Şəxs tərəfindən törədildiyinin sübuta yetirildiyini bildirib, onun məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında məhkəməyə təqdim edilmiş protokollarda qeyd olunan əməllər həqiqətən də onun tərəfindən maddi imkansızlıqdan törədilmişdir. Oğurladığı əşyaları dəyər-dəyməzinə tanımadığı şəxslərə satmışdır. Əməlindən peşmandır, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz RPİ İTB-nin təhqiqatçısının 02.06.2021-ci il tarixli qərarının surətindən görünür ki, X1 məxsus yaşadığı evin damından 40 manat dəyərində su nasosunu oğurlanması faktına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz RPİ İTB-nin təhqiqatçısının 28.05.2021-ci il tarixli qərarının surətindən görünür ki, X6 məxsus olan 60 manat dəyərində 4 ədəd su krantlarının oğurlanması faktına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz RPİ İTB-nin təhqiqatçısının 11.06.2021-ci il tarixli qərarının surətindən görünür ki, X3 məxsus yaşadığı evin zirzəmisindən 120 manat dəyərində 1 ədəd su matorunu, 40 manat dəyərində 1 ədəd hidrafonu, 15 manat dəyərində krantları və su matorunun üzərində olan 70 manat dəyərində dəmir qutununun oğurlanması faktına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 11.06.2021-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 11.06.2021-ci il tarixdə 01:300-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 28.09.2020-cu il tarixli 3(043)-622/2020 saylı qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək 01 (bir) ay müddətində inzibati həbs edilmiş və inzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu 21 sentyabr 2020-ci il saat 20:40-dan hesablanmışdır. Şəxs gizli yolla özgəsinin əmlakını talaması və beləliklə İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici ifadəsi və barəsində tərtib edilmiş protokollarla və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarla sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə hesab edir ki, İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Buna görə Şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətini, törədilmiş xətaların sayını, onun təqsirinin dərəcəsini və məsuliyyətini ağırlaşdıran halı nəzərə alaraq hesab edir ki, Şəxs ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Buna görə də o, törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 01 (bir) ay, 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu 11.06.2021-ci il saat 01:30-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-416/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-416/2021
11.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver